Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə74/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   70   71   72   73   74   75   76   77   ...   96

__________Milli Kitabxana__________
225
bir həqiqətən də dünya türklərinin həyatında əsl bayrama çeril-
di. Tədbirlərdən birincisi türkdilli dövlətlərin VI  zirvə görüşü-
nün, ikincisi isə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə
həsr olunmuş təntənəli yubiley gecəsinin aprelin 8 və 9-da Bakı
şəhərində keçirilməsindən ibarət olmuşdu.
Türkdilli  dövlətlərin  başçılarının  VI  Bakı  görüşündə  qəbul
olunmuş  “Bakı  bəyannaməsi”ndə  nəzərdə  tutulduğu  kimi,
2001-ci  il  aprelin  26-da  İstanbulun  məşhur  Çırağan  sarayında
türkdilli ölkələrin dövlət başçılarının VII zirvə görüşü öz işinə
başladı (124, s.41). Heydər Əliyev öz çıxışında XX əsrdə türk
xalqları  və  dövlətləri  tərəfindən görülmüş  işlərdən  və  yeni
əsrdə  onların  qarşısında  duran  konkret  vəzifələrdən  ətraflı
danışdıqdan  sonra  sözlərini  müdrikcəsinə  deyilmiş  bu
kəlamlarla bitirir: “Əminəm ki, Türkdilli Dövlətlərin Birliyinin
VII İstanbul görüşü bizim dostluq və qardaşlığımızın möhkəm-
lənməsinə, türkdilli dövlətlər və xalqlar arasında çoxtərəfli əla-
qələrin inkişaf etməsinə qiymətli töhfə verəcəkdir” (124, s.42).
Həqiqətən də türkdilli dövlətlər arasında əlaqələrin güclən-
dirilməsində,  o  cümlədən  türk  xalqlarının  bir-birinə  getdikcə
daha  çox  yaxınlaşmasında,  heç  şübhəsiz,  XX  əsrin  sonları
mühüm  bir  dövr  təşkil  edir. Təkcə 1996-cı  ildə  bu  sahədə  o
qədər  çoxşaxəli,  rəngarəng  işlər  görülmüşdür  ki,  onlar  sadəcə
sadalansa böyük bir siyahı alınar.
TÜRKSOY-un VIII toplantısında Heydər Əliyevin nitqi də
bu  baxımdan  çox  mənalı  və  ibrətamizdir.  O,  nitqinə  belə  bir
məlumatla  başlayır:  “Bu  gün  Azərbaycan  Respublikasının
həyatında  çox əlamətdar  hadisələr  baş  verir.  Günün  birinci
yarısında Bakıda türk dünyası yazıçılarının III qurultayı açılıb-
dır,  ikinci  yarısında  isə  TÜRKSOY  Beynəlxalq  Təşkilatının
vövbəti  toplantısı  işə  başlayır.  Sonra  Azərbaycana  təşrif  gətir-
miş  qonaqlarımızla  görüşlər  və  nəhayət,  noyabrın  8-də  böyük
şair  Məhəmməd  Füzulinin  500  illik  yubileyi  ilə  əlaqədar  tən-
tənəli  mərasimlər  keçiriləcəkdir”.  Daha  sonra  Heydər  Əliyev
bəlkə də çoxlarının tuta bilmədiyi vacib bir məqama toxunur və


__________Milli Kitabxana__________
226
düşünmək  üçün  hamıya  güclü  ideya  materialı  verir.  Bu,
TÜRKSOY-un  toplantısına  gəlmiş  türk  dövlətləri  nümayəndə-
lərinin hər birinin öz doğma dilində danışması və əslində, ümu-
mi  kökdən gələn bu rəngarəngliyin hədsiz dərəcədə gözəl  səs-
lənməsi və hamı tərəfindən anlaşılması məsələsidir (124, s.52).
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev
türkdilli  dövlətlərin İstanbul  şəhərində  aprelin son  günlərində
keçirilmiş VII Zirvə görüşündə iştirak etmişdir. İşgüzar səfərdə
olan Prezident Heydər Əliyev aprelin 26-da İstanbulun məşhur
Çırağan sarayında türkdilli dövlət başçılarının zirvə görüşündə
çıxış  etmiş  və  geniş  nitq  söyləmiş,  Türkiyə  Respublikasının
Prezidenti Əhməd  Necdət  Sezər  və  başqa  türkdilli  dövlətlərin
başçıları ilə görüşlər keçirmişdir (112, s.3-12).
Heydər  Əliyev  çıxışında  bildirmişdir:  “Böyük  məmnuniy-
yət  hissi  ilə  qeyd  edirəm  ki,  türkdilli  dövlətlərin  başçılarının
1992-ci ildə keçirilmiş ilk, Ankara görüşündən ötən illər ərzin-
də qarşılaşdığımız  bütün  çətinliklərə  baxmayaraq  birliyimiz
inkişaf edib, möhkəmlənibdir. Keçən illər ərzində ölkələrimiz,
dövlətlərimiz və xalqlarımız arasında bir çox sahələrdə əlaqələr
genişlənib,  əməkdaşlığımız  artıq  öz  səmərəsini  göstərməyə
başlayıbdır. Bu  gön  toplaşdığımız  VII  zirvə  görüşü  bir  daha
təsdiq  edir  ki,  müstəqillik  qazandıqdan  sonra  xalqlarımız  və
ölkələrimiz  arasında  çoxtərəfli  əməkdaşlıq  birinci  növbədə
ortaq mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli
mənəvi dəyərlərimizin bərpası baxımından bir sıra müsbət  nə-
ticələr  vermiş  və  gələcək  üçün  aydın  perspektivlər  açmışdır.
Bizim  zirvə  görüşlərimiz  nəticəsində  bir  sıra  nəcib  ənənələrin
əsası  qoyulmuşdur.  Onların  sırasında  dahi  şəxsiyyətlərimizin,
milli mədəniyyətlərimizin korifeylərinin, bəşər sivilizasiyasının
inciləri  sayılan  möhtəşəm  eposlarımızın əlamətdar  ildönümlə-
rini,  xalqlarımızın  həyatındakı  mühüm  və  tarixi  hadisələri  bir-
likdə  bayram  etməyimiz  əhəmiyyətli  yer  tutur. “Manas”  epo-
sunun  1000, Əmir  Teymurun  660,  Məhəmməd  Füzulinin  500,
Abay  Kunanbayevin  150,  “Kitabi-Dədə  Qorqud”  dastanının


__________Milli Kitabxana__________
227
1300  illiyinin, əsasən,  türkdilli  dövlətlərin  başçılarının  zirvə
görüşü  çərçivəsində  bayram  edilməsi,  bu  görüşlərin  əhatə  dai-
rəsini daha da  genişləndirmişdi. Belə  yubiley tədbirlərinin bir-
likdə qeyd olunmasında əsas məqsəd xalqlarımızın əsrlər boyu
yaratdığı  zəngin  mənəvi  irsi  indiki  nəsillərə  qaytarmaq,  eyni
kökə,  eyni  tarixə  malik  olduğumuzu  bütün  dünyaya  bir  daha
nümayiş  etdirməkdir. Digət  tərəfdən,  belə  yubiley  tədbirlərini
keçirməklə,  biz  inandırıcı  şəkildə  göstəririk  ki, İbn-Sinanın,
Nizaminin, Nəvainin, Yunus İmrənin, Füzulinin, Məxtumqulu-
nun, Mahmud Qaşqarinin, Abayın və bir çox başqa dahilərimi-
zin  yaradıcılığı,  “Kitabi-Dədə  Qorqud”,  “Manas”,  “Alpamış”
kimi  ölməz  dastanlar  təkcə  bizim  xalqlarımıza  məxsus  deyil,
onlar həm də bütün bəşəriyyətin mədəni sərvətidir (113, s.4).
Prezidentlər  görüş  zamanı  hazırlanmış  İstanbul  Bəyanna-
məsinin  bütün  müddəalarını  bütövlükdə  dəstəklədiklərini  bə-
yan  etmişlər.  Onlar  türk  xalqlarının  mədəni  inkişafının  pers-
pektivlərinə aydınlıq gətirərək belə bir yekdil qərara gəlmişlər:
Dövlət  başçıları  tarixi,  dil  və  mədəni  əlaqələrin  möhkəmlən-
dirilməsinə  və  bu  istiqamətdə  işin  gücləndirilməsinə  tərəfdar
olduqlarını,  TÜRKSOY-un  təhsil  və  mədəniyyət  sahəsində
fəaliyyətinin  müsbət  töhfə  verdiyini  bildirmiş  və  bu  təşkilatın
fəaliyyətini bundan sonra da təşviq edəcəklərini vurğulamışlar;
Dövlət  başçıları  türkdilli  ölkələrin  mədəni  və  tarixi  irslərini
qoruyub  saxlamaq  sahəsində  səylərin  davam  etdirilməsinə
tərəfdar  çıxmış  və  türk  dünyasının  ümumi  dəyərlərini  ortaya
çıxarmaq,  habelə  xalqları  yaxınlaşdırmaq  üçün  kütləvi  infor-
masiya  vasitələri  və  ictimai  təşkilatlar  arasında əməkdaşlığın
zəruriliyini təsdiqləmişlər; Dövlət başçıları türkdilli xalqlar ara-
sında  dostluğu  möhkəmləndirmək məqsədi ilə təhsil sahəsində
sıx əməkdaşlığı  dərinləşdirməyin  vacibliyini  təsdiqləmişlər
(114, s.8-10).


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə