Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


-cu ilden e’tibarən milli valyutanın məzənnəsinin



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   37   38   39   40   41   42   43   44   ...   130

 
1999-cu ilden e’tibarən milli valyutanın məzənnəsinin 
BBVB-də formalaşan məzənnə əsasında te’yin edilməsi 
mexanizmi aradan qaldırılmışdır. Hal-hazırda Ölkədə valyuta 
və xarici ticarət rejiminin tam şəkildə liberallaşdın İması 
yöııümündə sistemli tədbirlər həyata keçirilir. 
Onu da qeyd etməyi zəruri sayırıq ki, valyuta 
münasibətləri ile bağlı Azərbaycanın timsalında verdiyimiz 
xülasə bu və ya digər səviyyədə əksər MDB ölkələri üçün 
şar səciyyə daşıyır. 
^ Qarşılıqlı ticyətin iatisadLsəmerəlilivinin yüksəldilrnəşL 
və blok^xili ticarət axınlannın gücləndirilməsinə nail olmaq 
üçün mövcud nəzəri yanaşmalarda hazır reseptlərdən istifadə 
edilməsinə rast gəlmək mümkündür. Məsələn, sözügedən sfe- 
ranın problemsizliyinin tə’minatı istiqamətində MDB çərçivə- 
sində maliyyə-kredit siyasətinin qarşılıqlı uyğunlaşdınlması 
aspektində irəli sürülən təklifləri bu qəbildən olanlar sırasına 
daxil etmək mümkündür: 
1)
 
ÜDM-a münasibətdə büdcə kəsirlərinin yuxan 
sərhədlərinin qarşılıqlı məhdudlaşdınlması; 
2)
 
Məhsulun xərc tutumunun vahid uçotunun təşkili
3)
 
Kredit emissiyasının həcmini, uçot stavkalarını və 
diger bank fəaliyyətinə aid olan prinsiplərin razılaşdırılması; 
4)
 
Büdcodən  kənar  fondların  kəsirinin  razılaşdınlması  və 
s^’. 
Göründüyü kimi, xüsusi tədqiqat aparmadan da yuxarıda 
əks etdirilən təkliflərin müasir gerçəkliyə qətiyyən uyğun 
gəlmədiyini görmək mümkündür. 
İlk baxışdan ifrat bəsitliyi və reallığa daban-daban zidd 
olması ile nəzər-diqqəti cəlb edən təkliflərin müəllifləri 
sadəcə olaraq belə bir mövqedən çıxış edirlər ki, ümumi bazar 
(MDB çərçivəsində) prinsipcə və nəticə e’tiban ilə en azı 
ümumi valyutanın mövcudluğunu tələb edir. Həqiqətən də, 
nəinki qarşılıqlı ticarətin inkişafı və onun məcmu effektinin 
yüksəldilməsi probleminin həllində, eləcə də bütövlükdə 
M3 H MO, №2; 1999, ctp.102 
118 


regional  iqtisadi  inteqrasiyanın  real  məzmun  kəsb  etməsində 
üzv-ölkələr  arasında  valyuta-kredit  münasibətləri  sferasında 
səmərəli əməkdaşlığın təşkili qaçılmaz zərurətdir. 
Bununla  belə,  qeyd  edilməlidir  ki,  son  10  ilin  iqtisadi 
dinamikası  və  region  ölkələrinin  qarşılıqlı  əlaqələrinin  inkişaf 
spesifikası  hələ  ki,  blokdaxili  valyuta  inteqrasiyasını  gələcəyin 
mümkün  olan  (hipotetik  mə’nada)  məsələləri  sırasına  daxil 
edilməsini labüdləşdirir. Eyni zamanda, o da mə’lumdur ki, valyuta 
inteqrasiyası  iqtisadi  inteqrasiyanın  gələcək  inlcişafı,  milli 
təsərrüfatların  qarşılıqlı  asılılığının  güclənməsi  və  s.  baxımından 
zəruridir. 
Prosesin  ilkin  başlanğıc  anında  valyuta  inteqrasiyası 
regional 
səviyyədə 
valyuta 
siyasətinin 
əlaqələndirilməsi 
mexanizminin  yaradılması  və  valyuta-kredit  və  maliyyə 
təşkilatlarının  formalaşdırılması  anlamında  qəbul  edilməlidir. 
Yə’ni,  MDB  gerçəkliyinə  söykənməklə  yaxın  10-15  il  ərzində  bu 
yönümündə  həyata  keçirilməsi  mümkün  olan  (digər  amillərin 
tə’siri  sərf-nəzər  olunmaqla)  inteqrasiya  (valyuta)  elementlərinə 
aşağıdakıları aid etmək məqsədəuyğun olardı; 
1)
 
Milli valyutaların blokdaxili sərbəst dönərliliyinin tə’min 
edilməsi; 
2)
 
Milli valyuta məzənnələrinin razılaşdırılmış nisbətlərində 
kəskin  dəyişikliklər  baş  verdiyi  təqdirdə  bütün  üzv-ölkələrin 
kollektiv surətdə valyuta müdaxiləsinin həyata keçirilməsi; 
3)
 
Müştərək stabilləşdirmo fondlarının yaradılması; 
4)
 
Regional hesablaşma vahidinin dövriyyəyə buraxılması. 
Zənnimizcə, bütün bunlar valyuta inteqrasiyası yönümündə 
ilkin  addımlar  kimi  qəbul  edilsə  do,  MDB  reallığı  hətta  «start» 
səciyyəsi  daşıyan  tədbirlərin  belə  həyata  keçirilməsinə  imkan 
vennir. 
Müasir  iqtisadi  fikirdə  səslənən  belə  bir  yanaşma  ilə  tam 
şəkildə  razılaşmaq  olar  ki,  həqiqətən  də,  valyuta-maliyyə 
inteqrasiyası «...Maliyyə sistemi tiplərinin radikal transfor 
119 


masiyasına,  onların  daxili  təşkili  üsullaıı,  prinsipləri  və  fəaliyyət 
xüsusiyyətlərinə əsaslanır»^®. 
Maraqlı  cəhət  burasındadır  ki,  blokdaxili  ölkələrin  böyük 
əksəriyyətində  infliyasiyamn  malcroiqtisadi  sabitləşmə  ilə  əvəz 
olunmasına  baxmayaraq,  qeyd  edilən  sferada  heç bir  əhəmiyyətli 
dəyişiklik baş vermədi. 
Lakin, bununla belə sitat gətirdiyimiz müəllifin bütövlükdə 
inteqrasiya  (ələlxüsus  valyuta-maliyyə  sferasında)  probleminə 
yanaşma  tərzini  elmi  falct  kimi  qəbul  etmək  üçün  heç  bir  əsas 
yoxdur. Yaxud, məsələyə başqa istiqamətdə yanaşmaqla «...Keçid 
iqtisadiyyatı  şəraitində  normal  iqtisadi  inteqrasiya  mümkün 
deyil»^' fikrini sübuta yetirmək, onun empirik yoxlamasını «xalis» 
iqtisadi  problemlər  prizmasından  çıxış  etməklə  həyata  keçirməyə 
cəhd etmək nə dərəcədə elmi məzmun daşıyacaqdır? Axı, aydındır 
ki, iqtisadi inteqrasiya öz məzmunu və mahiyyəti e’tiban ilə ictimai 
həyatın  bütün  sferalarım  əhatə  edir.  Bu  prosesi  yalnız  və  yalnız 
iqtisadi aspektlə bağlamaq onun tutumca kasadlaşdınlması, mə’na 
dəyişkənliyi mahiyyətini daşımayacaqmı? 
Axı, kim, harda və nə vaxt empirik səviyyədə sübuta yetirib 
ki,  tam  və  hissələrin  dialektikası,  qarşılıqlı  asılılığı,  qarşılıqlı 
bağlılığı  yalnız  hissənin  özünün  «tam»  kimi formalaşması  prosesi 
başa çatdıqdan sonra yaranır? 
Bu  hal  özlüyündə  hissələrin  süniliklə  təcridliyinin  təbliği 
mə’nasına  gəlmirmi?  Yaxud,  nəyə  görə,  tam  və  hissələr  arasında 
yalnız  birölçülü  determinizminin  mövcudluğu  qabardılır?  Nəzərə 
alsaq  ki,  çoxölçülü  determinizm  bugünkü  iqtisadi  həyatın  əsasını 
təşkil  edir,  onda  istinad  etdiyimiz  müəllifin  fikirlərini  «hissəvi» 
təsvir keyfiyyətində qəbul etmək məcburiyyətində qalacağıq. 
MDB  regional  iqtisadi  qruplaşması  çərçivəsində  valyuta 
məzənnəsi ilə xarici ticarət siyasətinin optimallaşdıniması zəruriliyi 
arasında müsbət effekt verə biləcək kəsişən nöq- 
В.Р.Пвстигнеев. Валютно-финансовая интеграция в ЕС и СНГ. 
Сравнительный семантический анализ. М; Наука, 1998 г. стр. 5. 
Yenə orada, .soh.208 
120 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə