Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə78/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   74   75   76   77   78   79   80   81   ...   96

__________Milli Kitabxana__________
237
kilatinin XV toplantisinda iştirak edən türkdilli ölkələrin nüma-
yəndələrini qəbul etmişdir (56, s.214).
Dövlətimizin başçısı Heydər Əliyev qonqlarla görüşdə çıxış
etmişdir.  O  demişdir:  “Bu  təşkilatın əsas  məqsədi  birinci  növ-
bədə bizim tarixi keçmişimizi, köklərimizi, mədəniyyətimizi və
bunların  hamısının  müştərək  olduğunu  yenidən  araşdırmaq  və
bugünkü nəsillərə çatdırmaqdan ibarətdir. Çünki 70 illik Sovet
hakimiyyəti  dövründə,  bundan  da  öncə,  təəssüflər  olsun  ki,
türkdilli  ölkələrin  bir-biri  ilə  əlaqələri  ya  zəif  olubdur.  Ya  da
olmayıbdır. Bəzən də Sovetlər İttifaqında yaşayan türkdilli (56,
s.214) xalqlar üçün qadağan olubdur. O vaxt Sovetlər İttifaqın-
da  belə  bir  anlayış  mövcud  idi  ki,  vahid  sovet  xalqı  vardır.
Bütün millətlər də var, ancaq vahid sovet xalqı da. Biz, məsə-
lən, Mərkəzi  Asiyada  olan  qardaşlarımızla  daim əlaqədə  idik.
Biz həmişə bir-birimizlə rusca danışırdıq və tarixi keçmişimizi,
mədəniyyətimizi, onların  dərin  köklərini  heç  vaxt  araşdır-
mırdıq. Amma indi biz müstəqillik əldə edəndən sonra və Tür-
kiyə  Cümhuriyyəti də bu sahədə çx dəyərli təşəbbüslərlə çıxış
edəndən  sonra  Türkdilli  Dövlətlər  Birliyi  yaranıbdır.  Bu  birli-
yin də, yenə də deyirəm, ən əsas özəklərindən biri TÜRKSOY
təşkilatıdır.
Mən  sizin  gördüyünüz  işləri  yüksək  qiymətləndirirəm.
Arzu  edirəm  ki,  bu  işləri  bundan  sonra  da  davam  etdirəsiniz.
Çünki həm bugünkü nəsillər, həm də gələcək nəsillər üçün hələ
çox  iş  görmək  lazımdır  ki,  bu  itirilmiş  dövrü,  zamanı,  onillik-
ləri bərpa edək. Yəni onu bərpa etmək mümkün deyil. O dövr-
də itirdiklərimizi indi qısa bir zamanda yaratmaq lazımdır.
Mən sizi təbrik edirəm və arzu  edirəm ki, işlərinizi bu  cür
davam  etdirəsiniz.  Siz  dövlət  başçılarından  daha  zirəksiniz.
Çünki  biz,  deyək  ki,  altı  dəfə  görüşmüşük.  Amma  siz  on  beş
dəfə  görüşmüsünüz. Ancaq bu da təbiidir. Çünki dövlət başçı-
larının  bir  çox  problemləri  vardır.  Onların  ildə  bir  dəfə  görüş-
məsi bəzən bəs edir. Bu görüşlərdə biz, təbiidir ki, mədəniyyət,
elmi-tarixi  keçmişimiz  haqqında  çox  fikir  mübadiləsi  aparırıq.


__________Milli Kitabxana__________
238
Amma  eyni  zamanda  bu  görüşlərin  iqtisadi  əməkdaşlıq  tərəfi
də vardır. Bu da çox əhəmiyyətlidir. Amma siz isə, bir də qeyd
edirəm,  bizim  türkdilli  xalqların ən  incə  və  ən  vacib  işi  ilə
məşğulsunuz. Ticarət bu gün də, sabah da var. Bu, ola bilər ki,
türkdilli, başqa dilli dövlətlə olsun – ticatrət elə ticarətdir. Dün-
ya ticarətsiz, iqtisadiyyatsız yaşaya bilməz. Ticarətin, iqtisadiy-
yatın  nə milliyyəti var, nə də milli kökü var. Amma mədəniy-
yətin, dilin, milli dəyərlərin, ənənələrin – bunların böyük tarixi
və dərin kökləri vardır (56, s.215).
16  iyul  2002-ci  il  tarixində  türkdilli  ölkələrin  mədəniyyət
nazirlərinin  daimi şurasina  müraciət  edən Heydər  Əliyev
demişdir: “Sizə – türkdilli ölkələrin mədəniyyət  nazirlərinə  və
Beynəlxalq  TÜRKSOY  təşkilatının  yaradılmasının  10  illik
yubileyinə həsr olunmuş bütün mərasim iştirakçılarına səmimi
salamlarımı  yetirir,  ölkələrimizin  mədəni  həyatındakı  bu əla-
mətdar  hadisə  münasibəti  ilə  hamınızı  Azərbaycan xalqı  və
dövləti  adından  ürəkdən  təbrik  edirəm. Keçən  əsrin  son  on
illiyində dünyada baş verən qlobal siyasi hadisələr nəticəsində
sovet  imperiyası  dağıldı,  uzun  illər  onun  tərkibində  yaşamağa
məcbur olmuş xalqlar siyasi müstəqilliyini qazanaraq öz suve-
ren dövlətlərini yaratdılar. Bu xalqların qarşısında milli-mənəvi
dirçəliş  yolunda,  dünya  xalqları  ailəsində  özünə  layiq  yer  tut-
maq  üçün  geniş  üfüqlər  açıldı. Zəngin  və  qədim  mədəni  irsə
sahib  olan  türkdilli  xalqlar  da  tarixin  bəxş  etdiyi  bu  gözəl
fürsətdən istifadə  edərək  milli-mədəni  özünəqayıdış yolunda
ciddi addımlar atmağa başladı. Eyni zamanda, soya, dilə tarixi
və  mədəni  keçmişə,  adət-ənənəyə  malik  olan  xalqlarımızın
mənəvi  həyatında  gedən  prosesləri  əlaqələndirmək  və  düzgün
istiqamətləndirmək  məqsədi  ilə  həmin  dövrdə  TÜRKSOY
Təşkilatının  yaradılması  bu  yolda  vaxtında  atılmış  faydalı  bir
addım oldu” (43, 19 iyul 2002-ci il, № 29).
Azərbaycan Prezidenti müraciətində bunları da əlavə etmiş-
dir  ki, TÜRKSOY  bəşər  sivilizasiyası  xəzinəsinə  Dədə  Qor-
qud,  Manas, Nizami, Füzuli, Yəsəvi, Mahmud Qaşqarlı, Yusif


__________Milli Kitabxana__________
239
Balasaqunlu, Uluqbəy, Yunis İmrə, Nəvai, Məxtumqulu, Abay
irsi  kimi  nadir  incilər  vermiş  türkdilli  xalqların  mədəni  inteq-
rasiyası, bu qədim zəngin irsin araşdırılıb üzə çıxarılması, dün-
yada  geniş  təbliğ olunması,  müxtəlif  mədəni  layihələrin  ger-
çəkləşdirilməsində faydalı işlər aparmışdır. TÜRKSOY-un mə-
dəni 
yönümü 
digər 
beynəlxalq 
təşkilatlarla, 
xüsusilə
YUNESKO  ilə  qurduğu əməkdaşlıq əlaqələri  təqdirəlayiqdir.
TÜRKSOY-un məqsəd və vəzifələri müstəqil Azərbaycan döv-
lətinin  mədəniyyət  sahəsindəki  strategiyasına  tam  uyğundur.
Buna görə də biz TÜRKSOY-un fəaliyyətinə böyük əhəmiyyət
verir və onu dəstəkləyirik (43, 19 iyul 2002-ci il, № 29).
Heydər Əliyev 2003-cü il fevralın 6-da Prezident sarayında
TÜRKSOY  təşkilatının  üzvü  olan  ölkələrin  mədəniyyət
nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbul
etmişdir. Dövlətimizin başçısı qonaqları səmimiyyətlə salamla-
yaraq, türkdilli dövlətlər birliyi təşəkkül tapdıqdan sonra yaran-
mış  təşkilatlar sırasında  TÜRKSY-u  çox əhəmiyyətli  qurum
kimi  səciyyələndirdi. Azərbaycan Prezidenti türkdilli dövlətlər
və xalqlar arasında, ilk növbədə, mədəni əlaqələrin inkişafı zə-
rurətindən  söhbət  açaraq  dedi  ki,  ölkələrimiz  arasında  iqtisadi
əməkdaşlığın, insani əlaqələrin inkişaf  etdirilməsi vacib məsə-
lədir.  Ancaq  bunların  hamısının  kökündə  mədəniyyət,  dil,  bi-
zim adət-ənənələrimiz durur. Bizi bir-birimizə bağlayan nədir?
Bu,  dilimizin eyni kökdən olmasıdır. Düzdür, bəziləri bir-biri-
lərini başa düşmürlər. Amma biz dilimizə görə bir kökdən gəl-
miş xalqlarıq. İkincisi, bizim müştərək mədəniyyətimiz, ənənə-
lərimiz,  müştərək  mənəvi  dəyərlərimizdir.  Bunlar  türkdilli
xalqları  həmişə,  əsrlər  boyu  bir-biri  ilə  bağlayıb,  birləşdirib,
bir-biri ilə yaxınlaşdırıbdır (43, 7 fevral 2003-cü il, № 5).
Prezident Heydər Əliyev tarix boyu müxtəlif səbəblərdən, o
cümlədən  imperiyaların əsarətindən  sıxıntı  çəkən,  bəzən  inki-
şafdan qalan türk dillərinin hazırkı dövrdə təkmilləşməsi üçün
geniş  imkanlar  olduğunu  söylədi.  Dövlətimizin  başçısı
TÜRKSOY  təşkilatının  xətti  ilə  bu  istiqamətdə  görülən  işləri


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə