Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


etməsi  bir  tərəfdən,  inteqrasiya  blokunun  uzunömürlülüyünü



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə33/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   29   30   31   32   33   34   35   36   ...   130

etməsi  bir  tərəfdən,  inteqrasiya  blokunun  uzunömürlülüyünü 
şübhə altında qoyursa, digər tərəfdən kiçik tutumlu bazara malik 
ölkələrin,  o  cümlədən  Azərbaycanın  biliteral  asılılıq  “tələsinə” 
düşməyi nöqteyi-nəzərindən əlverişli situasiya yaradır. 
Əlbəttə,  beş  ölkənin  daxil  olduğu  gömrük  ittifaqından 
kənarda  qalmaq  yuxanda  göstərdiyimiz  anlamda  region 
bağlılığının  formalaşması  prosesini  xeyli  ləngidir,  lakin  təhlükəni 
bütünlüklə aradan qaldırmır. Eyni zamanda, MDB daxili qarşılıqlı 
iqtisadi  münasibətlərin  sistemli  təhlili  və  əldə  olunan  yekunlara 
əsaslanmaqla  birmənalı  şəkildə  belə  bir  nəticəyə  gəlmək 
mümkündür  ki,  gömrük  ittifaqı  üzv-  ölkələrin  sosial-iqtisadi 
inkişafına  heç  bir  təsir  göstərməyəcəkdir.  Belə  ki,  əvvəla, 
inteqrasiya  blokunda  regional  istehsal  münasibətlərinin  qarşılıqlı 
faydalılıq  bazasında  formalaşdırılması  baxımından  həlledici  rol 
oynaya biləcək lider-ölkə yoxdur. Başqa sözlə, istehsal problemi ilə 
üzləşən, dünya standartlan səviyyəsində məhsul buraxa bilməyən, 
dünya  bazannda  rəqabətqabiliyyətliliyi  ifrat  dərəcədə  aşağı  olan 
ölkələrin gömrük ittifaqı çərçivəsində inteqrasiyası heç bir səmərə 
verə  bilməz.  Həqiqətən  də,  istehsal  fəaliyyətinin  yenidən  bölgüsü 
imkanlannm məhdudluğu (hətta yoxluğu) üzündən inkişaf etməkdə 
olan  ölkələrin  gömrük  birlikləri  çərçivəsində  region-  daxili 
ticarətin  genişləndirilməsi  perspektivi  demək  olar  ki,  yoxdur^®. 
MDB  daxili  gömrük  ittifaqı  həm  istehsal,  həm  də  istehlak  effekti 
baxımından  tam  yararsızdır.  Düzdür,  bə’zi  tədqiqatçılar  belə  bir 
fikir  irəli  sürürlər  ki,  “...sənaye  mallan  üzrə  idxalatı  əvəzedəcək 
istehsal  sahələrinin  yaradılması  hətta  ticarət  axınının  blokdaxili 
istiqamətə  yönəldiyi  təqdirdə  də  istehlak  səmərəsi  verə  bilər”^'. 
MDB  gerçəkliyi  bu  qənaətin  heç  bir  real  məzmun  daşımadığını 
göstərir.  Əvvəla,  bunun  üçün  birlik  ölkələri  tərəfindən  optimal 
xarici  tarif  tətbiq  edilməlidir  ki,  bu  da  müasir  situasiya 
çərçivəsində qeyri- 
^  F.Pasos  Regional  Integration  of  Trade  among  less  Developed  Countries. 
Lx)ndon-Basingtoke 1973; p. 148-149. 
Cooper C.A., Massell B.F. Journal of Political Economy. 1965, vol. 73. N-5, 
p.461-476. 
95 


