Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə82/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   78   79   80   81   82   83   84   85   ...   96

__________Milli Kitabxana__________
249
XXI əsrdə Türk Dünyasının ümumi mədəni dəyərlərinin geniş
təbliğinə nail olmalıyıq;

TÜRKSOY-un  məqsəd  və  ideyaları  çərçivəsində  bey-
nəlxalq,  regional  və  milli  təşkilatlarla,  hökumətlərlə,  mədə-
niyyət,  incəsənət  sahəsində  fəaliyyət  göstərən  qeyri-hökumət
təşkilatları  ilə  əlaqələrin  daha  da  inkişaf  etdirilməsinə  yönələn
tədbirləri davam etdirəcəyik;

Biz əminik ki, xalqlar və ölkələr arasında təzahür edən
dözümsüzlük  tendensiyasının  yerini  XXI əsrdə  tolerantlıq  və
qarşılıqlı hörmət hissi tutacaqdır;

Bu qiymətli dəyərləri həyata keçirmək üçün biz – türk-
dilli  (89, s.187)  ölkələrin  mədəniyyət  nazirləri  bütün  səyləri-
mizi davam etdirəcəyik;

İnanırıq  ki,  XXI əsrdə  türkdilli  dövlətlərin  başçıları
TÜRKSOY-a  öz  ideyalarını  reallaşdırmaq  üçün  yüksək  səviy-
yədə yardımlarını davam etdirəcəklər (89, s.186-188).


__________Milli Kitabxana__________
250
Türk dövlət və topluluqlarının ənənəvi dostluq, qadraşlıq
və əməkdaşlıq qurultaylarının elm və təhsil sahəsindəki
ortaq problemlərin həlli istiqamətindəki çalışmaları
Azərbaycan və Türkiyə arasında elm, təhsil və mədəniyyət
sahələrindəki  əməkdaşlığın  inkişafına  təkan  verən  amillər
içərisində  Türk  dövlət  və  topluluqları  dostluq,  qardaşlıq  və
əməkdaşlıq qurultayları xüsusi qeyd edilməlidir. Bu qurultaylar
zamanı  Azərbaycan – Türkiyə  elmi-mədəni  əlaqələri  əlaqələri
baxımından bir sıra problemlər müzakirə mövzusuna çevrilmiş,
təhsil  və  elm  adamları  müvafiq  sahələr  üzrə  əməkdaşlığa  dair
tövsiyə  və  təkliflərini  vermişlər.  Bu  vaxta  qədər  keçirilmiş  on
qurultay  içərisində  sonuncusu – X  qurultay  elmi-mədəni  əhə-
miyyəti  ilə  yanaşı,  siyasi  mahiyyəti  etibarilə  də  fərqləndi.
Dövlət  və  hökumət  rəhbərləri  səviyyəsində  təşkil  edilmiş  bu
möhtəşəm  qurultay  xalqlarımız  arasındakı  tarixi  mədəniyyət
əlaqələrinin  perspektivlərinə  dair  qlobal  xarakterli  təklif  və
tövsiyələr verdi.
Bu qurultayların yüksələn xətlə inkişafı, bu tipli tədbirlərin
Azərbaycan – Türkiyə  elmi-mədəni  əlaqələri istiqamətində
rolunun  göstəricilərindən  sayılmalıdır.  Təbii  ki,  qurultaylar
zamanı  müzakirə  olunan  məsələlərin  əhatə  dairəsi  çox  geniş
olmuşdur  və  biz  burada  yalnız sırf  tədqiqat  mövzumuza  aid
problemlərin təhlilinə çalışacağıq.
1995-ci  ilin  sonunda  baş  verən  görüşlər  də  Azərbaycan –
Türkiyə  əlaqələrinin  durmadan  inkişafından  xəbər  verir.  Bu
müddət  ərzində  25  nəfərlik  Azərbaycan  nümayəndə  heyəti
türkdilli  dövlətlərin  və  icmaların  İzmir  şəhərində  1995-ci  il
sentyabr  ayının  30-dan  oktyabr  ayının  2-dək  keçirilmiş  III
“Dostluq  və  Qardaşlıq Qurultayı”nda  iştirak  etmişdir (55,
s.155).
23-26  mart  1996-cı  il  tarixində  Ankarada  keçirilən  IV
“Türk  dövlətləri  və  toplumlarının  dostluq,  qardaşlıq  və
əməkdaşlıq” qurultayının işində iştirak etmək üçün Azərbaycan


__________Milli Kitabxana__________
251
Respublikasının  25  nəfərlik  nümayəndə  heyəti  Ankaraya  səfər
etdi.  Qurultayda  Heydər  Əliyevin  bir  deyimi  bir  daha  xatır-
ladılmışdır:  “Azərbaycan  üçün  Türkiyədən  yaxın  dost,  qardaş
dövlət yoxdur. Türkiyə üçün də bütün ölkələr, xalqlar arasında
Azərbaycan  qədər  dost,  qardaş  ölkə  yoxdur...  Heç  bir  qüvvə,
heç  bir  kəs,  heç  bir  ölkə  Türkiyə – Azərbaycan  dostluğuna
mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və
əbədi olacaqdır” (56, s. 70; 55, s.170).
24-26 mart 1996-cı ildə Ankarada keçirilmiş Türk dövlət və
topluluqları dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında elan
olundu  ki, nümayəndələr  20  dəqiqəlik  çıxış  edə  biləcəklər,
onlar  adı  keçən  mövzulardan  əlavə  də,  öz ədəbiyyatlarının
problemləri ilə bağlı sərbəst çıxış etmə haqqına sahibdirlər. Bu
mövzular  ümumi  olaraq aşağıdakılardan  ibarət  idi: Füzuli;
Molla  Nəsrəddin  dərgisinin  90-cı  ildönümü  münasibətilə
aparacaqları  çalışmalar; 1926-cı  ildə  Bakıda  keçirilmiş olan
Türkoloji  Qurultayın  70-ci  ildönümü  ilə  bağlı  təbliğlər; Türk
Dünyasında  uşaq ədəbiyyatı  və  Nəsrəddin  Xoca  mövzularında
ola biləcəkdir (153, s.152).
IV “Türk dövlətləri və toplumlarının dostluq, qardaşlıq və
əməkdaşlıq” qurultayınin Azərbaycandan olan iştirakçılarından
Tibb Universitetinin professoru Əzizağa Talışinski elmi-mədə-
ni əlaqələrimizə  toxunaraq  bildirmişdir  ki,  elm  mərkəzlərində
elmin araşdırılması, əlbəttə yaxşı professor potensialı olan elm
mərkəzlərində  aparıla bilər. Elmi mərkəzlərin personalının  də-
rəcə  yüksəldilməsi  bu  gün  ən  önəmli  problemlərdən  biridir.
Bizdə  əvvəllər  hər  5  ildə  bir  dəfə  professor-dosentlərə  ixtisas-
laşma  və  dərəcə  yüksəltmə  kursları  keçirilirdi.  Buraya  qatılan
Türk Respublikalarından elm adamları bunu bilir. Amma SSRİ
dağılınca  mövcud  sistem  də  dağıldı.  Buna  görə,  Qurultay  bu
problemə  diqqət  etməli  və  intisaslaşma  mərkəzlərini  qurma
proyektlərini  həyata  keçirməlidir.  Bu  yol  ilə  Türk  Res-
publikaları  ilə  təhsıl  ortaqlaşması  yaranacaqdır.  Eyni  proses
içərisində  Türkiyə  ilə  elm  sahəsində  qarşılıqlı əlaqələr  yük-


__________Milli Kitabxana__________
252
sələcək,  bu  təbii  olaraq  ortaya  çıxacaqdır.  Eyni  zamanda  biz
hər gün Türkiyəyə gəlmirik və belə qurultay sırasında Türkiyə
elmi  ilə  tanışlığa  nail  oluna  bilər.  Hər  qurultayda  hansı  ölkə
olursa  olsun,  belə  fəaliyyətlər  yapılmaqdadır.  Gələcək  qurul-
taylarda bu məsələ diqqətə alınsın (153, s.153).
Məhərrəm Əhmədov isə öz çıxışında vurğulamışdır ki, türk
xalqlarının bir-birinə daha çox yaxınlaşması üçün, öncə onların
dillərinin  yaxınlaşması  vacib  şərtlərdən  biridir. O  dillərin
yaxınlaşması  üçün,  hər şeydən  öncə  bu dillərin  terminoloji
sistemlərinin inkişafı və heç olmasa yaxınlaşdırılması əsas şərt-
dir. Sovetlər Birliyinə daxil olan bütün türk xalqları terminoloji
sistemlərini  rus  dilindən  almışlar.  Bu  birlikdən  kənarda  yaşa-
yan xalqlar isə başqa yerdən almışlar. İndi ortaq türk dilinin ya-
radılması üçün bu terminoloji sistemin birliyi,  yaxınlığı vacib-
dir. Məncə türk xalqlarının terminoloji komitəsinin yaradılma-
sına bir ehtiyac vardır. İkinci məsələ, Azərbaycanda təhsil, yəni
təhsil problemi və ən ağır məsələlərdən birisi dini təhsil məsə-
ləsidir.  Dini  təhsil  məsələsi,  indiyə  qədər  Azərbaycanda  möv-
cud  olmamışdır,  lakin,  hörmətli  Prezidentimizin  yaxınlardakı
qərarı  ilə  artıq, dini  təhsil  ibtidai  məktəmlərdə  elmi əsaslar
arasında sayılacaq. Digər problem isə, bizim ortaq mədəniyyət
və  ədəbiyyat  abidələrimizin  bir-birimizə  tanıdılmasıdır. Gərək
bizim ədəbiyyat  və  mədəniyyət  tədbirlərimiz,  beynəlxalq
səviyyədə tədbirlər daha fəal, daha aktiv olsun (153, s.155).
Türkiyəli professor Samir Kazimoğlu bildirdi ki, Təhsil Na-
zirinin  burada  iştirak  etməsindən  yararlanıb,  tələbələrin  prob-
lemləri  ilə  bağlı  bəzi  məsələlərə  toxunmaq  istəyirəm.  Öncə,
Türk Respublikaları tərəfindən Türkiyənin və təhsil nazirliyinin
bu  qədər müəllim  və  tələbəni  barındırdığı  və  təhsil  verdiyi
üçün  təşəkkür  edirəm.  Məni  doğru  anlamanızı  istəyirəm,
məsələ nədir?
Birincisi,  bü  gün  də  danışıldı  o  məsələ,  Türk  Respublika-
larından buraya gələn tələbələrin dörd il içərisində ümumi ola-
raq  və  lazım  olduqda  beş  il  də  ola  bilir,  bitirib  geri  dönməsi


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə