Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


B) Empirik tədqiqatın elmi metodları



Yüklə 1,08 Mb.
səhifə128/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   121   122   123   124   125   126   127   128   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

B) Empirik tədqiqatın elmi metodları.
Müşahidə. Empirik tədqiqatın əsas və birinci metodu müşahidədir. Müşahidə –öyrənilən obyektin müntəzəm olaraq məqsədli şəkildə qavranılmasıdır. Müşahidənin gedişində öyrənilən obyektin (müşahidə obyektinin) zahiri tərəf, xassə və münasibətləri haqqında ilkin biliklər əldə edilir.
Müqayisə. Empirik tədqiqatın mühüm və universal metodlarından biri də müqayisədir. Müqayisə – gerçəkliyin müxtəlif obyekt və yaxud hadisələrinin oxşar və fərqli cəhətlərinin müəyyən edilməsidir.
Ölçmə. Ölçmə metodunun əsasını müqayisə əməliyyatı təşkil edir. Müasir eksperimental təbiətşünaslıq məhz ölçmə metodu sayəsində meydana gəlmişdir. Ölçmə vasitəsilə öyrənilən obyektin kəmiyyət səciyyəsi müəyyənləşdirilir və ölçülən kəmiyyətin ədədi qiyməti tapılaraq ölçü vahidləri – kq, metr, erq, vatt və s. vasitəsilə ifadə olunur. Ölçmə – ölçü vahidi vasitəsilə hər hansı kəmiyyətin ədədi qiymətinin təyin edilməsi əməliyyatıdır.
Eksperiment. Empirik tədqiqatın ən qədim və universal metodlarından biri də eksperimentdir. Eksperiment müəyyən mənada müşahidə metodunun xüsusi halıdır. Lakin müşahidədən fərqli olaraq idrakın subyekti olan insan obyekt və hadisələri təkcə passiv seyr etməklə kifayətlənməyib, onlara fəal surətdə müdaxilə edir. Eksperiment zamanı tədqiq edilən hadisə və yaxud predmet məqsədli şəkildə və nəzarətdə saxlanılan şəraitdə müşahidə edilir. Başqa sözlə desək, müşahidə zamanı hadisə və predmetlər yalnız öz təbii halında öyrənilirsə, eksperimentdə isə məhz tədqiqatın tələblərini ödəyən süni şəkildə yaradılmış şəraitdə öyrənilir.
C) Nəzəri tədqiqatın elmi metodları.
Formallaşdırma. Nəzəri tədqiqatın əsas elmi metodlarından biri formallaşdırmadır. Formallaşdırma – məzmunca fərqli proseslərin formalarının ümumiləşdirilməsi, bu formaların öz məzmunlarından mücərrədləşdirilməsidir. Tarixən formallaşdırma əməyin, təfəkkürün və dilin yaranması ilə paralel yaranmışdır. Əmək fəaliyyətinin müəyyən üsulları, əmək əməliyyatlarının gerçəkləşdirilmə üsulu və bacarıqları konkret fəaliyyət, əmək obyekti və vasitələrindən mücərrədləşdirilərək ümumiləşdirilmiş, qeyd olunmuş və yaşlı nəsildən gənc nəslə ötürülmüşdür. Bizim adi dilimiz formallaşdırmanın ən zəif səviyyəsidir. Formallaşdırmanın ifrat qütbü isə mühakimələrin məzmunundan mücərrədləşdirilərək formalarını öyrənən riyaziyyat və riyazi məntiqdir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə