Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Susuz, gilsiz yaxud neft əsaslı qazma məhlulları



Yüklə 6,76 Mb.
səhifə39/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   35   36   37   38   39   40   41   42   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Susuz, gilsiz yaxud neft əsaslı qazma məhlulları
Neft əsaslı məhlullardadizelyanacağı disperssistemi, oksidləşdirilmiş bitumisə dispersfazanı təşkiledir.Buməhlulunstruktur əmələgətirmə qabiliyyətizəifolduğu üçünonastruktur əmələ gətirənmaddələr (yağlı qələvisabunuvə yakalsiumoksidi) əlavə edirlər. Buməhlullardabitumdizelyanacağındaqızdırıldıqdahəllolaraqhəqiqiməhlul əmələ gətirir, soyuqhaldabuproses çoxvaxttələbedir.
Lazımgəldikdə, neft əsaslı məhlullarahidrofoblaş­dırılmış gil, yaxudsuda əlavə etməkolar. Neft əsaslı məhluluntərkibi: 1) dizelyanacağı (70-85%), oksidləşdirilmiş bitum (15-20%), oksidləşdirilmiş parafin (1%) və kaustiksodadan (1%) ibarətdir. 2) qazma məhlulu dizel yanacağı mazut, solyarka, yağlı turşunun natrium duzu və sönmüş əhəngdən ibarət olur.
Kiçik xüsusi çəkiyə malikqazma məhlulları
Belə məhlulları əldə etməyin ən sadə yolu yüksək kolloidli gilli qazma məhlullarına su əlavə etməkdir. Bu yolla xüsusi çəkisi g = 1,05 q/sm3 olan qazma məhlulları əldə etməyə imkan var. Neft əsaslı qazma məhlullarında g = 0,9 q/sm3 xüsusi çəkiyə nailolmaqmümkündür.
Bundandakiçikxüsusi çəkiyə malikqazmaməhluluhazırlamağaehtiyacolarsa, xüsusi çəkisig =0,5-0,6 q/sm3 olanaerizə edilmiş məhlullardanistifadə edirlər.


Qazma məhlulunun keyfiyyət parametrləri
Quyuların dərinliyinin artması, geoloji kəsilişdə olan süxurların müxtəlifliyi, layın hidravliki yarılması, müxtəlif mürəkkəbləşmə və qəzaların baş vermə ehtimalının olması, quyunun gələcək istismarı zamanı layın neft veriminə təsir edə biləcək reagentlərin düzgün seçilməsi, ən əsası isə quyunun normal qazılmasının təmin edilməsi üçün qazıma məhlulunun keyfiyyətini xarakterizə edən parametrlər düzgün seçilməli və asan idarə olunmalıdır. Bu parametrlər aşağıdakılardır.
Qazma məhlulunun:
-xüsusi çəkisi və ya sıxlığı;
-özlülüyü;
-suverməsi və gil qabığının qalınlığı;
-statik sürüşmə gərginliyi;
-dinamik sürüşmə gərginliyi;
-stabilliyi;
-tərkibində qumun miqdarı;
-tərkibində qazın miqdarı;
-tərkibində həll olunmuş maddələrin miqdarı;
-tərkibində bərk faza konsentrasiyasının miqdarı;
-tərkibində hidrogen ionlarının miqdarı;
-qazıma məhlulunun elektrik cərəyanına müqaviməti;
-qazıma məhluluna temperaturun təsiri.
Uzun illərdir ki, qazma məhlulu kimi «gilli məhlullar» terminindən istifadə edilirdi. Bu termin son vaxtlaradək yəni müxtəlif qazma şəraitləri üçün yeni qazma məhlulları yaranana kimi öz əhəmiyyətini qoruyub saxlayırdı. Hazırda və gələcəkdə isə biz daha ümumi məhfum olan «qazma məhlulu» terminindən istiffadə edəcəyik. Qazma məhlulu ilə qazma işləri aparmazdan əvvəl yüksək qazma sürətləri və keyfiyyəti əldə etmək üçün hazırlanacaq qazma məhlulunun komponentlərinin kimyəvi, fiziki və mexaniki xassələri dərindən öyrənilməlidir.
Bütün bunlarla yanaşı, qazma məhlulunun düzgün üsulla hazırlanması, saxlanması və təmizlənməsinə ciddi yanaşılmalıdır, qazma zamanı onun keyfiyyəti (parametrləri) daim nəzarət altında olmalıdır.
Qazma briqadası qazma məhlulunun parametrlərini geoloji-texniki tapşırıqda göstərilmiş qiymətlər həddində saxlamağa borcludur. Əgər bu məsələdə uyğunsuzluq aşkar edilərsə, qazıma işləri dayandırılmalıdır. Yalnız qazıma məhlulunun layihə parametrlərini bərpa etdikdən sonra qazma prosesinə başlamağa icazə verilir.
Ən sadə və normal qazma məhlulu su və gildən ibarət olur. Yer qabığının 70%-ni gilli süxurların təşkil etməsinə baxmayaraq, bütün gillər heç də qazma məhlulu hazırlamaq üçün yararlı deyildir.
Qazma məhluluna xas olan bir xüsusiyyəti qeyd etmək lazımdır. Onu sakit vəziyyətdə saxladıqda gil hissəcikləri bir-birinə yapışaraq struktur əmələ gətirir, qatılaşır və «axmaz» halında olur. Qazma məhlulunu mexaniki vasitələrlə qarışdırdıqda isə gil hissəcikləri arasındakı əlaqələr dağılır və o, axıcılıq qabiliyyətini bərpa edir. Qazma məhlulunun sakit vəziyyətdə struktur əmələ gətirməsinə və mexaniki yolla qarışdırma nəticəsində axıcılıq qabiliyyətini bərpa etməsinə tikstropluq deyilir. Tikstropluq qabiliyyəti qazma məhlulu içərisində gilin miqdarının təqribən 1-3%-dən çox olduğu hallarda müşahidə edilir.Yüksək dispersliyə malik bentonit gillərindən istifadə edilərsə, gilin miqdarı 0,3-0,5% olduqda belə, tiksotropluq müşahidə edilə bilər.



Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə