Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə127/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   121   122   123   124   125   126   127   128   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

A) İdrakın ümumməntiqi metodları.
a) Analiz və sintez. İdrak prosesində öyrənilən predmet ilk növbədə zahirən müşahidə edilir və bu zaman təfərrüatlar nəzərdən qaçırılır. Hadisə, proses və şeylərə belə baxışla onların daxili strukturu və mahiyyətini dərk etmək mümkün deyil. Təfərrüatların öyrənilməsi üçün tədqiq olunan obyekt hissələrə ayrılır. Analiz – öyrənilən predmetin fikrən tərkib hissələrinə ayrılmasıdır.
Analiz elmi idrakın mühüm üsullarından olsa da bütövlükdə dərketmə prosesinin çoxsaylı məqamlarından yalnız biridir. Analiz yolu ilə predmetin təfərrüatları, kifayət qədər öyrənildikdən sonra elmi idrakın sintez adlandırılan növbəti mərhələsi başlayır. Sintez – öyrənilən predmetin analiz vasitəsilə hissələrə ayrılmış elementlərinin fikrən vahid tamda birləşdirilməsidir.
b) Mücərrədləşdirmə. İdrakın ümumməntiqi metodlarından biri də mücərrədləşdirmədir. Mücərrədləşdirmə - öyrənilən predmetin mühüm əlamətlərinin fikrən qeyri-mühümlərdən ayıraraq əsas diqqətin onlara yönəldilməsidir.
c) Ümumləşdirmə– idrakın elə bir üsuludur ki, onun nəticəsində obyektlərin ümumi xassə və əlamətləri müəyyənləşdirilir.
İnduksiya və deduksiya. Onlardan birincisi empirizmin, ikincisi isə rasionalizmin əsas metodu kimi çıxış etmişdir. İnduksiya – tədqiqatın elə bir metodu və mühakimə üsuludur ki, onun vasitəsilə yeni bilik xüsusi, ayrı-ayrı müddəalara əsaslanmaqla əldə edilir. Başqa sözlə desək, induksiya xüsusi biliklərdən ümumi biliyə keçilməsini təmin edir. Məsələn,
Dəmir, gümüş, qalay, qızıl elektrik keçiriciləridir;
Dəmir, gümüş, qalay, qızıl metallardır;
Bütün metallar elektrik keçiriciləridir.
Deduksiya tədqiqatın elə bir metodu və mühakimə üsuludur ki, onun vasitəsilə ümumi müddəalardan zəruri olaraq xüsusi səciyyəli bilik əldə edilir. Başqa sözlə desək, deduksiya ümumi bilikdən xüsusi biliyə keçilməsini təmin edir. Məsələn,
Bütün insanlar öləridir;
Sokrat insandır;
Sokrat öləridir.
Analogiya – idrakın elə bir üsuludur ki, onun vasitəsilə müxtəlif obyektlərin bir əlamətinin oxşarlığına əsaslanmaqla onların digər əlamətlərinin oxşarlığı nəticəsi çıxarılır. Məsələn, işığın təbiətinin öyrənilməsi zamanı difraksiya və interferensiya hadisələri müşahidə olunmuşdur.
Modelləşdirmə – tədqiqat obyektinin (orijinalın), idrakı maraqlandıran müəyyən cəhətlərini əvəzləyən surətinin (modelinin) yaradılması və tədqiqi vasitəsilə öyrənilməsi metodudur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə