Fənnin adı: Fövqəladə halların təhlükəli amilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/82
tarix28.11.2023
ölçüsü5,01 Kb.
#135238
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   82
a35522fd6f49dc7d35fba0d0b6a3640c

Quraqlıq 
- kənd təsərrüfatı və meşə təsərrüfatı, məişətdə və sənayedə su təchizatı, 
gəmiçilik və su elektrik stansiyalarının işi arzuolunmaz vacib hadisədir. Bu hadisə 
müxtəlif geofiziki göstəricilər üzrə, məsələn yağıntı defisitindən (miqdarına, 
müddətinə, miqyasına görə) başlamış mürəkkəb əmsalların hesablanmasından 
müvafiq qaydada qiymətləndirilə bilər ki, buraya hava temperaturunun, 
yağıntıların, torpaqda rütubət ehtiyatının normadan fərqlənməsi dərəcəsi, eləcə də 
məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxildir. Adətən, bir 
ərazidə quraqlıq digər ərazidə yağıntıların artmasına səbəb olur. Əsas qitələrin 
sahələrinin 4-45 faizi quru və quraqlıq ərazilərdir ki, əhalinin üçdə biri məhz bu 
ərazilərdə, dörddə üçü isə quraqlıq bəzi hallarda baş verən sahələrdə yaşayır. 
Keçmiş SSRİ-də əkin sahələrinin 70%-ə qədəri quraqlıq təhlükəsi olan sahələrdə 
yerləşirdi. 
Dünyada demək olar ki, hər il güclü quraqlıqlar baş verir. Qurbanlarının sayına və 
vurduğu iqtisadi ziyana görə quraqlıq beş ən əsas təhlükəli təbii hadisələrdən 
biridir. Bir dəfədə baş verən təlafatın sayına (1965-1967-ci illərdə Hindistanda 1 
mln-dan artıq) və birbaşa iqtisadi zərərin kəmiyyətinə (on milyardlarla dollar) görə 
ən iri təbii fəlakətlərdən sayılır. 


Havanın temperaturu yüksək, yağıntılar isə normadan az olan uzunmüddətli dövr 
ən çox yaz və yay aylarında müşahidə olunur. Quraqlıq nəticəsində torpaqda 
rütubət ehtiyatları qurtarır, bitki üçün əlverişsiz şərait yaranır, məhsul azalır yaxud 
tamamilə məhv olur. Quraqlığın hava və torpaq quraqlığı kimi iki növü var. 
Hadisənin əmələ gəlməsi üçün müddət hökm sürən sabit antisiklon şəraitində 
havanın güclü qızması və yağıntı olmayan şəraitdə buxarlanmanın, yaxud 
buxarlanma qabiliyyətinin kəskin sürətdə artması ilə əlaqədardır. 
Quraqlıq Azərbaycan üçün çox təhlükəli atmosfer hadisələrindən biri kimi ən çox 
düzənlik və dağətəyi rayonlarda geniş yayılmışdır. Bu zonalarda quraq keçməyən 
yay olmur. Quraqlığın törətdiyi böyük insan tələfatı və əhalinin miqrasiyası ilə 
nəticələnən Afrikadan fərqli olaraq Azərbaycanda yayılmış geniş suvarma sistemi 
bu bəlanın yarqısını müəyyən dərəcədə alır. Bununla belə əkinə yararlı 
torpaqlarımızın azı 45%-i quraqlıq üzündən istifadə edilmir, yaxud az istifadə 
edilir. 
Azərbaycanda quraqlıq azyağıntılı illərdə daha təsirli olur. Kür-Araz ovalığında adi 
hallarda iyun-avqustda ən isti və quraq keçən günlərin sayı 15-25 olduğu halda
azyağıntılı aylarda belə günlərin sayı iki dəfə artır, su çatışmazlığı üzündən məhsul 
məhv olur. 
Culfa və Naxçıvanda iyun-sentyabr aylarında yağmursuz günlərin sayı ayda 20-29-
a çatır. 
Kür-Araz ovalığında kəskin quraqlıqlar Naxçıvan MR-də nisbətən az olsa da 
burada iyun ayının 10 günü, iyulun və avqustun 15-20 günü kəskin quraq keçir. 
Quraqlığın Azərbaycan ərazisi üçün klassik nümunəsi 1946-cı ildə olmuşdur. 
Ümumiyyətlə, respublikada kəskin quraqlıq hər iki ildən bir baş vermişdir. 
Azərbaycanda quraqlığa qarşı ən yaxşı mühafizə tədbiri suvarma, arat, daha 
təsirlisi isə tarlaqoruyucusunu meşə zolaqlarının salınmasıdır. Sonuncu tədbir 
Muğan təcrübə-meliorasiya stansiyasında (Saatlı rayonu üçün) sınaqdan çıxarılmış 
və quraqlığın təsiri xeyli azalmışdır. Adi illərdə isə ətraf rayonların 
təsərrüfatlarında alınan məhsula nisbətən stansiya ərazisində məhsuldarlıq 1,5-1,6 
dəfə yüksək olmuşdur. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə