|
![](/i/favi32.png) Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"
|
səhifə | 42/64 | tarix | 28.12.2022 | ölçüsü | 6,76 Mb. | | #97999 |
| NQÇSXvəƏMÇM-1 müh.material. (1)Karboksimetilsellüloza (KMS) stabilləşdirici reagentdir.Bu reagent qazma məhlulunun əsasən su verməsini azaltmaq üçün istifadə edilir, 1300-1400S temperatur şəraitində dözümlü olur, məhlulun özlülüyünü isə cüzi azaldır.
Kalsiumlaşdırılmış soda. Bu reagentin qazma məhluluna əlavə edilməsindən məqsəd kalsium ionlarını natrium ionları ilə (Na2CO3) əvəz etməklə, qazıma məhlulunun stabilliyini artırmaqdır.Kalsiumlaşdırılmış sodanın lazım olduğundan çox əlavə edilməsi məhlulun koaqulyasiyasını, özlülüyünü və statik sürüşmə gərginliyini artırır.
Məhlulun suverməsinə təsir edən reagentlər
Poliakrilatlar (gipan, K-4, RS-2, metas, poliakrilamid) – Bunlardan əsasən məhlulun su verməsini azaltmaq üçün istifadə edilir.KMS-ə nisbətən fəallığı və temperatura daha davamlılığı ilə seçilirlər.Bu reagentlər 1200S-ə qədər temperaturada öz keyfiyyət parametrlərini qoruyub saxlaya bilir.Metas hətta 2000S temperatura davamlıdır.
Nişasta reagenti (KR) də suverməni azaldan reagentlərdəndir, 100-1100S-yə qədər temperatur şəraitində işlədilə bilər.
Sulfit spirt cecəsi (SSC).SSC məhlulun su verməsini zəiflədir, kondensə edilmiş SSC isə məhlulun su verməsini aşağı sala bilir (KSSC). Məhlulun özlülüyünü aşağı salmaq üçün SSC-nin modifikasiyalarından, məsələn, xromliqnosulfonat, okzil və sairədən istifadə edirlər.Həmin reagentlərin ümumi qüsur cəhətləri qazıma məhluluna əlavə edildikdə köpük əmələ gətirmələridir ki, bu da əlavə olaraq köpüksön-dürənlərdən istifadə edilməsini tələb edir.
Özlülüyə təsir edən reagentlər
Nitroliqnin – məhlulun özlülüyünü azaltmaq üçün istifadə edilir.Bu reagent də köpük əmələ gətirir.
Natrium fosfatları – fosfatlardan qazmada ən çox natriumun polifosfatlarından istifadə edilir.Bu tripolifosfat və heksametafosfatlardır.Bunlar qazma məhlulunun özlülüyünü azaltmaq üçün işlədilir.Fosfatların da çox əlavə edilməsi məsləhət deyil, çünki koaqulyasiyaya səbəb olur.
Dostları ilə paylaş: |
|
|