Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə86/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   82   83   84   85   86   87   88   89   ...   96

__________Milli Kitabxana__________
262
24-26  mart  2000-ci  ildə Türkiyənin Samsun  şəhərində
“Türk  dövlətləri  və  toplumlarının  dostluq,  qardaşlıq  və  əmək-
daşlıq” qurultayının VIII forumu keçirilmişdir. Forumda Azər-
baycanın tanınmış elm və mədəniyyət xadimləri iştirak etmişlər
(56, s.213).
VIII “Türk devlet  ve  topluluklari  dostluk,  kardeşlik  və
işbirliği  kurultayı”nın Eğitim  Öğretim  Komissiyasının məlu-
matlarını  aşağıdakı  qaydada  sistemləşdirə  bilərik ki, 1992-ci
ildə  Türk dövlətləri ilə ölkəmiz arasında başladılan döstluq  və
işbirliyinin təməlində egitim-öyrətim gəlməkdədir. Ölkələrimiz
arasındakı  tarixi  və  mədəni birliyin  həyata  keçirilməsində  isə
ən böyük vəzifə hər baxımdan yetişmiş insana düşməkdədir.
Egitim-öyrətimdə  əsas  olan  insana  yatırımdır.  Bu  səbəblə
eyni soydan gələn, eyni qanı daşıyan və eyni tarixə sahib olan
insanların  birliyini  möhkəmləndirmək  məqsədilə  başladılan  və
Milli  Eğitim  Bakanlığı  strukturundakı  Yurt Xariciı  Eğitim
Öğretim Genel Müdürlügü koordinasiyasında əlaqəli qurum və
təşkilatlarla əməkdaşlıq  halında  yürüdülən  “Böyük  Öyrənci
Projesi”nin  başlanğıcı  olan  1992-1992  tədris  ilindən  bu  günə
qədər sözü gedən ölkə və topluluqlardan ölkəmizə təhsil almaq
məqsədilə  orta  və  ali  təhsil  səviyyəsində  cəmi  19359  öyrənci
gəlmiş və bu öyrəncilərin 3637 nəfəri məzuniyyət, 8470 nəfəri
müxtəlif  səbəblərlə ölkələrinə  dönmüşdür. Hazırda  ölkəmizdə
7293  öyrənci  təhsilinə  davam  etməkdədir.  Bundan  başqa,
2000-2001  tədris  ili üçün  də,  bu  ölkə  və  topluluqlara  1280
öyrənci kontenjanı verilmişdir (157, s.230).
Bundan  başqa,  təhsil  aldıqları yerlərdə şəhərdaxili  gediş,
ümumiyyətlə  pulsuz  ilaraq  ödənməkdə,  vilayətlərin  sosial
təsisatları,  kitabxanaları  və  dərsxanalarından  pulsuz  olaraq
yararlanmaları təmin edilməkdədir.
Təhsil  sistemlərimizdə  birlikdəliyə  nail  olmaq  və  bu  ölkə-
lərin  təlim-tərbiyə  xidmətlərinə  yardımçı  olmaq  məqsədilə,
nazirliyimizin bu cümhuriyyətlərdə  açdığı 8 məktəb və 5 Tür-
kiyə  Türkcəsi  Eyitim  Öyrətim  Mərkəzində hazırda  171  müəl-


__________Milli Kitabxana__________
263
limiz  vəzivə  daşımaqdadır.  Türk  Dünyasına  yönəlik  eyitim-
öyrətim  xidmətlərinin  qaydalarına  uyğun  olaraq  Türkiyə  türk-
cəsinin  yayılması məqsədilə Türkiyə Türkcəsi Eğitim Öğretim
Mərkəzlərinin açılması çalışmaları davam etməkdədir.
Türk cümhuriyyətləri ilə Türk topluluqlarında vəzifə alacaq
müəllimlərin  seçimində,  müəllimlərin  xidmət  anlayışları,  sahə
bilgiləri, ümumi mədəniyyətləri, türkcə gözəl danışmaları, Ata-
türk  prinsip və inqilablarına bağlılıqları və ümumi görünüşləri
diqqətə  alınaraq  dəyərləndirilmə  aparılmaqdadır.  Bu  dəyərlən-
dirmələr  nəticəsində  aldıqları  puana  görə  aparılan  sıralama
doğrultusunda  vəzifələndirilməkdədirlər.  Hazırda  vəzifəli  olan
müəllimlərə, ölkəmizdə aldıqları maaşlarına əlavə olaraq aylıq
1000  dollar,  müdir  müavinlərinə  1050  dollar,  müdirlərinə  isə
1100 dollar aylıq ücrət-haqq verilməkdədir.
Gələcəyimizi  əmanət  edəcəyimiz  gənc  nəsillərin  yetişdiril-
məsində  ən təsirli  ünsür  olan  müəllimlərin yaxşı  yetişdirilmiş
olması  gərəktiyi  anlayışı  ilə,  bu  ölkə  və  topluluqlarda  görəv-
ləndiriləcək  müəllimlərlə  ölkələrin  anadilli  təhsilində  vəzifəli
müəllimlər,  xidmətdaxili  tədris  proqramlarına  alınmaqdadır.
Türk cünhuriyyətləri ilə türk və akraba topluluqlarından 1995-
ci ildə 172, 1996-ci ildə 193, 1997-ci ildə 153, 1998-ci ildə 95,
1999-cu ildə də 130 olmaq üzrə cəmi 807 müəllimə iyul-avqust
aylarında 2 həftə müddətli “Türk Egitim Sistemini Tanitma və
Türkcə  öğrətimi”  konulu  xidmət  daxili  təhsil seminarları
düzənlənmişdir. Digər  tərəfdən,  Yurd Xariciı  Egitim  Öğrətim
Genəl Müdürlügü tərəfindən 1993-cü ildən bu günə qədər Türk
Dünyasına  verilən  egitim-öyrətimlə  bağlı  xidmətləri  ehtiva
edən  22  ədəd  kitab  nəşr  edilərək  maraqlananların  ixtiyarına
verilmişdir (157, s.230-231).
Türkdilli ölkələr arasındakı elm və təhsil əlaqələri ilə bağlı
VIII  qurultayda  qeyd  edilmişdir  ki, Türk  cümhuriyyətləri  ilə
Türk  topluluqlarında  açılan  təhsil  qurumlarımızda  həyata
keçirilməkdə  olan  təhsil  proqramları,  iki  ölkənin  eyni  cür  və
səviyyədəki  məktəblərində  tətbiq  olunan  detallara görə  hazır-


__________Milli Kitabxana__________
264
lanıb tətbiq  edilməkdədir. Bu  ölkə  və  topluluqların  ibtidai  və
orta  dərəcəli  məktəblərində  keçiləcək  dil,  ədəbiyyat,  tarix  və
din  tədrisində  istifadə  ediləcək  proqramlarda  ortaq  təməl
nöqtələrin  müəyyənləşdirilməsi  və  dərs  kitablarının  ortaqlı
yazılması böyük önəm daşımaqdadır.
Türk  Dünyası  ilə  dil  və  mədəniyyət  əlaqələrimizi  qüvvət-
ləndirmək  məqsədilə  Ortaq  türk  tarixi  və  ədəbiyyatı  lisə  dərs
kitablarının  yazıla  bilməsi  üçün  13  mart  1995-ci  il  tarixində
əlaqəli  ölkə  təmsilçilərinin  iştirakilə  yaradılan  komissiyalar,
yazışma  çalışmalarını  tamamlamışlar.  Bu  gözəl  xidmət  sonuc-
landığında  Türk  Dünyası  uşaqları  ortaq ədəbiyyatımızı,  ortaq
tariximizi  oxuyaraq  yetişəcək  və  ortaq  dəyərlərimizi  oyrənə-
cəklər.
Latın əlifbasına  keçən  ölkələrə  müxtəlif  dərs  kitablarının
nəşri yolu  ilə  dəstək  verilməkdədir. Azərbaycanda  446.000
ədəd kitab, sözlük və dərs kitablarının nəşri üçün 250 ton kağız
göndərilmişdir. Türkiyə  tərəfindən açılan  təhsil  qurumlarının
hər  birində  kompüter  laboratoriyaları  qurulmuş  və  öz  məktəb-
lərinin tədris vəsaiti – ləvazimatı, kitab ehtiyacları imkanlar da-
xilində ödənməkdə olub bu günə qədər 3213 dəftərxana ləvazi-
matı,  kompütür,  fotokopya  makinası  və  video  göndərilmişdir
(157, s.231-232).
Təhsil  qurumları  arasındakı əlaqələrə  gəldikdə  isə  qeyd
edilməlidir ki, Türk Dünyasındakı özəl və rəsmi təhsil qurum-
ları arasında effektli müntəzəm bir xəbərləşmə və əməkdaşlığın
qurulması  və  genişləndirilməsi,  məlumat  mübadiləsinin  təmin
olunması  məqsədilə  1995-ci  ildə  Türk cümhuriyyətlərindəki
məktəblər  ilə  ölkəmizdəki məktəblər  arasında  Qardaş  Məktəb
həyata  keçirilməyə  başlanılmışdır. Bu  günə  qədər  99  məktəb
qardaş  məktəb  olaraq  bərabərləşdirilmişdir.  Bu  məktəblər  ara-
sındakı  yardımlaşmalar  və  bilgi  alış-verişi  dəstəklənməkdədir.
Ancaq maddi yetırsizliklər səbəbilə qarşılıqlı ziyarətlər gerçək-
ləşdirilməməkdədir.  Təhsil,  tərbiyəvi  məqsədli  səyahətlər  özəl
endirimlər aparılaraq həvəsləndirilməlidir (157, s.232).


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə