__________
Milli Kitabxana__________
251
Respublikasının 25 nəfərlik nümayəndə heyəti Ankaraya səfər
etdi. Qurultayda Heydər Əliyevin bir deyimi bir daha xatır-
ladılmışdır: “Azərbaycan üçün Türkiyədən yaxın dost, qardaş
dövlət yoxdur. Türkiyə üçün də bütün ölkələr, xalqlar arasında
Azərbaycan qədər dost, qardaş ölkə yoxdur... Heç bir qüvvə,
heç bir kəs, heç bir ölkə Türkiyə – Azərbaycan dostluğuna
mane ola bilməz. Bizim dostluğumuz sarsılmazdır, əbədidir və
əbədi olacaqdır” (56, s. 70; 55, s.170).
24-26 mart 1996-cı ildə Ankarada keçirilmiş Türk
dövlət və
topluluqları dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında elan
olundu ki, nümayəndələr 20 dəqiqəlik çıxış edə biləcəklər,
onlar adı keçən mövzulardan əlavə də, öz ədəbiyyatlarının
problemləri ilə bağlı sərbəst çıxış etmə haqqına sahibdirlər. Bu
mövzular ümumi olaraq aşağıdakılardan ibarət idi: Füzuli;
Molla Nəsrəddin dərgisinin 90-cı ildönümü münasibətilə
aparacaqları çalışmalar; 1926-cı ildə Bakıda keçirilmiş olan
Türkoloji Qurultayın 70-ci ildönümü ilə bağlı təbliğlər; Türk
Dünyasında uşaq ədəbiyyatı və Nəsrəddin Xoca mövzularında
ola biləcəkdir (153, s.152).
IV “Türk dövlətləri və toplumlarının dostluq, qardaşlıq və
əməkdaşlıq” qurultayınin Azərbaycandan olan iştirakçılarından
Tibb Universitetinin professoru Əzizağa Talışinski elmi-mədə-
ni əlaqələrimizə toxunaraq bildirmişdir ki, elm mərkəzlərində
elmin araşdırılması, əlbəttə yaxşı professor potensialı olan elm
mərkəzlərində aparıla bilər. Elmi mərkəzlərin personalının də-
rəcə yüksəldilməsi bu gün ən önəmli problemlərdən biridir.
Bizdə əvvəllər hər 5 ildə bir dəfə professor-dosentlərə ixtisas-
laşma və dərəcə yüksəltmə kursları keçirilirdi. Buraya qatılan
Türk Respublikalarından elm adamları bunu bilir. Amma SSRİ
dağılınca mövcud sistem də dağıldı. Buna görə, Qurultay bu
problemə diqqət etməli və intisaslaşma mərkəzlərini qurma
proyektlərini həyata keçirməlidir. Bu yol ilə Türk Res-
publikaları ilə təhsıl ortaqlaşması yaranacaqdır. Eyni proses
içərisində Türkiyə ilə elm sahəsində qarşılıqlı əlaqələr yük-
__________
Milli Kitabxana__________
252
sələcək, bu təbii olaraq ortaya çıxacaqdır. Eyni zamanda biz
hər gün Türkiyəyə gəlmirik və belə qurultay sırasında Türkiyə
elmi ilə tanışlığa nail oluna bilər. Hər qurultayda hansı ölkə
olursa olsun, belə fəaliyyətlər yapılmaqdadır. Gələcək qurul-
taylarda bu məsələ diqqətə alınsın (153, s.153).
Məhərrəm Əhmədov isə öz çıxışında vurğulamışdır ki, türk
xalqlarının bir-birinə daha çox yaxınlaşması üçün, öncə onların
dillərinin yaxınlaşması vacib şərtlərdən biridir. O dillərin
yaxınlaşması üçün, hər şeydən öncə bu dillərin terminoloji
sistemlərinin inkişafı və heç olmasa yaxınlaşdırılması əsas şərt-
dir. Sovetlər Birliyinə daxil olan bütün türk xalqları terminoloji
sistemlərini rus dilindən almışlar. Bu birlikdən kənarda yaşa-
yan xalqlar isə başqa yerdən almışlar. İndi ortaq türk dilinin ya-
radılması üçün bu terminoloji sistemin birliyi, yaxınlığı vacib-
dir. Məncə türk xalqlarının terminoloji komitəsinin yaradılma-
sına bir ehtiyac vardır. İkinci məsələ, Azərbaycanda təhsil, yəni
təhsil problemi və ən ağır məsələlərdən birisi dini təhsil məsə-
ləsidir. Dini təhsil məsələsi, indiyə qədər Azərbaycanda möv-
cud olmamışdır, lakin, hörmətli Prezidentimizin yaxınlardakı
qərarı ilə artıq, dini təhsil ibtidai məktəmlərdə elmi əsaslar
arasında sayılacaq. Digər problem isə, bizim ortaq mədəniyyət
və ədəbiyyat abidələrimizin bir-birimizə tanıdılmasıdır. Gərək
bizim ədəbiyyat və mədəniyyət tədbirlərimiz, beynəlxalq
səviyyədə tədbirlər daha fəal, daha aktiv olsun (153, s.155).
Türkiyəli professor Samir Kazimoğlu bildirdi ki, Təhsil Na-
zirinin burada iştirak etməsindən yararlanıb, tələbələrin prob-
lemləri ilə bağlı bəzi məsələlərə toxunmaq istəyirəm. Öncə,
Türk Respublikaları tərəfindən Türkiyənin
və təhsil nazirliyinin
bu qədər müəllim və tələbəni barındırdığı və təhsil verdiyi
üçün təşəkkür edirəm. Məni doğru anlamanızı istəyirəm,
məsələ nədir?
Birincisi, bü gün də danışıldı o məsələ, Türk Respublika-
larından buraya gələn tələbələrin dörd il içərisində ümumi ola-
raq və lazım olduqda beş il də ola bilir, bitirib geri dönməsi