1.
İstehsalat qəzaları və fəlakətləri haqqında, onların baş vermə
səbəbləri
2.
Sənaye müəssisələrində partlayışlar və yanğınlar, enerji və kommunal
sistemlərdə qəzalar.
Ədəbiyyat:
1. Ocaqov H.O., Nağıyev. N.T., Muxtarov .R.M ,Müliki müdafiə Bakı -2011. 397 s
2.C.N.Qasımov .,N.Z.Abdullayev. Fövqəladə halların təhlükəli amilləri Bakı -
2017. 390 səh.
3.С.В.Ефремов,В.В.Цаплин.Безопасность в чрезвычайных ситуациях.Санкт-
Петербург,2011 .253 səh.
4. Сычев, Ю. Н. Безопасность жизнедеятельности в чрезвычайных ситуациях
- М.: Финансы и статистика, 2015. - 224 c.
5. H.O.Ocaqov. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (Mülki
müdafiə) Bakı 2010, səh.388
6.Ocaqov H.O., Hacıyev A.İ.Sabitliyi pozan amillər və onların nəticələrinin
xarakteristikası. Bakı-2003. 189 səh.
7.
Fövqəladə halların təhlükəli amilləri
fənni üzrə elektron mühazirələr
toplusu.Bakı-2021 (azmiu.edu.az)
Bakı-2021
1.
İstehsalat qəzaları və fəlakətləri haqqında, onların baş vermə səbəbləri
İstehsalat qəzaları, o cümlədən
də iri qəzalar - sənayenin, elmi-texniki tərəqqinin
coşqun inkişafı, istehsalatda texnologiyaların
durmadan dəyişməsi, nəhəng enerji
və yüksək sürətlərdən istifadə edilməsi ilə xarakterizə olunan, əsrimizə aid olan və
tez-tez baş verən hadisələrdəndir.
İstehsalat qəzalarının baş vermə səbəbləri öyrənilərkən məlum olur ki, ilk baxışda
bu səbəblərin çox müxtəlif görünməsinə baxmayaraq mahiyyətcə onları
iki əsas
qrupa bölmək mümkündür:
Birinci qrup
- müəssisələri layihələşdirən bəzi mütəxəssislərin təhlükəsizlik
texnikasının tələblərinə kifayət dərəcədə məsuliyyətlə yanaşmaması,
eləcə də bir
sıra sex rəhbərlərinin bu tələblərin yerinə yetirilməməsinə səhlənkar münasibəti,
Dostları ilə paylaş: