Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


uyğundur, onda söhbət açdığımız qarşılıqlı tə’sirin müxtəlif



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   39   40   41   42   43   44   45   46   ...   130

uyğundur, onda söhbət açdığımız qarşılıqlı tə’sirin müxtəlif 
məzmunlu nəticələrini aşağıdakı məntiqi sxem şəklində ifadə 
etmək olar (şək. 3.2.). 
 
Şək. 3.2. Valyuta məzənnəsi və pul-kredit siyasətinin 
makroiqtisadi göstəricilərə tə’sirinin blok-sxemi. 
MDB  iqtisadi  qruplaşmasına  daxil  olan  ölkələrin  təcrübəsi 
birmə’nalı şəkildə göstərir ki, valyuta məzənnəsi ilə makroiqtisadi 
siyasət arasında üzvi bağlılıq olmalıdır. 
Göründüyü  kimi,  valyutanın  məzənnəsi  və  bütövlükdə 
pul-kredit 
siyasətinin 
xarici 
ticarət 
uduşunun 
maksimumlaşdırılması  istiqamətində  istifadəsi  heç  bir  vəchlə 
birtərəfli səciyyə daşıya bilməz. Eyni zamanda, məzənnə siyasətinin 
tətbiqini  də  (formasından  asılı  olmayaraq)  sırf  nəzəri,  ələlxüsus 
klassik modelə söykənməklə həyata keçirilməsi yalnışlıqdır. 
Klassik  nəzəri  yanaşmaya  görə,  sərbəst  məzənnə  ölkənin 
müqayisəli  üstünlüklərə  malik  olduğu  sferalarda  ixrac 
potensialının  artımına  və  nəticə  olaraq,  beynəlxalq  əmək 
bölgüsündə  iştirakın  optimallaşdırılmasma  şərait  yaradır.  Lakin, 
müasir dövrün reallıqları sözügedən problemə baxışın 
124 


klassik  yozumunu  birmə’nah  şəkildə  rədd  edir.  Valyutanın 
məzənnəsinə  tə’sir  göstərmək  imkanında  olan  amillərin  say 
çoxluğu  və  bunun  ucbatından  da  hətta  orta  müddətli 
proqnozlaşdırmanın  mümkünsüzlüyü  inkişaf  səviyyəsindən  asılı 
olmayaraq  əksər  ölkələr  üçün  iqtisadi  təhlükəsizlik  baxımından 
son dərəcə təhlükəlidir. 
Və, təsadüfi deyildir ki, tam sərbəst məzənnə siyasətinə çox 
nadir hallarda, o da çox qısa zaman intervalmda rast gəlinir. 
Bütün  bunlar  heç  də  o  demək  deyildir  ki,  tənzimlənən 
(fiksasiya edilmiş və s.) məzənnə siyasəti daha məqsədəmüvafiqdir. 
Məsələ burasındadır ki, sözügedən formada siyasətin tətbiqi ən azı 
makroiqtisadi sabitliyin mövcudluğunu və mühafizəsini tələb edir. 
Bu  halda  milli  hökumətin  əsas  problemi  «xarici  tarazlığın» 
formalaş-  dırılmasının  üzərinə  düşür  ki,  bu  da  ən  çoxu 
ortamüddətli dövrü əhatə edə bilər. 
Əks-təqdirdə, 
neoklassik 
«bataqlıqdan» 
qurtulmaq 
mümkün olmayacaqdır. 
Ümumiyyət]Əj^.yalyııtanın məzənnə siyas^ ilə_ bağlı həm inkişaf 
etmiş ölkələrin təcf^ələfmin təhlili, həm də keçı3~ İqtisadiyyatı şəraitində 
10 illik dinamikanın empirik ' 7 araşdırılması belə bir qənaəti ortalığa 
qoyur ki; 
' T' 
1)
 
Bu problemin birdəfəlik həlli yoxdur
2)
 
Məzənnə  siyasəti  ölkənin  həm  siyasi,  həm  də  iqtisadi 
prioritetlərindən diızmütənasib asılıqdadır; 
3)
 
Nəbayət,  məzənnə  siyasəti  makroiqtisadi  və  sosial 
inkişafın 
başlıca 
istiqamətlərinin 
ümumuyğunluğuna 
söykənməlidir. 
Bu istiqamətdə apardığımız araşdırmaların yekununu belə 
bir tezislə ifadə etmək olar: Valyuta məzənnəsinin dəyişikliyindən 
əldə  edilən  effekt  stimullaşdırıcı  xarakter  daşıyan  pul-kredit  və 
büdcə  siyasətindən  tərs-mütənasib  asılılıqdadır.  Başqa  sözlə 
deyilən 
şərtlər 
çərçivəsində 
devalvasiya 
infliyasiyanın 
güclənməsinə gətirib çıxaracaqdır. 
Eyni  zamanda,  iqtisadi  leksikonda  müəyyən  mövqe  tutan 
problemlər sırasında valyuta siyasətinin, ələlxüsus mübadilə 
125 


məzənnəsinin  ölkənin  ixracatının  rəqabətqabiliyyətliliyinin 
yüksəldilməsinə  tə’siri  məsələsi  son  dövrlərdə  daha  tez-tez 
səsləndirilir. 
Bu cür yanaşmanın real arqumentləri, əlbəttə ki, olmamış 
deyil. Əvvəllərdə qeyd etdiyimiz kimi milli valyutanın məzənnəsi 
və  onda  baş  verən  dəyişikliklər  bütövlükdə  iqtisadi  fəaliyyətin 
dinamikasında mühüm rollardan birini oynayır. Elə məhz birini! 
Yə"ni, ixracla bağlı qeyd etdiyimiz məsələdə valyuta məzənnəsini 
başlıca  amil  kimi  qəbul  etmək  və  bu  prosesdən  digər  amilləri 
sərf-nəzər etmək qətiyyən düzgün yanaşma sayıla bilməz. Hətta, 
en  bəsit  formada  problemə  yanaşsaq,  onda  azı  3  amilin  sıx 
funksional  bağlılıqda  olduğunu  və  məhz  bu  bağlılığın  ixracatın 
rəqabətqabiliyyətliliyin  yüksəldilməsində  əsas  rol  oynadığını 
açıq-aydın şəkildə görə bilərik: 
Burada: 
- İxracın rəqabətqabiliyyətliliyi; 
- Valyutanın məzənnəsi; 
Mk - Məhsulun keyfiyyəti; 
Dı,;, - Dünya bazannda formalaşmış situasiyaya 
adaptasiya olunma. 
Yuxarıda  əks  etdirdiyimiz  eyniyyət  əslində  sözügedənlər 
arasında maksimum sadələşdirilmiş bağlılığı ehtiva edir. 
ixracatın  rəqabətqabiliyyətliliyi  çoxlu  sayda  amillərdən 
birbaşa  asılılıqdadır  və  onu  ticarət  siyasətinin  çərçivəsi  ilə 
məhdudlaşdırmaq 
qeyri-mümkündür. 
Apardığımız 
araşdırmaların  nəzəri  ümumiləşdirilməsi  bütövlükdə  xarici 
ticarət  siyasəti  ilə  bağlı  sırf  funksional  aspektdə  aşağıdakı 
blok-sxem şəklində ifadə oluna bilər (şək. 3.3.). 
Bu  baxımdan  tək  bircə  məsələni  qeyd  etmək  zəruridir  ki, 
bütün  bunların  fonunda  birbaşa  ixrac  subsidiyalardan  istifadə 
olunması  daha  böyük  effekt  verə  bilərdi.  Lakin,  Ümumdünya 
Ticarət  Təşkilatının  üzvü  olmaq  istəyən  ölkənin  bu  üsuldan 
yararlanması  qeyri-mümkündür.  Ona  görə  ki,  bu  sözügedən 
təşkilatın prinsiplərinə ziddir. 
126 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə