Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə94/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
1   ...   88   89   90   91   92   93   94   95   96

__________Milli Kitabxana__________
287
mətlər  daha  sağlam  və  daha  səmərəli  bir şəkildə  yürüdüləcək
və bu böyük proyekt məqsədinə yetişəcəkdir.
Hər kəs bu həqiqəti dərk edir ki, regionda siyasi həqiqətləri
aşan bir mədəni coğrafiya mövcuddur. Türkiyə ilə Azərbayca-
nın  mədəni  əlaqələrinin  mərkəzində  qardaşlığımız  və  strateji
müttəfiqliyimiz durur. Artıq alimlərimiz mədəni irsimizi öyrən-
mək  üçün  araşdırmalar  aparırlar.  Tez-tez  hər  iki  ölkədə  kon-
qreslər, simpoziumlar, festivallar, sərgilər keçirilir, kitablar çap
olunur.  Mətbuatda  görülən  işlər  barəsində  geniş  yazılar  gedir.
Azərbaycan  və  türk  xalq  mədəniyyətinə  dair  geniş  verilişlər
hazırlanmaqdadır.
Bilindiyi  kimi  Azərbaycan  TÜRKSOY-un  yaradıcı  üzvü-
dür.  Bu  təşkilatın  məqsədi – dili  türkcə  olan  ölkələr  arasında
qarşılıqlı  dostlq əlaqələri  quraraq, ortaq  türk  tarixi  mirasını  və
bütün mədəni dəyərləri araşdıraraq ortaya çıxarmaqdadır. Tür-
kiyədə artıq türk dünyasına dair onlarla kitab nəşr edilmişdir ki,
onlardan bəziləri Azərbaycanı da əhatə etməkdədir. Əldə edilən
məlumatları və nəticələri  yüksək mədəniyyət qurumları və  ge-
niş  yayılmış  təhsil  vasitələri  ilə  təkrar  xalqa  çatdırmaq,  siyasi
sərhədləri  aşa  bilmək  üçün  milli  mədəniyyətin  tanınmasında
televiziya vasitələrindən geniş şəkildə istifadə etmək sahəsində
də geniş iş aparılır.
Müasir beynəlxalq münasibətlər sisteminin səciyyəvi cəhət-
lərindən biri müxtəlif  yönümlü beynəlxalq və məhəlli təşkilat-
ların  mövcudluğu  və  fəaliyyətidir.  Bu  təşkilatlar  onlara  üzv
dövlətlərin  suverenliyinin  qorunması  və  möhkəmləndirilmə-
sinin  təminatçısı,  ölkələr  arasında  ikitərəfli  və  çoxtərəfli  qar-
şılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vasitəçisi rolu-
nu  oynayır.  Eyni  zamanda,  gənc  dövlətlərin  problemlərinin,
həqiqətlərinin  dünyaya  çatdırılması  baxımından  da  bu  təşki-
latlara üzv olmaq xüsusi əhəmiyyət kəsb edir. Odur ki, bu im-
kanlardan  geniş  istifadə  etmək  məqsədilə  siyasət  səhnəsinə
yeni çıxmış dövlətlər müstəqilliklərinin ilk günlərindən bir çox
təşkilatlara  üzv  oldular.  Bunları əsas  götürərək,  1991-ci  ildə


__________Milli Kitabxana__________
288
müstəqillik  qazanmış  beş  yeni  türk  dövlətinin,  o  cümlədən
Azərbaycan  Respublikasının  xarici  siyasətində  beynəlxalq  və
məhəlli təşkilatlara üzv olmaq, onlarla əməkdaşlıq etməyə mü-
hüm  diqqət  verildi,  onların  xarici  siyasətinin  əsas  istiqamət-
lərindən  biri  dünyada  mühüm  yer  tutan  beynəlxalq  və  məhəlli
təşkilatlara  daxil  olmaq  və  onlar  vasitəsilə  iş  aparmaq  oldu.
Həmçinin,  Azərbaycanın  türk  dövlətləri,  xüsusilə  Türkiyə  ilə
çoxtərəfli  elmi,  siyasi  və  mədəni  əlaqələri  beynəlxalq  və
məhəlli təşkilatların işində iştirakla həyata keçirilir.
Şübhəsiz ki, Türkiyə ilə Azərbaycan mədəni əlaqələri qon-
şu iki ölkə olmaqla məhdudlaşmır. Türkiyə – Azərbaycan mü-
nasibətlərində mədəni təmasların daha da intensivləşdirilməsini
zəruri etməkdədir. Mədəni əlaqələrin intensivləşdirilməsini zə-
ruri edən başqa bir həqiqət isə mədəni qloballaşmadır. Qlobal-
laşmanın  gücü  qarşısında  dünyanın  bir  çox  yerlərində  bölgə
mədəniyyətləri  ortaq  faydalarını  gücləndirirlər.  Soydaş  və  qo-
hum  mədəniyyətlərə  gəlincə  isə,  onlar  arasındakı  həmrəyliyin
əhəmiyyəti də artmaqdadır. Bu baxımdan, Qafqaz və türk xalq-
larının  mədəniyyətlərinin  əsl  ünsürlərindən  biri  olan  Azərbay-
can Türk Mədəniyyəti Orta Şərqin eyni mədəni genlərini daşı-
yan bir qism ölkələrlə yanaşı, Türkiyə ilə birlikdə ortaq mədəni
sahə  yaratmışdır.  Uzun  tarixi  prosesin  nəticəsi  olan  bu  mədə-
niyyət daim diqqət mərkəzindədir və  elə  əlaqələrimz də həlle-
dici rol oynamaqdadır. Azərbaycanla Türkiyə arasındakı əlaqə-
lərin kulturoloji təhlili isə, həm iki ölkənin, həm də bütövlükdə
türk dünyasının elmi-mədəni tərəqqisindən, xalqlarımız arasın-
dakı əməkdaşlığın  ümidverici  inkişaf  perspektivlərindən  xəbər
verir.


__________Milli Kitabxana__________
289
ƏDƏBİYYAT
Azərbaycan dilində
1.
Abbasbəyli  A.,  Atmaca  T.  Müasir  dövrdə  Azərbaycan  və  Türkiyə
münasibətləri. // Dirçəliş XXI əsr, 1998, № 10, s.33-37.
2.
Abbasov  A.  Atatürkün  maarif,  mədəniyyət  və  incəsənətə  dair
fikirləri. // Bilgi dərgisi, təhsil, mədəniyyət, incəsənət seriyası, 2000,
№ 2, s.6-10.
3.
Abdullayev  M.  Azərbaycan – Türkiyə  əlaqələri.  Bakı,  Mütərcim,
1998, 112 s.
4.
Abdullayev  M.İ.  Azərbaycan – Türkiyə  mədəni  əlaqələrində  yeni
mərhələ (1970 – 1990-cı illər). // Dövlət və hüquq, Bakı, 1998, №1,
s.149-152.
5.
Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr). Dərs vəsaiti.
Bakı,  ABU-nun  “Beynəlxalq  Universitet”  nəştiyyat  və  poliqrafiya
mərkəzi, “Təhsil” EİM, 2003, 540 s.
6.
Axundov A. Dil və mədəniyyət. Bakı, Yazıçı, 1992, 192 s.
7.
Axundov  A.  “Ortaq  türk  keçmişindən  ortaq  türk  gələcəyinə”  II
Uluslararasi Folklor Konfransinin açiliş iclasindaki nitqi. AMEA-nın
Folklor  İnstitutu  “Ortaq  türk  keçmişindən  ortaq  türk  gələcəyinə”  II
Uluslararası  Folklor  Konfransının  materialları.  Bakı,  17-21  mart
2004-cü il, s.3.
8.
Azərbaycanda Atatürk Mərkəzinin yaradılması haqqında Azərbaycan
Respublikasının  Prezidenti  Heydər  Əliyevin  sərəncamı.  “Azərbay-
can” qəzeti, 10 mart 2001-ci il.
9.
Azərbaycanda Atatürk Mərkəzinin 2002-ci il üçün hesabatı. Bülleten
(Azərbaycanda  Atatürk  Mərkəzinin  rüblük  nəşri),  AzAtaM  (Qış
buraxılışı) Bakı, 2002, s. 15-24.
10.
Azərbaycanda  Atatürk  Mərkəzinin  rəsmi  açılış  mərasimində
Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyevin  nitqi  .
Bülleten (Azərbaycanda Atatürk Mərkəzinin rüblük nəşri), AzAtaM,
Bakı, 2004, № 2 (10), s. 6-8.
11.
Azərbaycanda Atatürk və Türkiyə Cümhuriyyəti araşdırmaları (1941
– 2003).  Biblioqrafiya  (tərtib  edən:  Samirə  Məmmədova).  Bakı,
AzAtaM, 2003,130 s.
12.
Azərbaycanda  Atatürk  Mərkəzinin  rüblük  nəşri.  Bülleten.  AzAtaM
(Payız, Bakı, 2002; Qış, Bakı, 2002; № 2 (10), Bakı, 2004; № 3 (11),
Bakı, 2004; № 4 (12), Bakı, 2004; № 1-2 (14), Bakı, 2005; № 3 (15),
Bakı, 2005).


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə