Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə85/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   81   82   83   84   85   86   87   88   ...   96

__________Milli Kitabxana__________
259
Dünyası mənsubları arasında texnika, elm mübadilələrinin apa-
rılması” (154, s.208-209).
Türkiyə  Universitetlərində  oxuyan  azərbaycanlı  tələbələrin
Türkiyə türkcəsini öyrənmələrində qarşılaşdıqları problemlərlə
bağlı  isə Rasim  Özyürek məlumat  verərək  bildirdi  ki,  toplum-
ları  bir-irinə  yaxınlaşdıran  və  daimi  dostluqların  təməlini  atan
hər şeydən öncə sosial və mədəniyyət sahələrində yaxınlaşma-
lardır. Bu səbəblə digər türk topluluqlarında olduğu kimi Azər-
baycan  ilə  də  olan  münasibətlərin  təməli  də  mədəniyyət  sahə-
sində başlayıb getdikcə digər sahələrə yönəlmişdir. Mədəniyyət
sahəsində başlayan Türkiyə-Azərbaycan əməkdaşlığı, arxasınca
ali təhsil üçün qəbulu gündəmə gətirmişdir. Bu yazımızın əsas
mövzusu, hazırda  Türkiyədə  təhsil  almaqda  olan  azərbaycanlı
tələbələrin  Türkiyə  türkcəsini  öyrənərkən  qarşılaşdıqları  prob-
lemlərin təsbiti, səbəbləri və çözüm yollarının ortaya qoyulma-
sıdır. Türkiyə  və  Azərbaycanın  dost  və  qardaş  iki  ölkə  olaraq
itirdikləri  illəri  qısa  zamanda  bərpa  etmələri  gələcək  baxımın-
dan  çox  önəmlidir.  Bu  səbəblə  də  hər  iki  topluma  da  bir  sıra
qarşılıqlı  vəzifələr  düşməkdədir.  Bunların  başında  mədəniyyət
əlaqələrinin daha da inkişaf etdirilməsi gəlməkdədir. Universi-
tetlərin təhsil fakültələrində də Türkiyə və Azərbaycan türkcəsi
ana elm bölmələri açılmalı, mövcud olanlar müasir ehtiyaclara
cavab  verəcək şəkildə  yenidən  qurulmalıdır.  Türkiyə  türkcəsi-
nin  tədrisində  istifadə  olunan  kitablar  yeni  texnologiyalardan
da  faydalanıb,  ölkələrin  mədəniyyət  strukturları  və  əsasları  da
diqqətə  alınaraq  yenidən  yazılmalı,  səsli  və  səsli-görüntülü
yayımlarda  dil  tədrisi  daha  cazibəli  hala  gətirilməlidir.  Rahat,
iqtisadi  qayğılardan  uzaq  imkanlara  nail  olunaraq  tələbə  amılı
artırılmalıdır (154, s.211-213).
Təhsil  sahəsində Türk  dövlətləri  təhsil  qurumları  arasında
əməkdaşlıga dair Prof. Dr. Hikmət Savcıya görə türk dövlətləri
mütəxəssislərinin  təhsil qurumları  arasındakı əməkdaşlıq əsas-
larını müəyyənləşdirmək və çalışmalara başlamaq üçün itirəcək


__________Milli Kitabxana__________
260
zamanları yoxdur. O, əməkdaşlığ qatılmaqda, könüllü və istəkli
bir elm adamı olaraq görüşlərini bu şəkildə ifadə etmişdir:

Əvvəla hər dövlət və toplum öz mövcud sərvətini tanı-
malı,  bu  sərvətin  cəmiyyəti  nə  qədər  zamanda  haraya  çatdıra
biləcəyini yaxşı hesablamalıdır.

Hər  cəmiyyət  keyfiyyətli  tərbiyə  və  təhsil  məsələsində
fərqli həll axtarışları içərisində ola bilir. Bu axtarışlar doğrultu-
sunda məlumat toplanmasına, təcrübənin rəhbərliyə ehtiyac ol-
duğu  bir  gerçəkdir.  Xəbərləşmə  bu  nöqtədə  möhkəmləndiril-
məlidir.

Müəllim  yetişdirmə  məsələsi,  bilginin,  təcrübənin  işı-
ğında Türk dövlətlərinin ortaq kültürəl özəllikləri diqqətə alına-
raq müzakirə edilməlidir.

Dərs proqramları və texnoloji təchizatında dövrün tələb-
lərinə  uyğun  olaraq  bir-birilərini  dəstəkləyən  bir  əməkdaşlıq
zənciri qurulmalıdır.

Toplumların külürü və mədəniyyəti ilə, inancı ilə, coğ-
rafiyası ilə qarışıq bir təhsil modeli müzakirə edilməlidir (154,
s.214).
1999-cu il iyulun 2-dən 4-nə qədər Türkiyə Cümhuriyyəti-
nin Pamukkale-Dənizli şəhərində Prezident Süleyman Dəmirə-
lin himayəsi ilə VII “Türk dövlətləri və toplumlarının dostluq,
qardaşlıq  və  əməkdaşlıq”  qurultayı  keçirilmişdir.  Qurultayda
milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucovun
başçılıq  etdiyi  25  nəfərdən  ibarət  nümayəndə  heyəti  iştirak
etmiş,  qəbul  olunmuş  yekun  sənədində  Azərbaycan – Türkiyə
elmi-mədəni  əlaqələrinə  dair  bir  sıra  problemlər  müzakirə
edilmişdir (56, s. 202).
VII “Türk dövlətləri və toplumlarının dostluq, qardaşlıq və
əməkdaşlıq”  qurultayı  da  Azərbaycan – Türkiyə  elmi-mədəni
əlaqələri sahəsində mühüm bir hadisəyə çevrilmişdir. Azərbay-
can adından çıxış edən Prof. Dr. Tahir Baxşaliyev bildirmişdir
ki, sayı 200 milyondan artıq olan Türklər Döğu Buzlu dənizin-
dən  Aralıq  dənizinə  qədər  Avropa  və  Asiya  qitələrinin  böyük


__________Milli Kitabxana__________
261
bir ərazisinin sakinidirlər. Əsasən orta və Ön Asiyada yaşayan
türklər  ikinci  ən  böyük  toplum  halında  keçmiş  SSRİ-nin
müxtəlif  bölgələrində  məskunlaşıblar.  Küçmiş  Sovetlər  Birli-
yində  24  türk  topluluğu  mövcud  idi.  Onların  sayı  50  milyonu
aşırdı. Etiraf edək ki, 70 ildən artıq mövcud olan totalitr rejim
şərtlərində  bu  gün  artıq  varlığı  mifə  çevrilən  SSRİ  tarixi  adı
altında bu türklərin tarixindən bəhs etməkdə olduğumuz halda,
əslində  rusların,  rus  və  sovet  imperializmi  tarixindən  bəhs
edilir. Bu da azmış kimi, keçmiş SSRİ-də slavyan xalqlarından
sonra  ikinci ən  böyük  toplum  olmuş  türk  xalqlarının  tarixini
doğma, ümumtürk tarixinin bir parçası kimi deyil, onların yaşa-
dığı inzibati coğrafi ərazinin tarixi kimi tədqiq və tədris edirlər.
Başqa  sözlə  türkləri  mümkün  olan  və  olmayan  tədris  və  təd-
qiqat  vasitələrilə  milli  kökündən,  varlığından,  tarixindən,  zən-
gin  mənəvi  irsindən  məhrum  etməyə  cəhd  olunur. Əgər belə
olmasa idi, qalaq-qalaq orta və ali məktəb SSRİ tarixi dərslik-
lərində, xüsusilə onun 1917-ci ilindən bəri sovet dövrü hissələ-
rində  heç  olmasa  bir  neçə  dəfə  Azərbaycan,  qazax,  qırğız,
özbək,  türkmən,  qaraqalpaq,  uyğur,  yakut, qaqauz  türkünün
(məhz  türkünün)  də  adı  çəkilərdi.  Totalitar  sovet  rejimindən
qalan qaydaya görə SSRİ tarixinə aid dərsliklər, proqramlar və
bayraq-sancaq  mərkəzdə  hazırlana  bilərdi.  Yəni  başqa  sözlə
milli regionlarda, o cümlədən Azərbaycanda SSRİ tarixinə aid
dərslik, proqram və s. hazırlana bilməz və ən gözəl halda mər-
kəzdən gələn materiallar tərcümə edilə bilərdi. Odur ki, obyek-
tivlik  naminə  qeyd  edək  ki,  hazırda  küçmiş  SSRİ  tarixi  fən-
ninin tədrisindən və tədqiqindən miras qalan əsaslı problem və
nöqsanları  bütünlüklə  keçmiş  SSRİ  tarixi  fənn  müəllimlərinin
üzərinə  yıxmaq ən  azından ədalətsizlik  olardı.  Belə  ki,  tədqiq
və  tədris  olunmasının  bütün  sərhədlərinin  mərkəzdə  müayinə
edildiyi  və  başdan  ayağa  sovet  sisteminin  mədh  olunmasına
yönəldilən,  nəhayət açıq  və  gizli  metodlarla  ciddi  gözləm
altında olan fənlərin öyrənilməsindən ayrı nə gözləmək olurdu
ki? (156, s.309).


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə