Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə83/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   79   80   81   82   83   84   85   86   ...   96

__________Milli Kitabxana__________
253
lazım. Əgər bir sual ortaya çıxarsa, bu öyrəncilər nə üçün bura-
ya  gəlmiş,  buradakı  mədəniyyəti,  qayıdarkən  oraya  götürmək,
amma  mən  1992-ci  ildən  bəri  Ankara  Universiteti  Dil  Tarix
Coğrafiya  Fakültəsində  professor  xoca  olaraq  çalışıram;  yurd
xariciından  gələn  bütün  tələbələrlə  mənim  münasibətim  var,
bunların hamısı burada qalmaq istəyir, biri də geri dönmək istə-
mir. Ya evlənib qalmaq istəyir, ya mastır yapmaq istəyir və ya
müxtəlif yollarla burada qalmaq istəyirlər, bu doğru deyil. Əgər
bu  tələbələrə  mastır  tezi  vermək  istəyiriksə,  sonradan  doktora
müdafiə  etdirmək  istəyiriksə,  bu  tələbələr,  dörd  il  içərisində
təhsili bitdikdən sonra vətənlərinə dönməlidirlər, üç il öz sahə-
lərində çalışmalıdırlar, ondan sonra əgər mümkünsə gəlsin bu-
rada mastır və ya doktora müdafiə etsin. İkinci mühüm məsələ
təqaüdlə bağlıdır. Tələbələrimiz dərsə gəlmir və ya yaxşı çalış-
mır, onların təqaüdünü kəsirik. Təqaüd kəsildimi, eyni zaman-
da  tələbə  yataqxanadan  atılır,  tələbə  bayırda  qalır,  bayırda  qa-
lan  tələbə  gəlib  oğurluq  edəcək,  savaşacaq  və  ya  başqa  birinə
sataşacaq,  vətənə  dönməyəcək  tələbə;  çünki  anası,  atası  onun
kafasını  qıracaq,  biz  səni  oxumağa  döndərmişik,  niyə  geri  qa-
yıtdın deyə. Bu problem var, təxminən 20-30 tələbənin təqaüdü
kəsilmiş, yataqxanadan çıxarılmış, bu tələbələr vətənə dönmür,
gedib  İstanbulda  müxtəlif  işlərlə  məşğul  olur.  Bunu  da  təhsil
nazirliyinin diqqətə almasını istəyirəm (153, s.155).
IV  “Türk  dövlətləri  və  toplumlarının  dostluq,  qardaşlıq  və
əməkdaşlıq” qurultayında Milli Egitim Bakanlığının Təmsilçisi
öz məruzəsində bildirdi ki, bu il,  yalnız Azərbaycana 425  min
kitab göndərdik. 425 min Azərbaycan öyrəncisinin üzərində bu
kitab,  Azərbaycan  sahiblərinə,  Türk  Milli  Egitimin,  milli  Pi-
yango və Ziraat Bankasının ərməğanıdır patentli, 425 min azər-
baycanli  yavrumuz  bu  anda  dərs  kitabı  olaraq  bizim göndər-
diyimiz kitabları oxuyur ... (153, s.158). Mustafa Bayrakdar isə
məlumat verdi ki, Azərbaycanda bir ilahiyyat Fakültəsi açılmış,
Türkiyə Dəyanət Vəqfi və Dəyanət İşləri Başqanlığı və Türki-
yədə bir universitetimizə bağlı olaraq davam edir (153, s.160).


__________Milli Kitabxana__________
254
V  “Türk  dövlətləri  və  toplumlarının  dostluq,  qardaşlıq  və
əməkdaşlıq”  qurultayında  çıxış  edən  Aysal  Aytaç  təhsil  prob-
lemlərinə  toxundu.  Qeyd  etdi  ki, Sovetlər  birliyinin  dağılması
ilə müstəqilliklərinə qovuşan Türk Respublikaları, Türk və ak-
raba  topluluqları  ilə  ölkəmiz  arasında  başlayan  dostluq  və
əməkdaşlığın  təməlində  eyitim-öyrətim  gəlməkdədir.  Ölkələ-
rimiz  arasındakı  tarixi  və  kültürəl  birliyin  həyata keçiril-
məsində isə ən böyük vəzifə hər baxımdan yetişmiş insana düş-
məkdədir. Tərbiyə-təhsildə əsas olan insana olan yatırımdır. Bu
səbəblə  eyni  soydan  gələn,  eyni  qanı  daşıyan  və  eyni  tarixə
sahib olan insanların birlikdəliyini perçinləmək məqsədilə baş-
ladılan və Milli Egitim Bakanlığı strukturunda,  ümumi müdir-
liyimizin əlaqələndirilməsində  əlaqəli  qurum  və  təşkilatlarla
əməkdaşlıq  halında  yürüdülən  böyük  öyrənci  proyektinin  baş-
lanğıcı  olan  1992-1993-cü  tədris  ilindən  bu  günə  qədər  sözü
gedən ölkə və topluluqlardan ölkəmizə təhsil görmək məqsədi-
lə  2127  orta  təhsil  və  12.893  ali  təhsil  öyrəncisi  olmaq  üzrə
14.966 öyrənci gəlmişdir. Bu öyrəncilərdən 959-u məzuniyyət,
4462-si  də  müxtəlif  səbəblərlə  (intizamsızlıq,  dəvamiyyət,
ölüm ya da bacarıqsızlıq) ölkələrinə dönmüşdür. Hələ ölkəmiz-
də 9545 öyrənci təhsilinə davam etməkdədir (154, s.191).
V  qurultayın  materiallarından  o  da  məlum  olur  ki, 1997-
1998-ci tədris ilində də türkdilli ölkələrə 1979 öyrənci konten-
janı  da  verilmişdir. Təhsil  sistemlərimizdə  birlikdəliyimizi  tə-
min etmək və bu ölkələrin tərbiyə-təhsil xidmətlərinə yardımçı
olmaq məqsədilə nazirliyimiz tərəfindən bu respublikalarda 12
məktəb  və  6  Türkiyə  türkcəsi  egitim-öyrətim  mərkəzi  açıl-
mışdır.  Bu  qurumlarda  218  müəllimimiz  ilə  2808  öyrənciyə
təlim-tərbiyə  xidməti  verilməkdədir.  Ancaq  proyektin  tələblə-
rinə uyğun  olaraq  Türkiyə  türkcəsinin  yayılması  məqsədilə
özəlliklə bu mərkəzlərin fiziki məkan və digər yardımçı ünsür-
lərin ən yetərli və uyğun olduğu sahələrdə açılması çalışmaları
da davam etməkdədir.


__________Milli Kitabxana__________
255
Qeyd edildi ki, Türkiyədən kənarda dərnək, şirkət, vəqf və
ya şəxslər tərəfindən açılan 156 özəl məktəbdə oxuyan 24.945
nəfərə,  9  kurs  mərkəzində  713 nəfərə,  16  yüksək  okul  və  uni-
versitetdə 3209 olmaq üzrə cəmi 28.867 öyrənciyə 2627 müəl-
lim (Türkiyə Cümhuriyyəti vətəndaşı) və 424 (Türkiyə Cümhu-
riyyəti vətəndaşı) müəllim xidmət etməkdədir. Türk cümhuriy-
yətlərində açılan rəsmi məktəblərimizin personal, vəsait-ləvazi-
mat, təchizat, büro malzəmələri, dərs kitabları, tədris proqram-
ları  ilə  ödenekləri  və  məktəblərin  onarımı  olə  bağlı  gidərlər
mövcud büdcə imkanları ilə qarşılanamamaqdadır. Bu məktəb-
lərin  olduqları  ölkələrdə  örnək  ola  bilməsi  üçün  ehtiyacların
qarşılanması,  bu  məqsədlə  vəqf  və  ya  fon  qaynaqlarının  döv-
rəyə  soxulması  gərəkməkdədir. Bundan  başqa  Türk  cümhu-
riyyətləri ilə Türk topluluqlarının öz məktəbləri üçün istədikləri
çeşidli dərs vasitə və ləvazimatları da imkanlar ölçüsündə qar-
şılanaraq tədrisə  dəstək  olmaqdadır. Türk  cümhuriyyətləri  ilə
Türk  topluluqları  arasında  vəzifə  alacaq  müəllimlərin  seçimi,
yerləşdirilməsi  və  ödənəcək  ücrət  mövzusu  çox  önəmlidir.
Türk  Respublikalarında  çalışan  müəllimlərə  aylıq  700  dollar
haqq ödənməkdədir (154, s.192).
Türkiyədə türk respublikaları ilə çoxsaylı protokollar, razı-
laşma  sənədləri  və  əməkdaşlıq müqavilələri  imzalanmaqdadır.
İldə iki dəfə olmaqla bu ölkələrlə Daimi Komissiya Toplantıla-
rı  keçirməklə  protokol  və  müqavilələrin  həyata  keçirilməsinə
nəzarət edilir, yeni qərarlar verilir. Ancaq alınan bu qərarlardan
bir  qisminin  yerinə  yetirilməsində,  qənaət  tədbirləri  səbəbilə
ödəmələr məsələsində sıxıntılar vardır (154, s.193).
Qurultayda vurğulandı ki, son illərdə Türk cümhuriyyətləri
ilə Türk topluluqlarının ilk və orta dərəcəli məktəblərində oxu-
dulacaq dil, ədəbiyyat, tarix və din tədrisində istifadə olunacaq
proqramlarda  ortaq  təməl  nöqtələrin  müəyyənləşdirilməsi  və
dərs kitablarının ortaqlı yazılması böyük önəm daşımaqdadır.
Türk  Dünyası  ilə  dil  və  mədəniyyət  əlaqələrimizi  qüvvət-
ləndirmək  və  inkişaf etdirmək  məqsədilə  ortaq  türk  tarixi və


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə