Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


QAZMA MƏHLULLARININ SUVERMƏSİNƏ, ÖZLÜLÜYÜNƏ TƏSİR EDƏN REAGENTLƏR. AĞIRLAŞDIRICILAR, STABİLLƏŞDİRİCİLƏR  VƏ ONLARDAN İSTİFADƏ ZAMANI ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ



Yüklə 6,76 Mb.
səhifə40/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   36   37   38   39   40   41   42   43   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

QAZMA MƏHLULLARININ SUVERMƏSİNƏ, ÖZLÜLÜYÜNƏ TƏSİR EDƏN REAGENTLƏR. AĞIRLAŞDIRICILAR, STABİLLƏŞDİRİCİLƏR  VƏ ONLARDAN İSTİFADƏ ZAMANI ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ
Yüksək minerallaşmış qazma məhlullarının özlülüyünün azaldıcısı olan TR-5 – tanin reagenti
Üstünlükləri: Ekoloji təmiz məhsul olaraq quru və eləcə də dəniz akvatoriyasında dərin quyuların qazılması zaman istifadə oluna bilər. Flora və fauna üçün təhlükəsizdir. Təsir effektinə görə dünya səviyyəli analoqlarına uyğundur.
Geniş diapazonda dayanıqsız dağ süxurlarının, eləcə də məhsuldar layların qazıması zamanı yüksək minerallaşmış qazma məhlullarının struktur-mexaniki göstəricilərini tənzimləməyə imkan verir.
Texniki göstəriciləri:
• Sıxlıq, kq/m3 - 1650;
• Nəmlik,% - 15;
• 10%-li sulu məhlulda pH - 9.0;
• Səthi gərilmə, mН/m - 43.5;
• Aqreqat halı - quru;
• Rəngi - tünd-qəhvəyi;
• Təhlükəsizlik dərəcəsi - ekoloji təmiz.


Ağırlaşdırıcılar və onlardan istifadə
Neft və qaz quyularının qazılmasında tətbiq olunan ağırlaşdırıcıları 2 əsas qrupa bölmək olar:
1.Təbii filizlərdən alınmış ağırlaşdırıcılar (adi və zənginləşdirilmiş); Barit, hematit, maqnetit və s.
2.Metallurgiya və kimya sənayesinin tullantılanrından alınan ağırlaşdırıcılar: Koloşnik tozunun dəmirli konsentratı, pirit yanıqları və s.
Təbii filizlərdən alınmış ağırlaşdırıcılar suda həll ola bilən duzların azlığı, adsorbsiya qabiliyyətinin kiçikliyi ilə fərqlənirlər.Ağırlaşdırıcının xüsusi çəkisi böyük olduqca, yəni tərkibində süxurun miqdarı az olduqda onun adsorbsiya fəallığı daha kiçik olur.
Ağırlaşdırılmış məhlul - geoloji və qazma şəraiti mürəkkəb olan sahələrdə neft və qaz quyularının qazılmasında işlədilən xüsusi çəkisi artırılmış (1,2-2,5q/sm3) gilli məhluldur. Normal məhlulun xüsusi çəkisi barit, hematit, limonit maqnetitli qumlar və s. ağırlaşdırıcılarla artırılır.
Neft və qaz quyularının qazılması prosesində ləğv edilməsi çətin, mürəkkəb, çoxlu vəsait və insan əməyi tələb edən mürəkkəbləşmələrdən biri də qaz, neft və su təzahürləri, quyu divarının uçulması və ovulub tökülməsidir. Bu xoşagəlməz hadisələrlə mübarizə əsasən qazma məhlulunun yarada biləcəyi hidrostatik təzyiqin düzgün tənzim edilməsindən ibarətdir. Bu məqsədlə qazma məhlulunun udulması gözlənən intervallarda hidrostatik təzyiqi azaltmaq, təzahürlər baş verə biləcək intervallarda isə hidrostatik təzyiqi artırmaq lazım gəlir. Sonuncu halda, əsasən qazma məhlulunun xüsusi çəkisini artırmaq yolu ilə təzahürlərə qarşı mübarizə aparırlar. Bunun üçün müxtəlif ağırlaşdırıcılardan istifadə olunur. Bu ağırlaşdırıcıların xüsusi çəkiləri əsasən 4,10 5,10 q/sm3 arasında dəyişir.Gəncə, Kutaisi və Belov baritləri, (BaSO4), qallenit (Pb S), hematit (F2O3), pirolüzit (MnO2), pirit (FeS2), KMA (maqnetit konsentratı), Koloşnikov tozu (Fe2O3, Fe3O4), ilmenit (FeO.TiO2) adlı ağırlaşdırıcılar mövcuddur. Həmin ağırlaşdırıcılar içərisində baritlər çox geniş yayılmışdır. Onların üstünlükləri aşağıdakılardır: asan hazır­lan­ması, materiallara qənaət edilməsi, qazımaya sərf edilən vaxtın qısaldılması, qazıma məhlulunun ağırlaşdırıl­ması, kim­yəvi emalı və təmizlənməsinə sərf olunan vaxtın xeyli azal­ması və nəticədə qazımanın kommersiya sürətinin yüksəlməsi.
Təcrübə göstərir ki, baritlərdən istifadə etdikdə başqa ağırlaşdırıcılarla müqayisədə qazmanın mexaniki sürətinin 50%-dən çox artması, bir baltanın gedişinin isə 26%-dən çox olması, avadanlıqların təmirinə sərf edilən vaxtın xeyli azaldılması və nəhayət, istifadə edilən ağırlaşdırıcının miqdarının təxminən 2 dəfə azalması müşahidə edilir, 1 m qazımanın maya dəyəri də xeyli azalır. Qazmada nisbətən kiçik xüsusi çəkiyə malik ağırlaşdırıcılardan da istifadə olunur. Məsələn, dəmir arsenatı – bu ortofosfat turşusunun duzudur, xüsusi çəkisi 3,2 q/sm3-dir.
Dolomit, Ca və Mq(CO3)2-ın, xüsusi çəkisi 2,8 – 2,9 q/sm3; əhəngin xüsusi çəkisi 2,70 q/sm3 (çökmə süxurdur); mergelin – xüsusi çəkisi 2,65 q/sm3-dir (çökmə süxurdur). Qalenitin – PbS xüsusi çəkisi 7,4 – 7,6 q/sm3-dir; Bu ağırlaş­­dırıcı­dan çox böyük xüsusi çəkiyə malik qazma məhlulları hazır­lamaq üçün istifadə edilir.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə