Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə80/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   76   77   78   79   80   81   82   83   ...   96

__________Milli Kitabxana__________
243
Ankarada  möhtərəm  Heydər  Əliyevin də  bu  məqsədlə  gəlib
qatıldığı  şair  Füzulinin  anadan  olmasının  500  yubiley
tədbirləri,  1994-cü  ildə  Qazaxıstanda  Türk  Dünyası Əl
Sənətləri  Sərgisi,  1994,  1995  və  1996-cı  illərdə Şimali  Kipr
Türk  Cümhuriyyətində  TÜRKSOY  Opera  Günləri,  1993  və
1994-cü  illərdə  Türkmənistanda  Aşıq  Aydın  Pir  Festivalı  və
Türkiyədə 1995  və  1996-cı  illərdə  TÜRKSOY Novruz  Şöləni
fəaliyyətləri təşkil edilmişdir (142, s. 16-17).
TÜRKSOY:  Türk  mədəniyyətinin  ortaq  dəyərlərini,  insan-
larını, ədəbi və fikri əsərlərini tanıtmaq məqsədilə də işlər gör-
məkdədir.  Qırğızların  milli  qəhrəmanı  MANAS-ın  1000  illik
yubileyi tədbirləri vəsiləsilə “Manas dastanı” və məşhur qazax
şairi ABAYın 150 illik yubiley tədbirləri üçün də “ABAY” adlı
əsərləri yayınlanmışdır. 1995-ci  il ərzində:  “Altaylardan  Tuna
Boyuna  Türk  Dünyasının  Ortaq  Motivləri”,  “Türkmən şeiri
antologiyası”, “Başqırd  xalq dastanı URAL BATIR” və “Tük-
cə-Başqırdca  danışıq  kitabçası”  adlı əsərlər  yayınlanmışdır.
Bundan  başqa,  iyun  1996-cı  ilin  sonuna  qədər  “Türk  Cüm-
huriyyətləri  memarlıq  abidələri”  və  tatarların  “İdige  Dastanı”
yayınlanmışdır. 1999-cu  ilin  sonunda  Dədə  Qorqud  və  Böyük
Bulgar  (Tatar) tarixi adlı əsərlər  yayınlanacaqdır. Kitablarımız
ümumiyyətlə, iki  ləhcədə  yayınlanmaqdadır. Türkiyə  Cümhu-
riyyəti Kültür Bakanlığı (HAGEM) ilə birlikdə fəaliyyəti daha
aktiv  hala  gətirmək  üçün “Ana  yurddan  Ata  yurda  Türk  Dün-
yası”  adlı  bir  dərgi  yayınlanmaqdadır.  Bundan əlavə  Türksoy
təşkilatı  Hayrettin  İvginin  redaktorluğunda “Türksoy”  dərgi-
sinin 4 sayını çıxarmışdır.
Türksoy,  1993-cü  il  tarixində  qurulmasına  baxmayaraq  bu
fəaliyyətlərini çox az bir büdcə ilə bacarmışdır. Bu nailiyyətdə
qurucu cümhuriyyətlərin dövlət başçıları Süleyman Dəmirəlin,
Heydər  Əliyevin,  Nursultan  Nazarbayevin, İslam  Kərimovun,
Əsgər Akayevin, Səfərmurad Türkmənbaşının və quruluşundan
bu  günə  qədər  Türksoyun  başqanı Polad  Bülbüloğlunun  və
Türksoy işçilərinin səyləri böyük olmuşdur.


__________Milli Kitabxana__________
244
7-8 may 1999-cu ildə Ankarada “Divan-i Lüğət-it Türk”ün
yazılışının 925 illiyinə həsr olunmuş fəaliyyətlər və Bursada 5-
23  iyunda  TÜRKSOY  üzvü  ölkələrin  rəssamlarının  buluşması
– yığıncağı düzənlənmişdir. 25-27 may 1999-cu il tarixləri ara-
sında  Bişkekdə  türk  dilində  danışan  ölkələrin  mədəniyyət  na-
zirlərinin toplantısı və Çingiz Aytmatovun 70 illik  yubileyinin
toplantısı keçirilmişdir.
7 iyun  1999-cu  uldə  Dədə  Qorqudun  1300  illiyi  Parisdə
qeyd  edilmişdir.  4-8  sentyabr  2000-ci  ildə  Türkiyə  Cümhuriy-
yəti Türkiyə Şairlər Buluşması gerçəkləşdirilmişdir. 25-27 iyun
1999-cu  il  tarixində  Türkiyə  Cümhuriyyəti-də  Türk  Dilində
Danışan  Ölkələrin  VI Opera  Günləri  keçirilmişdir.  Tuğanlıq
festivalı,  Teatr  festivalı,  Şairlər  Buluşması,  Anma  və  Kutlama
Günləri təşkil edilmişdir (142, s.17-18).
Türk Cümhuriyyətləri ilə Türkiyə Cümhuriyyəti arasındakı
elmi-mədəni əlaqələrdən bəhs edərkən vurğulamaq lazımdır ki,
tarixdə  ilk  dəfə  1552-ci  ildən  sonra  Türkiyə  (Anadolu  türk
xalqı) ilə Orta Asiya türkü arasında əlaqə körpüsü 1991-ci ildə
qurulmuş,  iqtisadi  və  siyasi  anlamda  əməkdaşlıq  imkanları
bundan sonra qarşılıqlı olaraq  yaranmışdır. Gerçək olan budur
ki,  dilin  mənşəyinin  bir  olması  xalqların  bir  araya  gətirilmə-
sində  diqqətdən  kənarda  qala  bilməz.  Türkiyənin bu  beş  türk
cümhuriyyəti,  xüsusilə  isə  Azərbaycan ilə  dərin  və köklü  bir
mədəniyyət bağları vardır (142, s.103).
Türk  Dünyası  dediyimiz, Türkiyə  Cümhuriyyəti, Azərbay-
can  Respublikası,  Qırğızıstan  Respublikası,  Özbəkistan  Res-
publikası, Türkmənistan Respublikası, Qazaxistan Respublika-
sı Mədəniyyət Nazirləri İstanbul, Bakı, Almatı, Marmaris, Biş-
kek,  Aşqabad,  Ankara  toplantıları  ilə  bir  araya  gələrək suve-
renlik, ərazi bütövlüyü, qarşılıqlı bərabərlik prinsiplərini rəhbər
tutaraq,  12  iyul  1993-cü  ildə  Qazaxıstanın  paytaxtında  bir
mədəniyyət  müqaviləsi  imzalamışlar.  Bu  anlaşma  ilə  də  Türk
Kültür və Sənətləri Ortaq Yönetimini (TÜRKSOY) qurmuşlar.
Bu  təşkilata  Şimali  Kipr Türk Cümhuriyyəti,  Başqırdıstan


__________Milli Kitabxana__________
245
Respublikası  və  Tatarıstan  Respublikası  Mədəniyyət  Nazirləri
də qatılmışdır (136, s.7-8).
Bu çalışmaların və mədəni birliyin nəticəsində TÜRKSOY-
un  rəsmi  dili  türkcə,  yönətim  mərkəzi  də Ankara  olaraq  qəbul
edilmişdir. Büdcəsi isə üzv ölkələrin qatqı payları ilə yaratdıq-
ları  bir  fondda  toplanmışdır.  Yayın,  tanıtma,  anma,  festival
kimi fəaliyyətləri və bütün xərcləri bu fonddan ödənməkdədir.
TÜRKSOY-un quruluş  məqsədi isə:  Türkdilli  ölkələr  və
topluluqlar  arasında  mədəni  əlaqələri  artırmaq,  türk  mədəniy-
yətini  araşdırmaq,  inkişaf  etdirmək,  qorumaq,  bütün  dünyaya
tanıtmaq  və  dünya  mədəniyyəti  ilə  qaynaşdırmaqdır.  Bundan
başqa  geniş  bir  coğrafi  bölgədə  yaşayan  türk  dövlət  və  toplu-
luqları  üçün dil  və  əlifba  birliyini  təmin  etmək,  arxiv  qurmaq
və gələcək nəsillərə ötürməkdən ibarət olaraq müəyyənləşdiril-
mişdir (136, s.7-8).
TÜRKSOY-un  başında  TÜRKSOY-a  üzv  ölkələrin  Mədə-
niyyət  Nazirlərinin  meydana  gətirdiyi  bir  “Daimi Şura”,  bir
“Dönəm  Kordinatoru”  və  bir  də  “Daimi  Şura”  tərəfindən  se-
çimlə təyin edilən, bütün işləri, çalışmaları və fəaliyyətləri ida-
rə  edən  Ümumi  Müdir  olmaqdadır. Bu  sahədə  xüsusi  xidmət-
ləri  olan  Polad  Bülbüloğlu  bu  haqda  deyir  ki,  məhz  ilk  dəfə
1994-cü  ildə  TÜRKSOY  Ümumi  Müdirliyinə  hörmətli  mədə-
niyyət nazirlərinin səsverməsilə seçildim və çalışmalara başla-
dım.  Bugündən  sonra  da  Türk  respublikaları  və  topluluqları
arasındakı əlaqələr  sürətli  bir  inkişaf  və  yüksəlmə  göstərdi:
Oktyabr  1995-ci  ildə  bütün  üzv  ölkələrin  folklor  dəstələrini
Ankaraya və Çoruma gətirdik, anlamlı və uğurlu I TÜRKSOY
Folklor Festivalını keçirdik, qardaşları tanışdırdıq və Asiya ilə
Anadolunu qucaqlaşdırdıq. Bu arada yarmarkalar, teatr və ope-
ra  günləri  təşkil  etdik,  yazarlar  birliklərini  Ankarada  topladıq.
Sırasıyla Türkmənistanda Aşıq Pir Festivalı, Şimali Kipr Türk
Cümhuriyyətində  Opera  Günləri,  Başqırdıstanın  paytaxtı  Ufa-
da, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin ilgi və kat-
kılarını görərək, teatr gönləri təşkil etdik. Bu hadisə göstərdi ki,


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə