Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə81/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   77   78   79   80   81   82   83   84   ...   96

__________Milli Kitabxana__________
246
bölgədə yaşayan türklər dillərini və mədəniyyətlərini qorumaq-
da və inkişaf etdirməkdədir. Qazaxıstanda da Türk əl sənətləri
sərgisini  açdıq.  Bundan əlavə  türk  mədəniyyətinin  önəmli
əsərlərinin  nəşrini  proqramımıza  daxil  etdik. Pulsuz  olaraq
paylanmaqda  olan  “Atayurddan  Anayurda  Türk  Dünyası”  adlı
kültürəl bir dərgiyə də yayın həyatı verdik (136, s.7-8).
Mart  1996-cı  ildə  Ankarada  türkdilli  ölkələrin  mədəniyyət
nazirləri bütün bu çalışmalarla kifayətlənməyərək dünya mədə-
niyyəti  ilə  bütünləşmək  niyyətlərini bəyan  etdilər.  Təhsil,  elm
və  mədəniyyət  yolu  ilə  beynəlxalq  əməkdaşlığı  artırmaq,  sülh
və əminamanlığın qorunmasına yardım məqsədilə, YUNESKO
Genəl  Müdiri  Federiko  Mayoru İstanbula  dəvət edilmiş və
YUNESKO-TÜRKSOY  mədəni  əməkdaşlıq  sözləşməsi  ger-
çəkləşdirilmişdir.  Bunun  nəticələri  türk  və  dünya  mətbuatında
əks-səda  oyatdı.  Türk  Cümhuriyyətləri  ilə  Türk  topluluqları
üçün bu əməkdaşlıq böyük bir uğur və mədəni qazanc oldu.
Aralarinda  güclü  tarix,  dil,  mədəniyyət  və  din  baği  olan
Türk  Cümhuriyyətləri gələcəkdə  barış,  güvən, əməkdaşlıq
mühiti  qurmaları və  keçmişı  gələcəyə  daşımaları əsas  məqsəd
saydı.  Bildirildi  ki, Türk  Cümhuriyyətləri  arasında  olan  bu
dayanışma  bizlərə  təməldə  dostluq,  qardaşlıq,  aydınlıq  və  mə-
dəniyyət  dolu  günlər  gətirəcəkdir. Bundan  başqa  TÜRKSOY-
un türklərin ortaq keçmişinə, tarixinə, sənətinə, mədəniyyətinə
və dilinə sahib çıxması, qoruması və inkişaf etdirməsi onun ən
təbii haqqıdır və kimsə bundan başqa bir məna çıxarmamalıdır.
Bötün  bu  çalışmalarımızla  yanaşı  TÜRKSOY-a  tərəfdar  olan
Türkiyə Cümhuriyyətinin də kültürəl anlamda və Türk İşbirliyi
və  Kalkınma  Ajansı  (TİKA)  vasitəsilə  Avrasiyaya  və
TÜRKSOY üzvü olan ölkələrə böyük yardımlar etməkdə oldu-
ğu bilinməkdədir. Təşkilatçılar bütün dünyaya bəyan etdilər ki,
TÜRKSOY-u qurmaqda  məqsədimiz  yüksək  türk  mədəniy-
yətinin  varlığını  və  kimliyini  qorumaq,  dünya  mədəniyyətləri
ilə  bütünləşdirmək  və  bu  mədəniyyət  silahı  ilə  bölgədə  və
dünyada sülhə yardımçı olmaqdır (136, s.7-8).


__________Milli Kitabxana__________
247
Nəinki  Azərbaycan – Türkiyə  elmi-mədəni  əlaqələri,  bü-
tövlükdə  Türk  Dünyasının  mədəni  inteqrasiyası istiqamətində
TÜRKSOY-un  xüsusi  rolu  olmuşdur.  1993-cü  ildən  fəaliyyət
göstərən təşkilat öz sıralarında tək müstəqil ölkələri deyil, eyni
zamanda müşahidəçi qismində türk muxtar qurumlarını, Rusiya
Federasiyasi tərkibində olan türk respublikalarını da birləşdirir.
TÜRKSOY-un  az  müddət  ərzində  strukturlaşması,  Türk  Dün-
yasının mühüm tarixi əhəmiyyətli hadisələrini özündə əks etdi-
rən  olduqca  zəngin  bir  təqvimin  tərtib  edilməsi,  yarandığı
vaxtdan  10  ildən  çox  vaxt keçməsinə  baxmayaraq  intensiv
işləməsi  mədəniyyət  və  incəsənət  sahəsində  bir  çox  uğurların
təminatı  olub.  Ümumtürk  dəyərlərinin  qorunub  saxlanması,
tarixi  şəxsiyyətlərin  yubileylərinin  keçirilməsi,  incəsənətin
müxtəlif  sahələrində  birgə  müsabiqələrin  təşkili  vahid  Türk
Dünyası  ideyasını  dünyanın  nəzərinə  çatdırır.  TÜRKSOY-la
YUNESKO  arasında  birgə  əməkdaşlıq  müqaviləsinin  imza-
lanması təşkilatın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.
Təşkilatın  yaradılması  və  fəaliyyət  prinsipləri  haqqında  müqa-
viləyə  müvafiq  olaraq  TÜRKSOY  aşağıdakı  mühüm  funk-
siyaları bu gün də uğurla həyata keçirir: Türk ölkələri arasında
mədəniyyət  və  incəsənət  sahəsində  əlaqələri  daha  da  möh-
kəmləndirmək  və  inkişaf  etdirmək  üçün  müxtəlif  proqram  və
layihələr həyata keçirmək; Ümumi mənəvi dəyərləri, tarixi irsi,
mədəniyyət və incəsənət əsərlərini, ənənəvi idman növlərini və
xalq  oyunlarını  təbliğ  etmək; Televiziya  və  radio  proqramları,
sənədli,  video,  kinofilmlər  hazırlamaq,  Türk  dünyasının ən
yaxşı  mədəniyyət  və  incəsənət  nailiyyətlərini  populyarlaşdır-
maq; İncəsənətin teatr, musiqi, opera və balet növlərində birgə
festivalların,  müsabiqələrin  və  başqa  tədbirlərin  keçirilməsi;
Sərgilərin təşkil edilməsi, incəsənətin və heykəltəraşlığın inki-
şafına  yönələn  tədbirlərin  həyata  keçirilməsi; Davamlı  olaraq
çap  məhsullarını  nəşr  etmək; Türk  Dünyasının  tarixində  mü-
hüm əhəmiyyət  kəsb  edən  tarixi şəxsiyyətlərin,  mədəniyyət,
incəsənət,  ədəbiyyat  hadisələrinin  xatırlanması  üçün  kütləvi


__________Milli Kitabxana__________
248
tədbirlərin, yubileylərin keçirilməsi; TÜRKSOY-un məqsəd və
vəzifələri  çərçivəsində  beynəlxalq  elmi  konfrans,  simpozium,
mübahisələrin  təşkil  olunması; Mədəniyyət  və  incəsənət  sahə-
sində  fəaliyyət  göstərən  başqa  milli,  beynəlxalq  təşkilatlarla,
ictimai strurkturlar və hərəkatlarla əlaqələr saxlamaq, əməkdaş-
lıq  üçün  müxtəlif  birgə  tədbirləri  reallaşdırmaq  və  s. (89,  s.
177-178).
TÜRKSOY tərəfindən 1999-cu ildə görülən işlərin yekunu
olaraq,  həmçinin,  gələcəkdə  qarşıda  duran  vəzifələri  özündə
əks etdirən “XXI əsrə müraciət” qəbul olundu. Ankarada keçi-
rilən  Nazirlər Şurasının  XIII  yığıncağında  qəbul  olunmuş  mü-
raciət TÜRKSOY adından türk dövlətlərinin başçılarına, xalq-
larına  və  hökumətlərinə  ünvanlanmışdı.  Müraciətdə  aşağıda-
kılar bəyan edilirdi:

Biz  hamımız  üçün əlverişli  olan əlaqələrimizin  inten-
sivləşdirilməsinə  təkan  verəcək  mühitin  yaradılmasını,  xalqlar
arasında əməkdaşlığın, mədəni mübadilənin gücləndirilməsinin
zəruriliyini dərk edirik. Bütün bunlar XX əsrin sonlarında baş-
lanan  qloballaşma  prosesi,  dünya  miqyasında  hərbi  müna-
qişələr,  terrorizm,  iqtisadi  böhran  və  təbii  fəlakətlərin  atrdığı
bir fonda baş verir;

Yeddi  il  bundan  öncə  TÜRKSOY  çərçivəsində  fəaliy-
yətə  başlayanda  bizim  məqsədimiz  Avrasiyanın  böyük  etnos-
larından  biri  olan  türkdilli  xalqların  mədəniyyətini,  tarixini
birgə  öyrənmək  idi.  Əminik  ki,  başladığımız  işi  XXI əsrdə
uğurla davam etdirəcəyik;

Dünya  sivilizasiyasına  öz  töhfələrini  verən  türkdilli
xalqların mədəniyyəti XXI əsrdə dünya mədəni irsinin mühüm
komponentlərindən birinə çevriləcək;

Müqavilə  (“TÜRKSOY-un  yaradılması  və  prinsipləri
haqqında” müqavilə nəzərdə tutulur) subyektlərinin və türkdilli
ölkələrin suverenliyinə böyük hörmətlə anaşaraq, heç bir ölkə-
nin siyası orientasiyasına müdaxilə etmədən biz, dünyanın mə-
dəni  məkanında  öz  mədəni  inteqrasiyamızı  sürətləndirərək,


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə