Cədvəl 10.1.Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı.
Texnosferin əhali və ətraf mühitə
törətdiyi təhlükə - sənayedə, energetikada və
kommunal təsərrüfatında
böyük miqdarda radioaktiv, kimyəvi, bioloji təhlükəli,
habelə yanğın və partlayış qorxusu yaradan istehsalat və texnologiyaların olması
ilə şərtləşir. Respublikamızda təxminən yüz min belə istehsalat mövcuddur.
Burada əsas istehsalat fondlarının yüksək aşınma
dərəcəsi, müvafiq təmir və
profilaktika işlərinin vaxtında
yerinə yetirilməməsi, istehsalat və texnoloji
intizamın zəifləməsi qəza ehtimallarını daha da artırır.
Əldə
olan məlumatlara görə, son 10 illər ərzində respublikamızda texnogen
xarakterli çoxsayda fövqəladə hadisə qeydə alınmışdır. Onların böyük əksəriyyəti
Bakı və Sumqayıt
şəhərlərində kimya, neft kimyası və nəqliyyat sahələrində baş
vermişdir.
Dostları ilə paylaş: