Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


rasında bərabərhüquqluhiq prinsipi tədricən aradan qalxır. Belə-



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   31   32   33   34   35   36   37   38   ...   130

rasında bərabərhüquqluhiq prinsipi tədricən aradan qalxır. Belə- 
ki,  blokdaxili  iqtisadi məkanda  mübadilənin  liberallaşdırılmasına 
paralel  olaraq  üçüncü  ölkələrə,  yə’ni  inteqrasiya  blokuna  daxil 
olmayanlara qarşı ayrı-seçkilik siyasəti güclənir. 
Eyni 
zamanda, 
qlobal 
səviyyədə 
də 
qeyri-tarif 
məhdudiyyətləri  və  neoproteksionizmin  vasitələri  arsenalından 
geniş surətdə (seçmə üsulu ilə) istifadə olunur. 
Problemin  astar  üzü  isə  ondan  ibarətdir  ki,  «qapalı» 
regionalizmin statik üstünlüklər bazasında perspektiv inkişafından 
danışmaq  sözün  əsl  mə’nasında  yersizdir.  Belə  ki,  əvvəla 
«qapalılıq»  bütövlükdə  sistemin  fiziki  mövcudluğunu  müəyyən 
vaxt  intcrvalı  ilə  məhdudlaşdırır.  Göstərilən  şərtlər  daxilində 
sistemin  fasiləsiz  dəyişən  şəraitə  uyğunlaşması  böyük  çətinliklər 
törədir  ki,  bu  da  son  nəticədə  məhvolma  ilə  sonuclanır.  İkincisi, 
«qapalı»  inteqrasiya  blokunun  üzvü  olan  ölkələr  həm  rəqabət 
mühitinin  formalaşdırılması,  həm  də  qarşılıqlı  iqtisadi 
tamamlamanın  bazar  prinsiplərinə  uyğun  təşkilini  (dövlət 
müstəqilliyini saxlamaq şərti ilə) həyata keçirə bilmirlər. 
Həmçinin  qeyd  olunmalıdır  ki,  «qapalı»  inteqrasiya  bloku 
şəraitində  başqa  cür,  yəni  ölkələrin  bir-birinə  qarşı  aktiv  rəqib 
kimi 
çıxışı  qeyri-mümkündür.  Əks-təqdirdə,  ümumiyyətlə 
inteqrasiya  prosesi  baş  tuta  bilməzdi.  Mə’lumdur  ki,  hər  bir 
ölkənin  həm  regional,  həm  də  qlobal  səviyyədə  inkişafı  onun 
beynəlxalq  rəqabət  mübarizəsinə  hansı  dərəcədə  qoşulmasından 
birbaşa asılıdır. 
Rəqabət  bazar  iqtisadiyyatı  şəraitində  iqtisadi  qanun  kimi 
çıxış  edir  və  onun  təşkili,  eləcə  do  mühafizəsi  səviyyəsindən  asılı 
olaraq  ümumsosial-iqtisadi  tərəqqinin  mümkün  variantları 
haqqında  fikir  yürütmək  mümkündür.  Sübut  etməyə  ehtiyac 
yoxdur  ki,  «qapalı»  inteqrasiya  mühiti  üzv-ölkələri  göstərilən 
mübarizə sferasından kənarda qoyur. 
Üçüncüsü,  milli  müstəqilliyin  itirilməsi  ilə  razılaşmayan 
ölkələrin  «qapalı»  inteqrasiya  blokuna  üzv  olması  qeyri- 
mümkündür.  Belə  ki,  bu  halda  ölkə  iqtisadiyyatının  regional 
səviyyədən biliteral asılılığı maksimum həddə çatır ki. 
101 


nəticədə  dövlət  suverenliyinin  hətta  məhdudlaşdırılmış  formada 
saxlanılması  belə  problematik  olur.  Eyni  zamanda,  onu  da  qeyd 
etmək  zəruridir  ki,  iqtisadi  regionalizm  yoxsa  multilitéraiizm 
dilemmasının bir mə’nalı cavablandırılması ölkənin xarici iqtisadi 
fəaliyyətinin konsepsiyasından asılı olaraq reallaşdırıla bilər. 
Göründüyü kimi, apardığımız nəzəri təhlil qərb iqtisadçıları 
tərəfindən  problemin  düzgün  formada  qoyulmadığını  ortalığa 
çıxarır.  Təhlil  materialları  gösterir  ki,  iqtisadi  regionalizmin 
«qapalılıq» sindromu nəinki kütləvi- qlobal səciyyə daşıya bilməz, 
həmçinin  üzv-ölkələrin  özləri  üçün  də  məqbul  hesab  olunmur. 
Buna  görə  də  qarşılıqlı  ticarətdə  səmərəliliyin  yüksəldilməsinin 
baza  prinsipi  regiona-  lizm->multiliteralizm  dilemmasına  deyil, 
liberalizm->protek- 
sionizm  cütlüyünün  optimal  qarşılıqlı 
mütənasibliyinə söykənməlidir. 
BeynəLxalq  ticarət  siyasətinin  sistemli  tədqiqi  göstərir  ki, 
xarici ticarət əməliyyatlarının həyata keçirilməsi sferasında artan 
sür’ətlə 
tətbiq 
olunan 
liberallaşdırma-özünün 
əksini- 
proteksionizmi  aradan  qaldırmır,  onun  yeni,  daha  çox  «gizli» 
mahiyyət daşıyan modifikasiyalannı ortalığa çıxarır. 
Əgər nəzərə alsaq ki, sözügedən parallelizm həm də ixracın 
dövlət  hovosləndirilməsi  sisteminin  yeni  formaları  ilə  çulğalaşır, 
onda  keçid  iqtisadiyyatı  şəraitində  olan  bir  ölkə-  Azərbaycan 
Respublikasımn  xarici  ticarət  siyasətinin  mövcud  gerçəkliyə 
uyğunlaşdın  İmasının  metodoloji  bazasının  köklü  surətdə 
yeniləşməsi  zərurəti  meydana  çıxacaqdır.  Yə’ni,  ən  azı  aşağıdakı 
istiqamətlərdə  meydana  çıxan  problemlərin  vahid  metodoloji 
platforma üzərində həllinin labüdlüyü qaçılmaz olacaqdır: 
1.
 
Beynəlxalq  ticarət  sferasında  regional  inhisarizmin 
təsirindən mühafizə olunmaq problemi
2.
 
İxrac potensialının inkişafında birbaşa maneçilik törədən 
və  əsasən  liberal  mahiyyət  daşıyan  beynəlxalq  normalara 
münasibətdə spesifik mövqenin qomnub saxlanması problemi; Belə 
ki,  hal-hazırda  inkişaf  etmiş  ölkələr  tərəfindən  həyata  keçirilən 
ixracın kreditləşdirilməsi və ixracın 
102 


sığortalanması, eləcə də subsidiyalara münasibətdə baxmayaraq ki, 
bunlar  qlobal  səviyyədə  sərbəst  rəqabət  prinsipinin  tələblərini 
pozurlar,  beynəlxalq  normalar  son  dərəcə  liberal  mövqedə 
dayanırlar. 
3.
 
Xarici ticarət siyasətini keçid iqtisadiyyatının məzmun və 
mahiyyətinə uyğunlaşdırılmasının zəruriliyi problemi
4.
 
Regional—>qlobal  səviyyələr  bölümündə  xarici  ticarətdə 
uduşun maksimumuna nail olmaq problemi
5.
 
Tədavül  sferasında  MDB  daxili  regional  bütövləşmənin 
ümummilli 
mənafelər 
prizmasından 
məqsədəuyğunluğunun 
araşdırılması problemi; 
6.
 
Və,  nəhayət,  xarici  ticarət  strategiyasının  optimallaşdı- 
rılması 
zəruriliyi 
baxımından 
yeni 
paradiqmanın 
müəyyənləşdirilməsi problemi. 
Müasir  iqtisadi  fikirdə  formalaşdırdığımız  problemlər 
kompleksinin  sıfır  variantı  ilə  həllinə  imkan  verən  hazır  model 
yaxud  metodika  yoxdur. Qəbul  edilmiş  ümumnəzəri mövqe  yalnız 
iki  əsas  konsepsiyanı  fundamental  metodoloji  prinsip  kimi 
səciyyələndirir: 
l)Müqayisəli üstünlüklər və onun 
modifikasiyalan  (Xekşer-Olin,  Xekşcr-Olin-Samuelson  teore-  mi, 
Xaberlerin  alternativ  xərclər  modeli,  Xiks-Qruber  modeli,  Madell 
modeli,  Conson  modeli,  Rıbçinski  teoremi  və  s.);  2)Rəqabət 
üstünlükləri konsepsiyası. 
Apardığımız nəzəri tədqiqatlar  nəticəsində belə bir qənaətə 
gəlmək mümkündür ki, müqayisəli üstünlüklər beynəlxalq ticarətin 
təklif  nəzəriyyəsini  özündə  təcəssüm  etdirməklə sənaye  inqilabı  və 
postindustrial  dövrün  tələblərinə  tam  cavab  versə  də,  informasiya 
dövrü  üçün  tamamilə  yararsızdır.  Müqayisəli  üstünlüklər  iqtisadi 
həyatın  bütün  sferalannı  əhatə  edən  ticarəti  ifrat  dərəcədə 
bəsitləşdirməklə,  eləcə  də  «iqtisadi  rasionalizm»  cəfəngiyyatmın 
obyektiv səciyyə daşımasına söykənən «ideal» model cjurmaqla real 
gerçəkliyin  dəyişənlər  çoxluğunu  nəzərə  almır.  Ümumiyyətlə, 
müqayisəli  üstünlüklərin  ümidsiz  şəkildə  köhnəldiyini  və  müasir 
dövrün daxili təbiətinə uyğunsuzluğunu bir sıra digər cəhətlərlə də 
əsaslandırmaq mümkündür. Müqayisəli üstünlüklər konsepsiyası: 
103 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə