Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə87/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   83   84   85   86   87   88   89   90   ...   96

__________Milli Kitabxana__________
265
Ölkələrimiz arasındakı təhsil strategiyası qurultay material-
larında  aşağıdakı  şəkildə  müəyyənləşdirilmişdir: Türkiyə  türk-
cəsi Egitim Öyrətim Mərkəzlərinin türkdilli ölkələrdə genişlən-
dirilməsi; Təhsil  alacaq  tələbələrin  ölkələrində  və  ölkəmizdə
uyum  kursuna  tabe  tutulması; Təhsil  üçün  gələn  və  təhsillə-
rində uğursuz olan tələbələrin peşə təhsili kurslarına alınmaları;
Ortaq  türk  tarixi  və  ədəbiyyatı  lisə  dərs  kitablarının  nəşri; Öz
ölkələrində  türk  dili  və  ədəbiyyatı  və  ya  türkologiya  təhsili
görən  universitet  tələbələrinə  yay  aylarında  qısa  müddətli
türkcə  kursu  yaradılması.  Bu  məsələlərlə  bağlı proyektlər
hazırlanmış  və  tələbələrə  verilən  xidmətlərin  göstərilməsi
planlaşdırılmışdır (157, s.233).
Bu sahədəki problemlərlə bağlı qurultayda bildirilmişdir ki,
Türk  Dünyasından  Türkiyəyə gələn  gənclərin  təhsilinə  istiqa-
mətlənmiş  olan  bu  proyekti  daha  uğurlu  və  səmərəli  etmək,
mövcud durumu və ehtiyacları müəyyənləşdirmək və bu gənc-
lərə  daha  yaxşı  xidmət  verə  bilmək  məqsədilə  1995-ci  ildə  bu
tələbələrə  bir  anket  doldurulmuş  və  ortaya  çıxan  problemlərin
həll  yolları  axtarılmışdır.  1999-cu  ilin  sonunda  bir  anket  sor-
ğusu da keçirilmiş və müəyyənləşdirilmişdir ki, tələbələrin də-
vamiyyətsizlikləri  və  intizamsız  davranışları  uğursuzluqlarına
səbəb  olmaqdadır.  Bu  səbəblə  tələbələrin  uğurlarını  yüksəldə-
cək və onların mühitə uyğunlaşmalarını asanlaşdıracaq rəhbər-
lik və nəzarət xidmətlərinin universitetlərdə mütəxəssislər tərə-
findən edilməsi zərurəti vardır (157, s.133).
Onuncu və  hələ  ki,  sonuncu “Türk  Dövlət  və  Topluluqları
Dostluq,  Qardaşliq  və İşbirliyi  Qurultayı” Türkiyə  Cümhuriy-
yəti Baş naziri Rəcəb Tayyib Ərdoğanın himayəsi, Dövlət nazi-
ri Bəşir Atalayın koordinatorluğu, TÜDEV və TİKA əməkdaş-
lığında 18 sentyabr 2006-cı il tarixində Antalya Kemer Sungate
Port Royal Oteldə çalışmalarına başlamış və 20 sentyabr 2006-
cı  il  tarixində  keçirilən  bağlanış  çıxışları  ilə  sona  çatmışdır.
Dünyanın  bütün  türk  dövlət  və  topluluqlarını əhatə  etməsi  və


__________Milli Kitabxana__________
266
bütün  problemlərinə  diqqət  yetirməsi  bu  qurultayın ən  böyük
hədəflərindən biri olmuşdur.
Qurultaya rəsmi, elmi, mülki cəmiyyət qurumları, düşüncə
təşkilatları,  ticarət  və  sənaye  qurumları  ilə  mediya  təmsilçiləri
dəvət edilmişdi. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkis-
tan,  Türkmənistan, Tacikistan,  Monqolustan  və Şimali  Kipr
Türk  Respublikalarindan;  Rusiya  Federasiyasından  Tatarıstan,
Başqırdıstan,  Çuvaşıstan,  Saha-Hakas  və Altay  Federativ  Res-
publikalarından; Krım  Muxtar  Vilayəti,  Qaqauz  Vilayəti  və
Axıska  türklərindən; İran,  İraq  və  Əfqanıstandan;  Gürcüstan,
Batı  Trakya,  Kosova,  Rumıniya,  Makedoniya,  Bolqarıstan,
Bosniya-Hersoqoviniya və Arnavutluqdan təmsilçilər ilə Alma-
niya,  Fransa,  Amerika,  Avstraliya,  Belçika  və İsveçrədə  yaşa-
yan türk diasporası dəvət edilmişdir.
Qurultay  19  sentyabr  2006  cı  il  tarixində  Beynəlxalq  Əla-
qələr,  Mediya  və İnformasiya  Komissiyası,  İqtisadi,  Ticarət,
Maliyyə İşləri və Turizm Komissiyası, Egitim-Öyrətim, Elm və
Texnoloji  Komissiyası,  Mədəniyyət  Komissiyası,  İctimai  İda-
rəetmə  və  Hüquq  Komissiyası  ilə  Gənclik  Komissiyasından
ibatər  olan  altı  fərqli  komissiyada  öz  sahələrini  maraqlandıran
mövzuları  görüşüb  müzakirə  etmək  surətilə,  konkret  təklifləri
ehtiva edən hesabatlar meydana gətirmişdir.
Qurultay  digər istiqamətlərlə  yanaşı,  Türk  dövlət  və
topluluqlarının  mədəniyyət  bağlarının  dərinləşdirilməsinə  dair
də qərarlar vermişdir (144, s. 132).
Qurultayın  36  bənddən  ibarət  qərarında  bilavasitə elm,
təhsil və mədəniyyətlə bağlı çox mühüm əhəmiyyət kəsb edən
aşağıdakı təklif və qənaətlər öz əksini tapmışdır:
– Türkcə  danışan  dövlətlər  topluluğunu  yaratmaq üçün
gərəkli elmi, bürokratik və təşlilati zəminlərin təşkilinə başlan-
malıdır. Bu məqsədlə bir fəaliyyət planı hazırlanmalıdır.
– Qlobal  və  regional  münaqişələrin  narahatlıq  doğurduğu
günümüzdə,  türk  dünyasının  tarixi  və  coğrafi  şərtlərindən  güc
alan  potensialı,  dünyada  sülh  üçün  çox  önəmli  bir  amil  olaraq


__________Milli Kitabxana__________
267
dəyərləndirilməkdədir.  Avrasiyadakı  strateji  tarazlığın  pozul-
ması, beləcə dünyada sülhə və rifaha  yardım edilməsi yolunda
istifadə  edilməsi  bu  faktorun  gərəyi  kimi  dəyərləndirilməsilə
yaxından əlaqəlidir.
– Qlobal və regional miqyasdakı problemlərin və inkişafın
ən  yüksək  səviyyədə  ələ  alınmasına  fürsət  təşkil  etməsi  baxı-
mından,  Türkdilli  Dövlətlərin  Dövlət  Başçılarının  Zirvə  görü-
şünün 17 noyabr 2006-cı il tarixində Antalyada təşkil edilməsi
təklifi böyük bir məmnuniyyətlə qarşılanmışdır.
– Türkiyə  Cümhuriyyətinin  turizm  sektorunda  bugünə  qə-
dər əldə etdiyi təcrübələr Türk dövlət və topluluqlarına fəal bir
şəkildə ötürülməlidir.
– Türk dövlət və topluluqları arasında ortaq əlifba məsələ-
sindəki  çalışmalara  davam  edilməsi,  Türkiyə  türkcəsinin  ortaq
ünsiyyət dili olaraq mənimsənməsi məqamındakı fəaliyyətlərin
davam etdirilməsi və elm sahələri üçün ortaq termin sözlüklə-
rinin hazırlanması təmin edilməlidir.
– Türk dövlət və topluluqları arasında təhsil ilə bağlı prob-
lemlər,  razılaşmalar,  təhsil  qurumları  arasındakı əlaqələr,  egi-
tim  və  oyrətimdə əməkdaşlıq  və  s.  kimi  məsələlərə  dair  prob-
lemləri  həll  edə  bilmək  və  proyektlər  hazırlamaq  üzrə  Türk
cümhuriyyətlərini  təmsil  edən,  mövzunun  mütəxəssislərindən
təşkil  edilən,  funksiyaları  müəyyən  edilmiş  bir  təhsil  koordi-
nasiya  şurası  vücuda  gətirilməsi və  ortaq  bir  təhsil  siyasəti
yaradılmalıdır.
– Orta təhsil qurumlarında sosial və mədəni dərslərdə tədris
edilmək  üçün,  qurulacaq  ortaq  komissiyalarda  ortaq  “Türk  ta-
rixi”,  “Türk ədəbiyyatı”,  “Türk  mədəniyyət  tarixi”  və  “Din
mədəniyyəti və əxlaq bilgisi” dərs kitabları hazırlanaraq tətbiq
edilməlidir.
– Hər səviyyədəki təhsil qurumları arasında qarşılıqlı təhsil
kadr  və  tələbə  dəyişimi  kimi  “Dəgişim  Proqramları”  və  “Qar-
daşlaşmış  məktəb”  tətbiqi  təşviq  edilməli  və  əhatəsi  genişlən-
dirilməlidir.


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə