|
Fənnin məQSƏd və VƏzifəLƏri onun ixtisas fəNLƏri ilə ƏlaqəSI. Neft qədim akkad dilində "napatum"
|
səhifə | 37/64 | tarix | 28.12.2022 | ölçüsü | 6,76 Mb. | | #97999 |
| NQÇSXvəƏMÇM-1 müh.material. (1)Texniki göstəriciləri:
• Sıxlıq (ρ) - 935 ÷ 940 kq/m 3
• Şərti özlülük (T) - 30 ÷ 50 san
• Plastik özlülük ( ηpl) - 18 ÷ 35 mP a·san
• Effektiv özlülük ( ηef) - 6 ÷ 8 mP a·san
• DSG ( τ0) - 5 ÷ 12 P a
“Nano-qudron” sistemi
Təyinatı: «Nano-qudron» sistemi tünd-şabalıdı rəngli maye halında maddə olub, su əsaslı qazma məhlullarının reotexnoloji və tribotexnoloji göstəricilərinin tənzimlənməsi, gillərin stabilləşməsi və kipgəcəmələgəlmənin qarşısının alınması məqsədilə istifadə edilir.
Üstünlükləri:
• Məhsuldar kəsilişlərin kollektorlarının məsamə və keçiriciliyinin
qorunmasını təmin edir;
• Məhsuldar layda mühafizə ekranı hesabına lay kollektorlarında
duz çöküntülərinin yaranmasının, məsamələrdəki gillərin şişməsinin
və çirklənməsinin qarşısını alır ;
• Qazma məhlulunun reoloji parametrlərini tənzimləyir;
• Quyu lüləsinin dayanıqlılığını artırır;
• Gil qabığının qalınlığını azaltmaqla bərabər elastikliyini artırır və onun
sürtünmə əmsalını dəfələrlə azaldaraq baltanın və qazma kəmərinin
lülədə sərbəst hərəkətini təmin edir;
• Yüksək tiksotropiya xassəsinə malik olmaqla süxur hissəciklərin intensiv
nəqlini və kəsilişlərdə suxur hissəciklərinin asılı vəziyyətdə qalmasını
təmin edir;
• Məhlulun özlülüyünü (plastik, effektiv, şərti) azaldır.
Effektlər:
• «Nanoyaddaş» effekti;
• Erkən turbulentlik;
• Qazma məhlulunun uzunömürlülüyünü təmin edir;
• Qazmanın mexaniki sürətinin artmasına təsir edir, fırlanma momentini azaldır;
• Kipkəcəmələgəlməyə qarşı müsbət təsir göstərir.
• Bu sistem polimer mənşəli reagentlərin sərfini azaldır;
• Yağlayıcı preparatların istifadəsinə ehtiyac qalmır.
Texniki göstəriciləri:
• Sıxlıq (ρ) - 900 ÷ 920 kq/m 3
• Şərti özlülük (T) - 35 ÷ 40 san
• Plastik özlülük ( ηpl) - 20 ÷ 30 mP a·san
• Effektiv özlülük ( ηef) - 10 ÷ 15 mP a·san
• DSG ( τ0) - 18 ÷ 22 P a
Dostları ilə paylaş: |
|
|