mümkündür.  İkincisi,  yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  istehsal 
probleminin optimal həllinə təkan verə biləcək lider-ölkə yoxdur və 
bu  hal  öz-özlüyündə  gömrük  ittifaqının  istehsal  effektini  bəri 
başdan mümkünsüz edir. 
Araşdırmalarımız  göstərir  ki,  MDB  məkanında  regional 
ümumbazarm  fomıalaşması  ilə  əlaqədar  olaraq  qiymətlərin  nisbi 
dəyişməsinə  ümid  etmək  sadəlövlük  olardı.  Bu  halın  reallıq 
dərəcəsinin cüz’iliyi ona dəlalət edir ki, gömrük ittifaqı ölkədaxili 
istehlakm  struktur  dəyişikliyinə,  istehlak  effektinə  gətirib 
çıxarmayacaqdır. 
Problemə ümumnəzəri baxış belə bir həqiqəti aşkarlamağa 
imkan  verir  ki,  rəqabətqabiliyyətli  iqtisadi  strukturlara  malik 
olmayan ölkələrin gömrük ittifaqı yaratması mə’nasızlıqdan başqa 
bir şey deyildir. Həqiqətən də, həm milli, həm də regional səviyyədə 
iqtisadi  dinamikanın  sabitqədəmliliyi  elə  həmin  səviyyələrdə  də 
tədavül 
sferasının 
fəaliyyət 
mexanizmindən 
funksional 
asılılıqdadır.  Yə’ni,  regional  iqtisadi  münasibətlər  sistemində 
tədavül  mexanizminin  hər  cür  məhdudiyyətlərdən  azad  edilməsi 
müasir  neoliberalizmin  mahiyyətinə  uyğundur,  lakin  inkişafın 
yalnız  və  yalnız  bazarın  spesifikası  ilə  bağlanması  “yerində 
saymaq” effektindən başqa bir şey verməyəcəkdir. Məhz buna görə 
də, yalnız tədavül sferasında inteqrasiya proseslərinin sün’i surətdə 
genişləndirilməsi  və  tez-tələsik  bu  istiqamətdə  hüquqi  bazanın 
foımalaşdınlmasma  edilən  cəhdlər  biliteral  asılılığın  ümummilli 
mənafelərə  birbaşa  tə’sirini  daha  da  gücləndirə  bilər.  İqtisadi 
fəaliyyətin  tənzimlənməsi  mexanizmində  gözlə  görünən  fərqlər, 
strukturca  uyğunsuzluq,  sistemli  islahatların  aparılması  tezliyi 
baxımından əhəmiyyətli fərqlərin mövcudluğu MDB daxili gömrük 
ittifaqının  “ölü  doğulmuş”  ideya  keyfiyyətində  qəbul  edilməsini 
şərtləndirir.  Qərbi  Avropa  ölkələrində  gedən  inteqrasiya 
proseslərinin tarixi təcrübəsi göstərir ki, regional bütövlük nəticə 
e’tiban  ilə  milli  maraqların  tam  və  dolğun  şəkildə  ödənilməsini 
tə’min  edə  biləcək  əsas  vasitələrdən  biridir.  Lakin,  bu  təcrübə, 
həmçinin sübut edir ki, inteqrasiya geniş təkrar istehsal prosesini 
bütövlükdə əhatə etməlidir. Əks-təqdirdə, regional bütövlük 
96 


birqütblü səciyyə daşıyacaq və üzv-ölkələrin iqtisadi potensialından 
səmərəli  istifadə  etmək  imkanlarını  aradan  qaldıracaqdır. 
Araşdırdığımız  problemin  prizmasından  yanaşdıqda,  bu  o 
deməkdir ki, biliteral asılılıq öz-özlüyündə mənfİ nəticələr doğuran 
fenomen deyildir. Sosial-iqtisadi inkişafa tə’sirin sözügedən asılılıq 
vəziyyətində  mümkünlüyü  inkaredilməzdir.  Bu  asılılıq  yalnız  o 
halda  əks-effekt  doğurur  ki,  regional  bütövləşmə  kompleks 
xarakter  daşımır  və  bütünlükdə  məcmu  iqtisadi  proseslər  böyük 
iqtisadi  potensiala  malik  olan  ölkənin  əlində  cəmləşir.  MDB-yə 
münasibətdə  məhz  bu  aspektin  qabardılması  real  gerçəkliyin 
mahiyyət çatarlarından irəli gəlir. 
Bütün  bunlar  araşdırdığımız  problemin  yalnız  iqtisadi 
aspektlərini  özündə  ehtiva  edir.  Əgər  regional  səviyyədə  biliteral 
asılılığın  məzmununa  siyasi  prosesləri  də  daxil  etsək,  onda 
sözügedən hadisənin ölkəmiz üçün nə qədər mühüm əhəmiyyət kəsb 
etdiyini görə bilərik. Elə MDB-nin kiçik mikrobloklara bölünməsi 
də məhz siyasi aspektlərin reallıqla uzlaşmayan və nümayişkaranə 
şəkildə qabardılmasıdır. 
Sistemli tədqiqatın nəticələrinə əsaslanmaqla problemin həll 
edilməsi  istiqamətləri  kimi  aşağıdakılann  ön  plana  çəkilməsini 
məqsədəuyğun hesab edirik; 
-Müasir  keçid  dövrünün  spesifikasını  və  real  bazann  hələ 
formalaşma  mərhələsində  olduğunu  nəzərə  alaraq,  nəinki  keçmiş 
müttəfiqlərlə, eləcə də inkişaf səviyyəsindən asılı olmayaraq heç bir 
regional qurumla münasibətlərdə biliteral asılılığın formalaşmasına 
imkan  verilməməlidir.  Əslində  problemə  bu  tərzdə  yanaşmanın 
mahiyyətində kiçik ölkənin özünü qomma “instinkti” dayanır. 
Multiliteral  əlaqələrin  hər  vəchlə  inkişaf  etdirilməsi,  xarici 
iqtisadi  fəaliyyətin  coğrafi  təmərküzləşməsinə  yol  verilməməsi 
müasir “oyun qaydaları” çərçivəsində əsas vasitələrdən biri, bəlkə 
də yeganə çıxış yoludur. 
-İxrac siyasəti ilə ümumiqtisadi inkişaf strategiyası arasında 
üzvi  əlaqələrin  formalaşdırılması  və  bu  yönümdə  bu  gün  həyata 
keçirilən  fəaliyyətdə  mahiyyət  dəyişikliklərinin  aparılması 
zəruriliyi; Bu problemin ön plana çəkilməsi 
97 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə