Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə79/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   75   76   77   78   79   80   81   82   ...   96

__________Milli Kitabxana__________
240
yüksək  qiymətləndirdi.  RF-nin  subyektləri  olan  Tatarıstan,
Başqırdıstan respublikalarının inkişaf perspektivlərinə toxundu,
Tuva,  Xakasiya,  Altay  respublikalarında  yaşayan  xalqların  öz
soy-kökünə  qayıdışını  da  müstəqilliyin  bəhrəsi  kimi  qiymət-
ləndirdi, bu respublikalarla bağlı xatirələrini yada saldı.
Azərbaycanın mədəniyyət naziri, TÜRKSOY-un baş direk-
toru  Polad  Bülbüloğlu  Prezident  Heydər  Əliyevə  bu  təşkilatın
üzvləri adından müraciətlə dedi:
Hörmətli  Prezidentimiz,  bu  təşkilatın  başçısı  kimi  mən
bütün  həmkarlarım  adından  Sizə  dərin  təşəkkürümü  bildirmək
istəyirəm.  Biz  dəfələrlə  demişik  ki,  türkdilli  dövlətlərin  başçı-
ları arasında TÜRKSOY-a Sizin xüsusi qayğınız vardır. Siz ye-
ganə ölkə rəhbərisiniz ki, TÜRKSOY-un Bakıda keçirilən top-
lantısına  gəldiniz  və  orada  çıxış  etdiniz.  Sizin  çıxışınız
TÜRKSOY-un  bütün  sənədlərində  bizim  üçün  proqram
xarakterini indiyədək saxlayır.
Keçən il TÜRKSOY-un on illiyində Siz bizə təbrik məktu-
bu göndərmişdiniz. Bu təbrik məktubunda da bizim fəaliyyəti-
mizi  çox  yüksək  dəyərləndirmisiniz.  Buna  görə  Sizə  öz  dərin
təşəkkürümüzü bildiririk (43, 7 fevral 2003-cü il, № 5).
Türkiyənin  mədəniyyət  naziri  Hüseyn  Çelik  Bakıya  indiki
səfəri  zamanı  gördüyü  müsbət  yeniliklər  və  keçirdiyi  görüşlər
barədə  məlumat  verərək  dedi  ki,  möhtərəm  Prezident,
Türkiyəni  burada  təmsil  edən  bütün  nümayəndələrin  zati-
alinizə  böyük  minnətdarlığı  vardır.  Siz  burada  onları  hədsiz
mehribanlıqla  qəbul  etmisiniz,  himayədarlıq  göstərmisiniz.
Mən onların adından Sizə təşəkkür etmək istəyirəm. TÜSİAB-
ın  təmsilçisi  olan  iş  adamlarının  da  zati-alinizə  belə  minnət-
darlığı  vardır.  Onların  adından  da  Sizə  təşəkkür  etmək  istəyi-
rəm. Siz burada onlara qol-qanad vermisiniz. Əminəm ki, Sizin
himayənizlə  və bizim əzmimizlə  ölkələrimiz  arasında  həm
iqtisadi, həm də mədəni əlaqələr daha da inkişaf edəcəkdir (43,
7 fevral 2003-cü il, № 5).


__________Milli Kitabxana__________
241
2003-cü  il  fevralın  5-də  Bakı  Muzey  Mərkəzində
TÜRKSOY  Beynəlxalq  Təşkilatı  Daimi  Şurasının  növbəti  19-
cu iclası keçirilmişdir. İclasda türkdilli ölkələrin, o cümlədən 6
müstəqil  dövlətin  və  Rusiya  federasiyasının  subyekti  olan  6
türkdilli  respublikanın  mədəniyyət  nazirləri  iştirak  etmişlər.
Mədəniyyət  nazirləri türkdilli  xalqların  mədəni  inteqrasiya-
sında,  bu  qədim,  zəngin irsin  araşdırılıb  üzə  çıxarılmasında,
dünyada geniş təbliğ olunmasında, müxtəlif mədəni layihələrin
gerçəkləşməsində TÜRKSOY ilə qurduğu əməkdaşlıq əlaqələ-
rindən  danışdılar. Türkdilli  xalqlar  arasında  mədəni  əlaqələrin
inkişafında  göstərdikləri  yüksək  xidmətə  görə  xalq  yazıçıları
Elçinə  və  Anara  TÜRKSOY  Beynəlxalq  Təşkilatının  mükafa-
tları  təqdim  olundu. TÜRKSOY-un  Daimi  Şurasının  19-cu
iclası  fevralın  6-da  öz  işini  başa  çatdırmışdır.  Bu  münasibətlə
Muzey  Mərkəzində  türkdilli  ölkələrin  mədəniyyət  nazirləri
birgə bəyannamə imzalamışlar. İclasda mədəni irsin mühafizəsi
haqqında YUNESKO-nun Beynəlxalq Konvensiyasının layihə-
sini  dəstəkləmək  məqsədəuyğun  hesab  edildi,  türk  dünyasının
memarlıq  abidələrinin  qorunub  saxlanması  və  bərpası  üçün
TÜRKSOY  yanında  Beynəlxalq  Əlaqələndirmə  Mərkəzinin
yaradılması  barədə  Azərbaycan  Mədəniyyət  nzirliyinin  təklifi
qəbul  olundu,  2003-cü  il  üçün  TÜRKSOY  Beynəlxalq  müka-
fatının verilməsi haqqında elanın mətni bəyənildi (43, 7 fevral
2003-cü il, № 5).
2005-ci ilin 5 oktyabrında Ankarada TÜRKSOY-un toplan-
tısı öz işinə başlamış və bu toplantıda TÜRKSOY-a daxil olan
dövlətlərin mədəniyyət  nazirləri  qurumun  gələn  il İstanbulda
keçiriləcək  23-cü  konfransına  hazırlıqla  bağlı  məsələləri
müzakirə etmişlər. Xatırladaq ki, TÜRKSOY-un 22-ci konfran-
sı 2005-ci ilin avqustunda Rusiyanın Kazan şəhərində keçirilib.
TÜRKSOY-un  toplantısı  ilə  eyni  vaxtda  Ankarada  “Türkdilli
xalqların əsərləri miniatür kitabda” adlı təşkil edilmiş sərgisidə
ölkəmizi Azərbaycan Miniatür Kitab Muzeyinin rəhbəri Zərifə
Salahova təmsil etmişdir (43, 7 oktyabr 2005-ci il, № 40).


__________Milli Kitabxana__________
242
Türk kültür və sənətləri ortaq yönətimi (TÜRKSOY), Azər-
baycan,  Qazaxıstan,  Qırğızıstan,  Özbəkistan,  Türkmənistan  və
Türkiyə  mədəniyyət  nazirlərinin  Almatıda  12  iyun  1993-cü  il
tarixində  imzaladıqları  anlaşma  ilə  rəsmi  dil  türkcə,  mərkəzi
Ankara  olaraq  qurulmuşdur.  Almatı  toplantısında  hazır  olan
Başqırdıstan,  Şimali  Kipr  Türk  Cümhuriyyəti  və  Tatarıstan
nazirləri də TÜRKSOY-a qatılmışlar (142, s.15).
Türklərin  YUNESKO-su  deyə  biləcəyimiz  və yeni  bir  qu-
ruluş olan TÜRKSOY-un məqsədlərini qısaca olaraq aşağıdakı
kimi sistemləşdirə bilərik:
Türk dilində danışan ölkələr və topluluqlar arasında mədəni
əlaqələrin  inkişaf  etdirilməsi; Türk  mədəniyyətinin  araşdırıl-
ması,  tədqiqi,  inkişaf  etdirilməsi, qorunması  və  millətlərarası
sahədə  tanıdılması; Türixi,  siyasi  və  coğrafi  şərtlərin  və  xarici
amillərin  səbəb  olduğu  mədəni  fərqliləşmələrin  ortadan  qaldı-
rılması; Türk  mədəniyyətini  başqa  mədəniyyətlərin  təsirindən
qurtararaq,  öz qaynaqlarına  dayanan  bir şəkildə  öz  mədəni
dinamikasının  hərəkətə  keçirilməsi  və  yayğın  olan  digər
yabançı  mədəniyyətlərlə  yarışacaq  hala  gətirilməsi; Geniş  bir
coğrafi ərazidə  yaşayan  türk  dövlət  və  topluluqları  arasında
əlifba  və  dil  birliyinin  yaradılması; Dünya  sivilizasiyasının
formalaşmasında  önəmli  bir  yer  tutan  türk  mədəniyyətinin
gələcək nəsillərə ötürülməsi; Türk mədəniyyəti, sənəti və digər
mövzularda arxiv və sənədləşmə mərkəzi qurulmasıdır.
Beynəlxalq bir təşkilat olan TÜRKSOY, türk dövlət və top-
luluqlarına istiqamətlənmiş, yuxarıda açıqladığımız məqsədlərə
uyğun, bütün mədəniyyət və sənət fəaliyyətlərində olmaq üzrə
bu  məqsədlə  qurulmuş  rəsmi  qurum,  vəqf,  dərnək,  kişi  və
quruluşlarla əməkdaşlıq etməkdədir.
TÜRKSOY  üzv  ölkələrinin mədəniyyət  nazirləri  Türk
Dünyasında  tarixi,  mədəni  və  sənət  sahələrində  nələr  edilə
biləcəyi  mövzusunda  görüşmələr  və  bəzi  qərarlar  qəbil
etmişlər.  Bu  qərarlar  çərçivəsində – Ankarada  1993-cü  ildə
Türk  Dünyası  Yazarlar Birlikləri  Toplantısı,  1994cü  ildə


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə