Tufanlar nəticəsində (əsasən dolu vurmasından) dəyən iqtisadi ziyan hər il ABŞ-da
təxminən 700 mln. dollar (bütün təhlükəli təbii proseslər arasında beşinci yer),
İsveçrə, Fransa, Kanada, Cənubi Afrika Respublikası və bəzi digər ölkələrdə - yüz
milyonlarla dollar, bütün dünyada isə ən azı 2 milyard dollar təşkil edir. Bir dəfədə
baş vermiş zərər ABŞ-da 350 mln. dollardır.
Boran.
Mahiyyət etibarilə çovğun və tufanın yaratdığı vəziyyətdən az fərqlənir.
Çovğundan fərqli olaraq boran zamanı havanın hərəkəti
istiqaməti çox mürəkkəb
olur, burulğanlı səciyyə daşıyır, güclü külək, qar və soyuqla müşayiət olunur.
Ən çox qış ayları üçün səciyyəvi olan boran yayda yüksək dağlıq zonada da baş
verir, mal-qaranın otarılmasını, qoyun sürülərinin
hərəkətini çətinləşdirir, bəzən
onların qırılmasına səbəb olur.
Azərbaycanda boran üzrə meteoroloji müşahidələr aparılmır. Xalq arasında isə
boran müşahidə edilir və ona qarşı ehtiyat tədbirləri görülür. 1958-ci il iyulun 2-də
Şəki rayonunun Kəm yaylağında baş verən boran zamanı güclü yağış və sonra qar
yağması nəticəsində yaylaq ətrafında sürüşmələr
baş vermiş və çoxlu heyvan
tələfatı olmuşdur.
Boranın proqnozu və ondan mühafizə tufanda olduğu kimidir.
Dostları ilə paylaş: