Proqnozu çətin verilir, ona qarşı fəal mühafizə tədbirləri yoxdur.
Qasırğa.
Böyük dağıdıcı qüvvəyə malik olan küləkdir. Qəfil fırtınadan
fərqli
olaraq bu, uzun müddət davam edir, tikililəri, evlərin çardağını dağıdır, iri ağacları
yıxır. Qasırğa zamanı küləyin gücü çox vaxt 12 baldan yuxarı (saniyədə 30 m və
daha çox) olur.
Qasırğa ən çox tropik en dairələrində baş verir. Bizim
şəraitdə ən güclü xəzri
zamanı yaranan vəziyyəti qasırğa hesab etmək olar. Güclü xəzri zamanı
küləyin
sürəti bir neçə saat və hətta gün ərzində 35-45 m/san-yə çata bilir.
Ən çox Abşeron yarımadası, o cümlədən Bakı və Sumqayıt üçün səciyyəvidir.
Sinoptiklər onun proqnozunu çox vaxt dəqiq verirlər.
Qasırğaya qarşı fəal təsir üsulları yoxdur. Lakin onun ildə bir neçə dəfə Bakı və
Abşeronda baş verməsi nəzərə alınmalıdır.
2. Quraqlığın yaranma səbəbləri, dolu və doluvurma.
Dostları ilə paylaş: