Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə73/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   69   70   71   72   73   74   75   76   ...   96

__________Milli Kitabxana__________
222
– Dövlət  başçıları  türkdilli  xalqlar  arasında  dostluğu  möh-
kəmləndirmək  məqsədi  ilə  təhsil  sahəsində  sıx əməkdaşlığı
dərinləşdirməyin vacibliyini təsdiqləmişlər.
– Dövlət  başçıları  VIII  Zirvə  görüşünü  2002-ci  ildə  Aşqa-
bad şəhərində keçirməyi qərara almışlar. Bəyannamə 2001-ci il
aprelin  27-də İstanbul  şəhərində  hər  biri  türk  və  rus  dillərində
olmaqla  altı  nüsxədə  tərtib  edilmişdir,  bütün  mətnlər  eyni
qüvvəyə malikdir” (55, s.255-257).
Beləliklə,  bu  illər  ərzində  ölkələrimiz  və  xalqlarımız  ara-
sındakı  dostluq  və  qardaşlıq əlaqələri  durmadan  yüksələn  bir
xətlə  inkişaf  etməkdədir  ki,  bu  da  Azərbaycan  Prezidentinin
apardığı  siyasi  xəttin  nəticəsidir.  Bu  illər  ərzində  ölkələrimiz
arasında  87  saziş  və  müqavilə  imzalanmışdır.  Azərbaycan  heç
bir dövlətlə bu qədər mühüm və kəmiyyəcə çox sənəd imzala-
mamışdır. Əlaqələrimiz  o  qədər  sürətlə  inkişaf  etməkdədir  ki,
bir neçə il bundan öncə bağlanmasına baxmayaraq bu sazişlərin
bəziləri  artıq  zamanın  tələblərinə  cavab  vermir  və  köhnəlmiş
sayılır.  Buna görə də hər iki tərəfin razılığı ilə hazırda onların
üzərində iş gedir və yeni variantları hazırlanır (55, s. 258).
Türk  dövlət  başçılarının  Zirvə  toplantıları  materiallarının
araşdırılması aydın göstərir ki, Zirvə toplantıları türk dövlətləri
arasında  çoxtərəfli  əməkdaşlıqda  özünəməxsus  yer  tutur.  Bu
səviyyəli  görüşlər  türk  xalqlarının  tarixi  inkişaf  yollarının
ümumiliyini  nəzərə  almaqla  onları  XXI əsrdə  əməkdaşlığın
yeni,  daha  yüksək  səviyyəsinə  çıxarmağa,  xalqlar  arasında
yaxınlaşmaya xidmət edir (103, s.174).
1995-ci il dekabrın 7-də Türkiyə Prezidenti Süleyman  Də-
mirəlin Azərbaycana rəsmi səfəri zamanı etdiyi çıxışında Hey-
dər Əliyev demişdir: “... Biz arzu edirik ki, Türkiyə Cümhuriy-
yəti özünün bu mövqelərini həmişə qoruyub saxlasın və həmişə
bizim üçün  tərbiyə  mənbəyi  olsun.  Bizim  arzu və  istəyimiz
bundan  ibarətdir: Türk  dünyası,  türkdilli  xalqlar,  bir  kökdən,
bir  mənşədən  olan  millətlər  daha  da  yaxınlaşsın,  daha  da  bir-
ləşsin, bir-birinə kömək etsin, bir-biri ilə daha da mehriban ol-


__________Milli Kitabxana__________
223
sun, bir-birinə yardımçı olsunlar. Biz nə qədər çətin və ağır və-
ziyyətdə olsaq da, Azərbaycanda bu hisslərlə yaşayırıq. Bu his-
slərlə bütün qardaş ölkələrə öz münasibətimizi bildiririk” (124,
s.28).
Bu  fikrin əsasını Heydər Əliyevin  görmək  istədiyi  yekdil,
vahid, sarsılmaz türk ittifaqı ideyası və bu ideyanın yaxın gələ-
cəkdə həyata keçirilə biləcəyinə inam təşkil edir. Türkiyə Pre-
zidenti Süleyman  Dəmirəlin  Azərbaycan  Elmlər  Akade-
miyasının  fəxri  akademiki  adına  layiq  görülməsi  münasibətilə
AMEA  Rəyasət  Heyətində  keçirilmiş  təntənəli  yığıncaqda
Heydər  Əliyev  bu  məsələnin  üzərinə  bir  daha  qayıtmış  və  bu
münasibətlə türk xalqlarının tarixi və ədəbi-mədəni əlaqələrinin
araşdırılmasında  və  dünya  elmi  ictimaiyyətinə  çatdırılmasında
Azərbaycan alimlərinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Türkiyə  ilə  aramıza  keçilməz  sədd  çəkildiyi  çətin  illərdə
belə  qardaş  xalqların  alimləri,  tanınmış  elm  və  ictimai  xadim-
ləri  arasında əlaqələrin  heç  vaxt  qırılmadığını  iftixarla  qeyd
edən  Azərbaycan  Presidenti  bunu  fədakarlıq  kimi qiymətlən-
dirirdi. Çünki o vaxt hər hansı bir əlaqəyə  “pantürkizm” dam-
ğası  vurulur,  həmin  əlaqələri  yaratmaq  istəyənlər  isə  təqib
olunur,  onları  aradan  götürmək  üçün  hər  cür  alçaq  üsullara,
böhtanlara əl atılırdı. Belə bir şəraitdə Türkiyə Respublikası ilə
əlaqəyə  girmək  təşəbbüsündə  olmaq  əsl  fədakarlıq,  qəhrə-
manlıq, mücahidlik sayılırdı. Belə əlaqələr yaratmaq arzusunda
olanların repressiyalara məruz qalmaları, məhv edilmələri haq-
qında istənilən qədər nümunələr vardır. Heydər Əliyev bu barə-
də danışarkən deyirdi: “O dövrlərdə, Azərbaycan Sovetlər İtti-
faqının  tərkibində  olduğu  zaman,  Türkiyə  ilə  Azərbaycan  ara-
sında böyük sədlər mövcud olduğu zaman alimlərimiz bu səd-
ləri özlərinin fədakarlığı, cəsurluğu, vətənpərvərliyi ilə yararaq,
ayrı-ayrı  cığırlar  açaraq Türkiyəyə,  Türkiyə  Cümhuriyyətinə
həmişə meyl göstərmişlər, əlaqə saxlamışlar, araşdırmalar apar-
mışlar və o dövrdə də böyük işlər görmüşlər. Əlbəttə, bu meyl
ondan irəli gəlirdi ki, türk xalqlarından öz dövlətçiliyini, müs-


__________Milli Kitabxana__________
224
təqilliyini  bütövlükdə  qoruyub  saxlayan  yeganə  dövlət – Tür-
kiyə  Cümhuriyyəti  idi. Bəlkə də  yaxşı  mənada  qibtə  hissi,
həsəd  hissi  ürəklərdə  gəzdirilən  istiqlaliyyət  arzusu  alimləri-
mizi  bəzən  həyatları  bahasına  başa  gələn  belə  fədakarlıqlara
sövq edirdi” (124, s.28-30).
Heydər Əliyevin istər Türkiyədə, istərsə də digər türk döv-
lətlərinin başçıları ilə görüş və söhbətlərinin, həmçinin mətbuat
üçün müsahibələrində xüsusilə nəzərə çarpan belə bir cəhət də
var. Bu özünü ilk növbədə onun türk xalqlarının tarix və ədəbi-
mədəni əlaqələri diqqətlə izləməsində və  yeri  gəldikcə bu  əla-
qələrə  dair  maraqlı  nümunələr  göstərməsində  büruzə  verir
(124, s.31).
2000-ci  il  aprelin  8-də  Azərbaycanın  paytaxtı  qədim
Bakıda türkdilli  dövlətlərin  başçılarının  növbəti – VI  zirvə
görüşü  keçirildi. Həmin gün, yeni  minilliyin  astanasında  növ-
bəti  zirvə  görüşününün  keçirildiyi  “Gülüstan”  sarayı  daha
əzəmətli  görünürdü.  Sarayın  bayramsayağı  bəzədilmiş  salo-
nunda  qardaş  ölkələrin  dövlət  bayraqları  qoyulmuşdu.  Azər-
baycan və rus dillərində yazılmış “Türkdilli dövlətlərin başçıla-
rının VI zirvə toplantısı. Bakı – 2000” sözləri və zirvə görüşü-
nün  emblemi  dərhal  diqqəti  cəlb  edirdi. Aprelin  8-də
“Gülüstan”  sarayında  türkdilli  ölkələrin  dövlət  başçılarının  VI
zirvə  görüşünün  sonunda  Bakı  Bəyannaməsinin  imzalanması
mərasimi  oldu. 17  maddədən  ibarət  Bakı  Bəyannaməsinin
demək  olar  ki,  bütün  maddələrində  belə  bir  yekdil  fikir  öz
əksini tapdı ki, türkdilli dövlət başçılarının Bakı görüşü yüksək
səviyyədə,  qarşılıqlı  anlaşma  və  etimad  ruhunda  keçmiş,
faydalı olmuşdur (124, s.35-37).
XX əsrin  son  ili – 2000-ci  il  250  milyonluq  Türk  dünya-
sının  çoxəsrlik  tarixində  iki  böyük  hadisənin  təntənə  ilə  qeyd
edildiyi əlamətdar il oldu. Bu gün bir daha qəti inamla demək
olar ki, keçən əsrin sonunda artıq türk dünyasının lideri olduğu
heç  kəsdə şübhə  doğurmayan  Heydər Əliyevin bilavasitə  rəh-
bərliyi və yüksək təşkilatçılığı ilə həyata keçirilmiş hər iki təd-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə