Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"


Anomal şəraitlərdə quyuların qazıması üçün nanostrukturlu qazma məhlulları



Yüklə 6,76 Mb.
səhifə34/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   30   31   32   33   34   35   36   37   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Anomal şəraitlərdə quyuların qazıması üçün nanostrukturlu qazma məhlulları
Təyinatı: İdarəolunan struktur-mexaniki və kolloid-kimyəvi xassələri hesabına qazmanı layihə dərinliyinədək qəzasız başa çatdırmağa imkan verir. Onlardan istifadə istifadə məhsuldar horizontların kollektor xassələrini qorumağa, quyu divarının dağılmasının və uçmasının qarşısını almağa, həmçinin qazma məhlulunun udulmamasına imkan verir.
Məhsuldar horizontda nanoörtüyün yaranması hesabına qazma məhlulunun laya daxil olması əhəmiyyətli dərəcədə azalır.Nanosistemlər gilli şistlərin şişməsinin qarşısını alır, məhsuldar layların çirklənməsinə qarşı qoruyucu ekran yaradır.
Yaranmış gil qabığında sürtünmə əmsalının kəskin aşağı düşməsi hesabına quyu lüləsində qazma kəmərinin sərbəst yerdəyişməsinə imkan verir.
Üstünlükləri:
• Şərti, plastik, effektiv özlülüklərin qiymətlərinin tənzimlənməsinə imkan y aradır.
• Statiki və dinamiki sürüşmə gərginliklərini, qazma məhlulunun suverimini tənzimləyir.
• Qazılmış süxur hissəciklərinin həlqəvi fəzada intensiv nəqlini təmin etməklə yanaşı, tiksotropiya xassələrini yaxşılaşdırır.
• Gil qabığı ilə qazma kəməri kontaktında sürtünmə əmsalını kəskin şəkildə aşağı salır və quyu lüləsində kəmərin sərbəst yerdəyişməsi təmin olunur.


«Nano-neft» sistemi


Təyinatı: Tərkibi xam neftdən və Nano Hissəciklərdən (NH) ibarət olan «Nano-neft» sistemləri məhsuldar layların qəza və mürəkkəbləşmələrsiz qazılmasını təmin etməklə yanaşı, qazma aləti və kəmərinin quyu gövdəsində səlis hərəkətini təmin edir.
Yüksək fraksion xassələri hesabına gil qabığının sürtünmə əmsalını 3,5 dəfəyə qədər azaldır.
Neftli-qazlı kollektorlardakı gillərin şişməsini məhdudlaşdırmaqla yanaşı, lay məsamələrində həll olmayan çöküntülərin yaranma ehtimalını aradan qaldırır.
«Nano-neft» tərkibləri qazma məhlullarının göstəricilərini tənzimləməklə yanaşı, səmərəli maye hövzəsi funksiyasına da malikdirlər.
«Nano-neft» sistemi tünd-şabalıdı rəngli maye halında maddə olub, su əsaslı qazma məhlullarının reotexnoloji və tribotexnoloji göstəricilərinin tənzimlənməsi, gillərin stabilləşməsi və kipgəcəmələgəlmənin qarşısının alınması məqsədilə istifadə edilir.
Üstünlükləri:
• Məhsuldar kəsilişlərin kollektorlarının məsamə və keçiriciliyinin qorunmasını təmin edir;
• Məhsuldar layda mühafizə ekranı hesabına lay kollektorlarında duz çöküntülərinin yaranmasının, məsamələrdəki gillərin şişməsinin və çirklənməsinin qarşısını alır;
• Qazma məhlulunun reoloji parametrlərini tənzimləyir;
• Quyu lüləsinin dayanıqlılığını artırır;
• Gil qabığının qalınlığını azaltmaqla bərabər elastikliyini artırır və onun sürtünmə əmsalını dəfələrlə azaldaraq baltanın və qazma kəmərinin lülədə sərbəst hərəkətini təmin edir;
• Yüksək tiksotropiya xassəsinə malik olmaqla suxur hissəciklərin intensiv nəqlini və kəsilişlərdə süxur hissəciklərinin asılı vəziyyətdə qalmasını təmin edir;
• Məhlulun özlülüyünü (plastik, effektiv, şərti) azaldır.
Effektlər:
• «Nanoyaddaş» effekti;
• Erkən turbulentlik;
• Qazma məhlulunun uzunömürlülüyünü təmin edir;
• Qazmanın mexaniki sürətinin artmasına təsir edir, fırlanma momentini azaldır;
• Kipkəcəmələgəlməyə qarşı müsbət təsir göstərir.
• Bu sistem polimer mənşəli reagentlərin sərfini azaldır;
• Yağlayıcı preparatların istifadəsinə ehtiyac qalmır.

Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə