Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə36/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   32   33   34   35   36   37   38   39   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Texniki göstəriciləri:
• Sıxlıq (ρ) - 940 ÷ 950 kq/m 3
• Şərti özlülük (T) - 25 ÷ 45 san
• Plastik özlülük ( ηpl) - 19 ÷ 31 mP a·san
• Effektiv özlülük ( ηef) - 7 ÷ 10 mP a·san
• DSG ( τ0) - 6 ÷ 15 P a


«Nano-may» sistemi


Təyinatı: Dəniz şəraitində dərin dəniz stasionar özüllərində (DDSÖ) aparılan qazma işlərində qazma məhlullarının hazırlanması, parametrlərinə nəzarət, kimyəvi reagent və materialların istifadəsi ilə bağlı mövcud vəziyyət dərindən təhlil edilmiş, bu istiqamətdə yeni addım atılmışdır. Belə ki, aparılan təhlillər əsasında müəyyən olunmuşdur ki, DDSÖ-lərdə dizel mühərriklərindən kifayət qədər işlənmiş maşın atqı yağları (MAY) ayrılır ki, bunların təkrar istifadəsi praktiki olaraq qeyri-mümkün olduğundan su nəqliyyatı ilə sahilə daşınır.
Aparılan çox saylı tədqiqat işləri əsasında göstərilmişdir ki, MAY nano hissəciklər (HN) üçün səmərəli «daşıyıcı maye» funksiyasını yerinə yetirə bilər.Nəticədə NH və MAY əsasında qazma məhlullarının struktur-mexaniki və kolloid-kimyəvi xassələrini tənzimləyən «Nano-may» sistemi işlənilmiş və tədqiq olunmuşdur. Çoxsaylı tədqiqatlar ilə sübuta yetirilmişdir ki, «Nano-may» sistemi «Nano-neft» və «Nano-bitum» sistemləri kimi buruq şəraitində sadə hazırlanma texnologiyasına malik olmaqla yanaşı mövcud analoqlarından iqtisadi baxımdan xeyli əlverişlidir.
«Nano-may» sistemi tünd-boz rəngli maye halında maddə olub, su əsaslı qazma məhlullarının reotexnoloji və tribotexnoloji göstəricilərinin tənzimlənməsi, gillərin stabilləşməsi və kipgəcəmələgəlmənin qarşısının alınması məqsədilə istifadə edilir.
Üstünlükləri:
• Məhsuldar kəsilişlərin kollektorlarının məsamə və keçiriciliyinin qorunmasını təmin edir;
• Məhsuldar layda mühafizə ekranı hesabına lay kollektorlarında duz çöküntülərinin yaranmasının və məsamələrdəki gillərin şişməsinin qarşısını alır;
• Qazma məhlulunun reoloji parametrlərini tənzimləyir;
• Suverməni azaldır;
• Gil qabığının qalınlığını azaltmaqla bərabər elastikliyini artırır və onun sürtünmə əmsalını dəfələrlə azaldır;
• Statiki sürüşmə gərginliyini azaldır;
• Məhlulun özlülüyünü (plastik, effektiv, şərti) azaldır.
Effektlər:
• «Nanoyaddaş» effekti;
Erkən turbulentlik;
• Qazma məhlulunun uzunömürlülüyünü təmin edir;
• Qazmanın mexaniki sürətinin artmasına təsir edir, fırlanma
momentini azaldır;
• Kipgəc əmələgəlməyə qarşı müsbət təsir göstərir.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə