Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə93/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   88   89   90   91   92   93   94   95   96

__________Milli Kitabxana__________
284
və ya çox yaxın olduğuna görə, milli suverenliyi rədd etməyən
ümumtürk  birliyinə  çalışılmasının  təbii  və  qaçılmaz olduğu
çatdırılmalıdır.
Son illərdə elmi-mədəni əlaqələrimizin inkişafında mühüm
hadisələrdən sayıla biləcək “Ortaq türk keçmişindən ortaq türk
gələcəyinə” mövzulu konfranslarda bu mədəni ortaqlığın deyi-
lişi  gözəl  səslənən  bir şüar  olmadığı  dəfələrlə  vurğulanmışdır.
“Ortaq  türk  keçmişindən  ortaq  türk  gələcəyinə” – türkün  dü-
nəni, bü günü və gələcəyi haqqında, etnosun inkişaf strateqiya-
sı  haqqında  elmi  bir  düsturdur.  Ona  görə  də  onun  türk  etnosu
qarşısında müəyyənləşdirdiyi missiyalara da məhz bu nöqteyi-
nəzərlərdən yanaşılmalıdır. Bizim qənaətimizə görə, türk xalq-
larının  müasir  qloballaşan  dünya,  etnik  və  qlobal  konfliktlər
məngənəsində  çırpınan,  ümumbəşəri  problemlər  kontekstində
türk  etnosunun  bütövləşməsi  (ortaq  türk  gələcəyinə  nail  olun-
ması)  bir-biri  ilə qarşılıqlı əlaqələr  olan  bu istiqamətləri  əhatə
edir: dildə ortaqlaşma; mədəniyyətdə ortaqlaşma; dində ortaq-
laşma; siyasətdə ortaqlaşma.
Dildə  ortaqlaşmadan  danışılarkən etiraf  etməyə  məcbur
olduğumuz  son  dərəcə  acı  bir  həqiqət  vardır  ki,  müasir  türk
xalqlarının əksəriyyəti  bir-birilərini  son  dərəcə  çətinliklə  başa
düşür, bəzi məqamlarda isə ümumiyyətlə başa düşmür. Müasir
türk  xalqlarının  etnolinqivistik  coğrafiyasının  belə  rənga-
rəngliyi türk xalqlarının təbii qanunauyğun inkişafının nəticəsi
olmaqdan daha çox kənar siyasi-inzibati müdaxilənin, ictimai-
siyasi  hadisələri  təbii  tarixi  axarından  çıxararaq  süni  inkişaf
istiqamətinə yönləndirməyin nəticəsi olmuşdur. Elmi konfrans-
larda  səsləndirilən  ortaq  türk ədəbi  dilinin  yaradılması  ideyası
dilçi alimlərin fikrincə, iki vasitə ilə mümkündür: eksperimen-
tal üsulla və təbii üsulla. Birincinin xüsusiyyəti ondan ibarətdir
ki,  müxtəlif  professional  dilçi  və  türkoloqlar  qrupunun  fəaliy-
yəti  nəticəsində mövcud türk dillərinin, əsasən, leksik, qismən
də  fonetik  və  qrammatik  bazası əsasında  süni  dil  yaratmaq  və
müxtəlif planlı, şüurlu fəaliyyət proqramı vasitəsilə (ümumtürk


__________Milli Kitabxana__________
285
miqyasında orta məktəbdə tədris, televiziya və radio verilişləri,
bu  dildə  tədbir  və  simpoziumların  keçirilməsi  və  s.)  onu  nor-
mativləşdirmək. İkinci üsulun  xüsusiyyəti  isə ondan  ibarətdir
ki, ən  çox  inkişaf  etmiş  və  daha  çox  ifadə  imkanlarına  malik
türk  dillərindən  biri  (məsələn,  Türkiyə  türkcəsi)  ümumtürk
ədəbi  dili  kimi  seçilir  və  bütün  türk  xalqları  tərəfindən  ümu-
miləşək dil kimi də qəbul olunur. Tarixi təcrübədən çıxış edə-
rək  alimlər  həyata  keçirilmə  texnologiyası  baxımından  ikinci
üsulu  daha  səmərili  hesab  edirlər. Fikirlərini  bu  mülahizələrlə
əsaslandırırlar: Digər  qohum  xalqların  təcrübəsində  bu  üsul
mövcuddur  (məsələn, rus  dilindən  slavyan  xalqlarının  ümum-
işlək  dil  kimi istifadə  etməsi); Süni  dil  yaratmaq  kimi  mürək-
kəb  linqivistik  əməliyyat  kimi  eksperimentə  sərf  olunacaq  in-
tellektual  enerji,  vaxt  və  maliyyəyə  qənaət; Dilindən  istifadə
olunan  türk  xalqı  və  həmin  dili  başa  düşən  qrup  və  yarımqru-
pun  bu dili tam və qismən bilməsi faktı nəzərə alınmaqla, qo-
yulan  məqsədin  ən  azı  30-40%-nin artıq bəri  başdan  həyata
keçirilmiş olması və s.
Təbii ki, bu yöndə təklif və mülahizələri artırmaq da müm-
kündür.  Lakin alimlərin qənaətinə  görə  təbiiseçmə  və  özünü-
tənzim  qanunlarına əsaslanan  dilin  bu  missiyasını  özü  həyata
keçirə bilməsi üçün ona seçim imkanı verməlməlidir.
Mədəni ortaqlaşma məsələsinə gəldikdə isə deyilə bilər ki,
müasir  türk  xalqları  genetik  baxımdan  etnokulturoloji  ümumi-
liyə malik olsalar da, bu etnokulturoloji ümumilik onların dav-
ranış  və  rəftar  stereotiplərində,  məişətlərində  mövcud  olsa da,
onlar arasında fərqlər də kifayət qədərdir. Mili-mənəvi dəyərlər
ümumiliyinə milli  mədəniyyətlərin genetik  ümumiliyi  ilə  nail
olmaq mümkündür.
“Türk  dövlətləri  və  toplumlarının  dostluq,  qardaşlıq  və
əməkdaşlıq”  qurultaylarında  gəlinən  qənaətlərə  görə  dövlətlə-
rin ən  önəmli  vəzifəsi  ös  insanlarına  demokratik  bir  tərbiyə-
təhsil  verməkdir.  Demikratik  təhsil hər  uşağın  qabiliyyətinə,
ölkənin  ehtiyaclarına  və inkişaf  imkanlarına  uyğun  məktəb  və


__________Milli Kitabxana__________
286
peşəni  seçə  bilməsidir.  Öyrənciləri  tanıyaraq  onları  formalaş-
dırmaq, məktəbləri həyat şərtlərinə görə formalaşdırmaq ancaq
elmi  araşdırma  ilə  ola  bilər.  Beləcə  həm  iqtisadi  büxımdan
məmləkətin  tərəqqisi,  həm  də  fərdin içində  ucalması  təmin
edilmiş olar.
Müasir  təhsil  səviyyəsinə  çatmaq,  keçmişdə  bu  məsələdə
buraxılan  xətaların  təkrar  edilməməsilə,  dünyadakı  inkişafı  iz-
ləməklə və təlim-tərbiyə vəziyyətini dövrün tələblərinə uyğun-
laşdırmaqla  mümkündür. Bu  gün  təhsilin  insanın  öz  mənliyini
pozmadan, inkişafı təmin edən bir vasitə olduğu bilinməkdədir.
Təhsil,  insanları  obyektiv  birliyə,  elmi  gerçəklərə  aparan  bir
vasitə olmalıdır. Təhsil insana özünü və öz mədəniyyətini tanıt-
maqdır. Bu məqsədlərə çatmaq üçün türk dünyası geniş imkan-
lara malikdir. Belə ki, Türk dövlət və topluluqları dünya coğra-
fiyasında  önəmli  və  seçkin  yerə  sahibdir,  texnoloji  inkişaf  və
sürətli  dəyişimlər  göstərən  bir  bölgədədir. Bu  inkişaf  və  dəyi-
şim heç şübhəsiz təhsil sistemimizin də müntəzəm olaraq inki-
şafını,  sorğulanmasını  və  yenidən  qurulmasını  tələb  etməkdə-
dir.  Günümüzün şərtləri, insanımızın hər keçən gün daha artıq
bilgi  və  təcrübə  ilə  təmin  olunmasını  və  daha  irəli  səviyyədə
maarifləndirilməsini zəruri etməkdədir. Kosmos və informasiya
əsrində təhsil sahəsindəki problemlər qurumların öz içlərindən
yetişmiş  mütəxəssislərin  əməkdaşlığı  ilə,  elmi  və  texnoloji
mübadilələri ilə həll edilə bilir.
Bu baxımdan dünyada bir bənzəri olmayan və eyni soydan
gələn,  eyni  tarixi,  dili  və  mədəniyyəti  paylaşan  insanların  bir-
birilərini  tanımaları  və  qaynaşmaları  məqsədi  daşıyan  böyük
tələbə  mübadiləsi  proyekti,  bu  məsələdə  təcrübəmiz  və  yetərli
bir  ön  hazırlığımız  olmadığı  halda  bu  günə  qədər  uğurla
yürüdülmüş  və  böyük  bir  inkişaf  qeyd  edilmişdir.  Bu  proyekt
ilə yetişəcək tələbələrin ölkələrimiz arasında dostluq, mədəniy-
yət,  ticarət  və  qardaşlıq  körpülərini  quracağına  ürəkdən  inan-
maqdayıq. Təsbit edilən problemlərin həll edilməsi halında xid-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə