Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"



Yüklə 6,76 Mb.
səhifə31/64
tarix28.12.2022
ölçüsü6,76 Mb.
#97999
1   ...   27   28   29   30   31   32   33   34   ...   64
NQÇSXvəƏMÇM-1 müh.material. (1)

Su əsaslı qazma məhlulu (SQM): Ən əsas su əsaslı qazma məhlulu sistemləri su ilə başlayır sonra şokoladlı süd və acıtma arasında bir şeyi xatırladan gil və digər kimyəvi maddələr daxil olan su homogen qarışığı yaradılır (özlülüyündən asılı olaraq) .
Gil (qaya formasında şist adlanır) adətən qazma zamanı mayedə asılı qalmış təbii gillərin kombinasiyası olur və ya SƏM sistemi üçün aşqar kimi emal olunan və satılan xüsusi gil növləridir.
Onlardan ən çox yayılanı, tez-tez yataqda"gel" kimi adlandırılan bentonitdir. Maye nasosla vurularkən gel vəziyyətə uyğun olaraq hazırlanır. Bu, çox nazik və dənəvər ola bilər (şokoladlı süd kimi), bununla belə nasos dayananda "gel"in strukturunu təşkil edən maye axına müqavimət göstərir. Adekvat güc nasosu ilə gel fasiləsində tətbiq ediləndə axın bərpa olunur və maye özünün əvvəlki dənəvər vəziyyətinə qayıdır. Müxtəlif effektlər əldə etmək üçün SQM sisteminə bir çox digər kimyəvi maddələr əlavə edilir.Bu effektlərə özlülüyə nəzarət, şistin sabitliyi, qazmanın sürətini artırmaq, soyutma və avadanlığın yağlılığı daxildir.
Su əsaslı qazma məhlulları
Sudan qazıma məhlulu kimi o hallarda istifadə etmək olar ki, onun çatışmazlıqları qazımanın gedişinə mənfi təsir göstərməsin.Bununla belə suyun qazma məhlulu kimi üstün cəhətləri də vardır:
– su başqa qazıma məhlullarına nisbətən baltanı və qazıma alətinin fırlanan hissələrini daha yaxşı soyudur;
– halqavari fəzada yüksək sürət yaradılarsa, qazılmış süxur hissəciklərini baltanın işçi səthinin altından tamamilə kənar edər və quyu lüləsini təmiz saxlaya bilər;
– su tərəfindən yaradılan hidrostatik təzyiq lay təz­yi­qin­dən yüksək olarsa, laydan quyuya neftin, qazın və suyun daxil olmasının qarşısını ala bilər;
-su qazılmış süxur hissəciklərini özündə saxlaya bilmədiyi üçün onu süxur hissəciklərindən təmizləmək çox asan olur və bu məqsədlə ən sadə təmizləmə üsullarından istifadə etmək olar;
-su porşenlər, silindr oymaqları, nasosun klapanları və turbin qazıyıcısının hissələrinin abraziv yeyilməsi intensivliyini azaldır;
-su qazıma məhlulu ilə müqayisədə kiçik xüsusi çəkiyə malik olduğundan, onun dövranı üçün nasos nisbətən az yük altında işləyir;
-su ilə qazımada texniki-iqtisadi göstəricilər qazıma məhlulu ilə qazımanın göstəricilərinə nisbətən yüksək olur;
-su ilə qazımada qazıma briqadası üzvlərinin iş şəraiti yaxşılaşır, belə ki, qazıma məhlulu hazırlamağa ehtiyac olmur və fəhlələr əlavə fiziki işdən azad olurlar;
-su ilə qazımada gilə və kimyəvi reagentlərə ehtiyac olmur, onların daşınması və hazırlanmasına əlavə fiziki güc, maddi vəsait sərf edilmir;
-su ilə qazımada qazıma alətinin dartılmalarla hərəkti və tutulması ehtimalı azalır.
Bununla belə, su universal qazma məhlulu deyildir və onun bir çox çatışmayan cəhətləri vardır ki, bunlar da su ilə qazma işi aparmağa imkan vermir. Belə ki,bəzi dağ süxurları (gillər,argillitlər) ilə təmasda olduqda su onların mexaniki xassələrini dəyişdirir, nəticədə süxurlar dayanıqlığını itirir, axma meylləri artır və quyu daxilinə sıxışdırılır.
- Su nəinki bu hala mane ola bilmir, əksinə, həmin mürəkkəbləşmənin növünün tez baş verməsinə kömək edir;
-su quyu divarında möhkəm və nazik gil qabığı əmələ gətirə bilmədiyi üçün quyu divarını uçulmadan qoruya və laya süzülmənin qarşısını ala bilmir;
-suyun, yüksək axıcılıq xassəsi olduğu üçün, o, süxürün xırda məsamələrinə asanlıqla hopur ki, bu da xoşa gəlməz haldır və layın neft verimini azaldır;
-su yüksək dərəcədə məsaməliyə və çatlara malik, xüsusilə də lay təzyiqi çox kiçik olan süxurlarda böyük sürətlə udula bilər, bu isə, öz növbəsində, quyu dibinin və quyu lüləsinin təmizlənməsinə mənfi təsir göstərir, istifadə edilən suyun məsrəfini xeyli artırır;
-dövrü sistemdə suyun hərəkətini dayandıranda su qazılmış süxur hissəciklərini asılı vəziyyətdə saxlaya bilmədiyi üçün quyu dibinə külli miqdarda süxur hissəcikləri çökür ki, bu da mürəkkəbləşmələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır;
-su bir çox süxurları asanlıqla özündə həll edərək bu və ya digər dərəcədə duzlu məhlula çevrilir. Bu səbəbə görə avadanlıqların və qazma alətinin korroziyaya uğramasına güclü kömək edir;
Su neftli layların açılmasına da mənfi təsir göstərir, odur ki, sudan istifadə qətiyyən məsləhət görülmür, belə ki, maye layın məsamələrinə asanlıqladaxilolaraq neft üçüneffektli məsaməliyikəskinsurətdə azaldır. Nəticədə quyudan istifadə olunmasında çətinliklər yaranır və neft verimi azalır. Təcrübələr göstərir ki, su qazma məhlulu kimi istifadə edilirsə, onun sərfi adi qazma məhlullarına nisbətən 6 ¸8 dəfə çox olur. Odur ki, buruqda çoxlu sayda su çənləri qoyulmalı, su təhciz etmək üçün mənbə tapıb su xətti çəiklməlidir ki, buruq fasiləsiz olaraq su ilə təmin edilsin.


Şək.Su əsaslı qazma məhlulu hazırlamaqda istifadə olunan barıt tozu

Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, sudan qazma məhlulu kimi yalnız kəsilişi bərk süxurlarda su ilə təmasda onların öz xassələrini dəyişmədiyi və dayanıqlığını itirmədiyi təqdirdə istifadə etmək olar.





Yüklə 6,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə