Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə88/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   84   85   86   87   88   89   90   91   ...   96

__________Milli Kitabxana__________
268
– Türk dövlət və topluluqları tərəfindən müəyyən ediləcək
elm adamlarından təşkil edilmiş bir komissiyanın adlandıracağı
“elm  mükafatı”  təsis  edilməli  və  bu  mükafatlar  qurultay  sıra-
sında sahiblərinə verilməlidir.
– Ölkələr arasında mənimsənilmiş mədəniyyət və sənət fəa-
liyyətləri haqqında bilginin toplanması, izlənməsi, işlənməsi və
yayılmasını  təmin  edən, şəffaf,  etibarlı  bir  şəbəkə  sistemi  və
bilgi bankası hədəflənməlidir.
– Komissiya bundan başqa,  yüksək kommunikasiya texno-
logiyaları istifadəsi ilə zəngin mahiyyətli elektron sistemləri və
bilgi  mərkəzləri  arasında  qurulacaq  şəbəkələr  ilə  qarşılıqlı
bilgiyə yetişmənin asanlaşdırırlması təmin edilməlidir.
– Ortaq  nəşrlər,  yayımlar  və  elmi  çalışmalar  planlanıb  ko-
ordinə  edilməli  və  xüsusilə  türk  dili  üzərinə  müqayisəli  araş-
dırmalarda yoğunluq yaradılmalıdır.
– Türk  dünyasının  mümarlıq  və  arxeoloji  dəyərləri  ilə  so-
mut  olmayan  mədəni  mirasın  inventarı  çıxardılmalı  və  ortaq
beynəlxalq proyektlər üzərində çalışma qrupları yaradılmalıdır.
– Gəncliyin narkotik və digər pis vərdişlərinə, ətraf mühitin
kirlənməsi  və  ekoloji  çirklənmələrə  qarşı  ortaq  mübarizə  yol-
ları axtarılmalıdır.
– Gənclər  üçün  tarixdə  və  günümüzdə  elm,  din,  sənət  və
ədəbiyyat, idman kimi sahələrdə uğur qazanmış türkləri tanıdan
ortaq proqramlar hazırlanmalıdır.
– Türk dövlət və topluluqlarından olan gənclərə türk mədə-
niyyətini  təbliğ  edən  və  türkcə  təhsil  verən  yay proqramları
təşkil edilməlidir.
– Televiziyalarda  uşaqlar  və  gənclər  üçün  türk  dövlət  və
topluluqlarına  aid  olan  sənətkarların əsərlərindən  uyarlanmış
serial filmlər, cizgi filmləri və sənədli filmlər hazırlanaraq  ya-
yınlanmalıdır.  Türk  topluluqlarına  aid  ləhcələrdən (uşaq ədə-
biyyatı  sahəsindəki  əsərlər) digər  ləhcələrə  tərcümələr  edil-
məlidir.


__________Milli Kitabxana__________
269
– Türk dövlət və topluluqlarının gənclik təmsilçilərinin  bir
araya  gələcəyi  fürsətlər  yaradılmalıdır.  Bu  mənada Türk  Dün-
yası Gənclik Qurultayları dəstəklənməlidir (144, s. 133-135).
Azərbaycan  Prezidenti  İlham Əliyev onuncu  qurultayda
nitq söyləyərək bu tədbirin əhəmiyyətinə toxunmuş və perspek-
tivlərinə aydınlıq gətirmişdir. O, bildirmişdir ki, qurultayın çox
böyük  önəmi  var.  Əminəm  ki,  qurultayın  nəticələri  də  çox
önəmli  olacaqdır.  Çünki  qurultay  zamanı  son  müddət  ərzində
görülmüş işlər, uğurlar, nailiyyətlər təhlil ediləcək və ən önəm-
lisi isə, qarşıda duran vəzifələr müəyyən olunacaqdır. Mən şüb-
hə  etmirəm  ki,  qurultay  iştirakçıları  müxtəlif  komissiyalarda
çox fəal işləyəcəklər və qurultayın nəticələri əməli-praktik əhə-
miyyətə  malik  olacaqdır. Bizim  istəyimiz  bəllidir.  Bu  barədə
bu  gün  çox  gözəl  danışıldı.  Biz  istəyirik  ki, türk  dünyası  bir
olsun.  Birlik  daha  da  möhkəm  olsun.  Bizi  birləşdirən  əlaqələr
çoxşaxəli  olsun  və  bütünlükdə  türk  dünyası  dünya  üçün  çox
önəmli  amilə  çevrilsin.  Bunu  etmək  üçün  bütün  əsaslar  var.
Türkiyə – Azərbaycan münasibətləri indi ən yüksək zirvədədir,
əziz dostum, qardaşım Rəcəb Tayyib Ərdoğan bu gün bu barə-
də  danışdı.  Bu  münasibətləri  bir  neçə  amil şərtləndirir – tarixi
köklərimiz,  etnik  mənsubiyyətimiz,  dilimiz,  mədəniyyətimiz,
milli-mənəvi  dəyərlərimiz,  ənənələrimiz. Türkiyə – Azərbay-
can  münasibətlərini qardaşlıq, dostluq prinsipləri birləşdirir  və
indi  iqtisadi,  siyasi  və  mədəni  sahələrdə  bu  münasibətlər  ən
yüksək zirvədədir. Bütün başqa sahələrdə də bu münasibətlərə
güc  verən,  təkan  verən  məsələlərin  də  öz  həllini  tapması  çox
önəmlidir.  Bu  baxımdan  ziyalıların  bir  araya  gəlməsi,  kon-
fransların,  qurultayların  keçirilməsi,  ictimai  xadimlərin,  millət
vəkillərinin davamlı əlaqədə olması çox böyük əhəmiyyət kəsb
edir. Bizim gücümüz birliyimizdədir (115, s.34-35).
Azərbaycan Prezidenti  İlham Əliyev  mədəni  inteqrasiya
problemlərinə də toxunaraq bildirmişdir ki, dünyada qloballaş-
ma  prosesləri  gedir.  Ancaq  eyni  zamanda,  ayrı-seçkilik  məsə-
lələri də kifayət qədərdir və biz bunu görürük. Biz bu vəziyyətə


__________Milli Kitabxana__________
270
özümüzü uyğunlaşdırmalıyıq. Bir-birimizə bağlı olmalıyıq, bir-
birmizin əlini möhkəm tutmalıyıq ki,  gücümüz daha da artsın.
Bu  gün  türk  dünyasının  çox  böyük  potensialı  var  və  Türkiyə
başda  olmaqla  bütün  türkdilli  dövlətlər  siyasi,  iqtisadi  cəhət-
dən,  bütün  başqa  cəhətlərdən  çox  sürətlə  inkişaf  edir.  Bizim
bölgənin  inkişafı  nəticəsində  dünya  proeslərinə  böyük  təsirlər
olacaqdır və biz bunu görürük. Bu baxımdan qurultayın keçiril-
məsi  çox böyük əhəmiyyət daşıyır. Mən şübhə etmirəm ki,  bu
qurultayda  bizi  narahat  edən  bütün  məsələlər  müzakirə  oluna-
caq və ən önəmlisi, gələcək fəaliyyətimiz üçün gözəl tövsiyələr
veriləcək, dövlətlər və hökumətlər bundan bəhrələnəcəklər. Bu
gün  bizim  qurultayımızda  çoxsaylı  nümayəndələr  var.  Bütün
türkdilli  dövlətlərin  nümayəndələri  buradadır.  Bu onu  göstərir
ki, müstəqillik dövründə əldə olunmuş uğurlar ölkələrimizi bir-
birinə  daha  da  bağlayır.  Bu  onu  göstərir  ki,  türk  dünyasının
gələcək  fəaliyyəti  bizi  düşündürür,  narahat  edir  və  biz  öz
fəaliyyətimizlə  türk  dünyasının  gücünü  möhkəmlətməliyik  və
bunu edirik. Əminəm ki, qurultay və onun nəticəsi olan birliyi-
mizin möhkəmlənməsi həm bölgədə, həm Avropada və dünya-
nın başqa yerlərində çox böyük əks-səda doğuracaqdır.
Azərbaycan – Türkiyə  elmi-mədəni  əlaqələrinin  getdikcə
daha  inkişaf  tempi  qazandığını  vurğulayan  Azərbaycan  Prezi-
denti qətiyyətlə bildirmişdir ki, qurultaylar, konfranslar tez-tez
keçirilməlidir. “Eyni zamanda, hesab edirəm ki, xarici ölkələr-
də  belə  tədbirlərin  keçirilməsi  böyük  əhəmiyyət  kəsb  edər.
Çünki  biz  özümüzü  tanıtmalıyıq,  öz  potensialımızı  təqdim
etməliyik. Bir sözlə, gələcəkdə çox işlər var. Biz türk dünyasını
daha da mütəşəkkil şəkildə birləşdirməliyik və türk dünyasında
gedən  proseslərə  biganə  qalmamalıyıq.  Daim  bir-birimizə
dəstək  olmalıyıq,  bir-birimizin  problemlərinin  həllində  iştirak
etməliyik.  Əminəm  ki,  birgə  səylər  nəticəsində  türk  dünyası
dünyada çox böyük imkanlara, çox güclü siyasi mövqeyə malik
olacaq  və  beləliklə,  bizim  işlərimiz  daha  da  uğurla  həyata
keçiriləcəkdir.  Biz  bunu  istəyirik.  Bugünkü  qurultay  bu  işdə


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə