Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə19/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

 
54 
edənə verilən isimdir. Biz Uca Allahı kitabında Özünün vəsf etdiyi 
bütün  sifətləriylə  haqqıyla  tanıyırıq.  Heç  bir  kimsə  Allaha,  Onun 
şəninə  layiq  şəkildə  haqqıyla  ibadət  etməyə  qadir  deyildir.  Lakin 
insan ancaq Allahın Kitabında, Rəsulunun bildirdiyi şəkildə Allaha 
ibadət  edir.  Bütün  möminlər  (imanın  əslində)  –  mərifət,  yəqin, 
təvəkkül,  məhəbbət,  Rıza,  qorxu,  ümüd  və  imanda  bərabərdilər. 
Bütün bu şeylərdə fərqlidirlər hansı ki, imana daxil deyildir
52
.  
Uca  Allah  qullarına  qarşı  lütfkardır,  adildi,  qulun  haqq  etdiyi 
savabı lütfüylə qat-qat artıqlamasıyla verir. Qulunu ədalətli olaraq 
etdiyi  günahdan  dolayı  cəzalandıran,  Özündən  bir  lütf  olaraq 
bağışlayandır.  
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  -  şəfaəti  haqdır, 
Peyğəmbərin  –  sallallahu  aleyhi  və səlləm  -  günahkar  möminlərə  və 
onlardan əzabı haqq etmiş böyük günah sahiblərinə şəfaəti haqdır 
və  sabitdir.  Qiyamət  günü  əməllərin  mizanda  çəkilməsi  haqdır, 
Peyğəmbərin  – sallallahu aleyhi və səlləm - hovuzu  haqdır.  Qiyamət 
günü  rəqiblər  arasında  yaxşılıqlar  alınaraq  qisas  və  haqq-hesab 
haqdır. Yaxşılıqları bitdiyi zaman (haqlarını tapdaladığı insanların) 
günahlarıyla  yüklənməkdə  haqdır.  Cənnət  və  Cəhənnəm 
yaradılmışdır,  əbədiyyən  də  yox olmayacaqlar. Hurilər  əbədiyyən 
ölməzlər.  Allahın  əzabı  da,  savabı  da  əbədidir.  Allah  dilədiyi 
qulunu  bir  lütf  olaraq  hidayətə  yönəldər,  dilədiyini  də  ədalətli 
olaraq  sapıqlığa  yönəldər.  Allahın  azdırması  Hizlanıdır.  Hizlanın 
mənası:  Allahın  razı  olacağı  şeylərdə  onu  müvəffəq  etməməsi, 
yardımını  ondan  kəsməsidir.  Bu  da  Allahın  ədalətidir.  Həmçinin 
günahkarları  üsyanları  səbəbiylə  cəzalandırması  da  ədalətilədir. 
Şeytan  imanı  insandan  zorla  çəkib  alar  deməyimiz  caiz  deyildir. 
Daha  doğrudur  demək:  Qul  imanı  tərk  etdikdən  sonra  şeytan 
ondan  alar  deyərik.  Qəbirdə  Munkər  və  Nəkirin  sorğusu  haqdır, 
qəbirdə  ruhun  cəsədə  qayıtmas  haqdır,  Qəbr  sıxıntısı  və  əzabı 
                                                
52
 Bu  söz  xətadır.  Çünki  bizim  təvəkkülümüz,  məhəbbətimiz,  qorxumuz,  ixlasımız 
Peyğəmbərlərin təvəkkül, məhəbbət, qorxu və ixlasları kimi ola bilməz.
 
 


 
55 
haqdır, bütün kafirlər və asi möminlər üçün qəbr sıxıntısı və əzabı 
haqdır.  
Alimlərin  – Allahın sifətlərini Farsca söyləmələri  caizdir.  Lakin 
Əl  –  kəlməsi  Allahın  sifəti  olaraq  Farsca  söylənilməz
53
.  Lakin 
Farsca  Pərvəi  Xuda  –  Uca  və  Böyük  olan  Allah  demək  caizdir. 
Təşbihsiz  və  keyfiyyət  vermədən.  Allahın  yaxınlıq  və  uzaqlığı, 
məsafənin  uzunluq  və  qısalığı  kimi  (mənasında)  deyildir.  Allahın 
yaxınlıq  və  uzaqlığı  (qulunu)  ucaltması,  kəramətli  etməsi  və  ya 
zəlil  edib  alçatmasıdır.  İtaətli  olan  qul  Allaha  keyfiyyətsiz  olaraq 
yaxın,  asi  olan  qul  isə  keyfiyyətsiz  olaraq  Allahdan  uzaq  olur. 
Yaxınlıq,  uzaqlıq  və  (Allaha  dua  edənin)  yönəlməsi,  Cənnətdə 
qonşuluq  və  Allahın  qarşısında  durmaq  keyfiyyəti  bilinməyən 
şeylərdir.  
Qurani  Kərim  Allahın  Rəsuluna  nazil  olmuş,  mushaflarda 
yazılmışdır.  Quran  ayələrinin  hamısı  Allahın  kəlamı  olduğuna 
görə  fəzilət  və  əzəmət  baxımından  bir-birinə  bərabərdirlər.  Fəqət 
bəzisində  zikr  və  zikr  edilənin  fəziləti  vardır.  Ayətul  Kursi  buna 
misaldır. Burada zikr edilən Allahın ucalığı, əzəməti və sifətləridir. 
Bu  ayədə  iki  fəzilət:  Həm  ayənin  (Allahın  kəlamı  olduğu  üçün) 
zikri,  həm  də  orada  zikr  edilənin  fəziləti  bir  yerə  cəm  olmuşdur. 
Digər ayələrdə isə yalnız ayənin fəziləti vardır, orada zikr edilənin 
fəziləti  yoxdur.  Kafirlərin  qissələri  kimi.  Bu  ayələrdə  zikr 
olunanların heç  bir  fəziləti,  dəyəri  yoxdur.  Həmçinin  Allahın İsim 
və  Sifətləridə  əzəmət  və  fəzilət  baxımından  bərabərdilər,  onlar 
arasında fərlilik yoxdur.  
(Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  -  ana  və  atası  İslam 
gəlmədən  öncə  vəfat  etmişdilər.  Əmisi  Əbu  Talib,  Peyğəmbərin  – 
sallallahu  aleyhi  və  səlləm  –  dinini  qəbul  etməyərək  ölmüşdür). 
Qasım,  Tahir  və  İbrahim  Allah  Rəsulunun  oğulları,  Fatimə, 
Ruqiyyə,  Zeynəb  və  Ummu  Gülsüm  qızlarıdır.  İnsan  Tövhid 
elminin  incəlikərindən  birində  çətinliklə  qarşılaşarsa  (hər  hansısa 
bir  məsələ  ona  qaranlıq  qalarsa),  soruşub  öyrənəcəyi  bir  alim 
                                                
53
 Fars dilində Əl – Dəst deməgdir. Dəst - ərəb dilində qazan, qab deməkdir.  


 
56 
tapana  qədər:  “Bu  məsələdə  Allah  qatında  doğru  olana  inandım” 
deməsi lazımdır. Belə bir kimsənin axtarıb tapmaqda gecikməsi (bu 
məsləni  öyrənməkdə  gecikməsi)  caiz  deyildir.  (Bu  məsələ  ona 
bəyan  olduqdan  sonra  qəbul  edib  etməməkdə)  tərəddüd  edərək 
gözləmək  üzürlü  sayılmaz.  Əgər  tərəddüd  edərək  gözləyərsə 
(qəbul  etməzsə)  kafir  olar.  Merac  xəbəri  haqdır,  Onu  rədd  edən 
sapıq bir bidət əhlidir. Dəccəl, Yəcuc və Məcucun çıxması, günəşin 
batdığı  yerdən  doğması,  İsanın  -  əleyhissəlam  -  göydən  enməsi  və 
səhih hədislərdə bildirilən Qiyamətin əlamətlərinin  hamısı haqdır. 
Uca Allah dilədiyi doğru yola yönəldər.  
 
əl-VASİYYƏ (TÖVHİD VƏSİYYƏTİ) 
 
Rahmən Və Rəhim Olan Allahın Adıyla 
İman - dil ilə iqrar, qəlb ilə təsdiqdir. Sadəcə iman iqrar olmaz. 
Çünki  sadəcə  iqrar  iman  olsaydı  bütün  münafiqlərin  mömin 
olmaları  lazımdır.  Həmçinin  sadəcə  təsdiq  də  iman  olmaz.  Əgər 
sadəcə  təsdiq  iman  olsaydı  bütün  Kitab  əhli  mömin  olması 
lazımdır. Halbuki Allah: “(Ya Peyğəmbər!) Münafiqlər (riyakarlar) 
sənin  yanına  gəldikləri  zaman:  “Biz  sənin,  doğrudan  da,  Allahın 
Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun 
həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis 
yalançı  olduqlarına  şəhadət  verir”.  (əl-Munafiqun  1)  və  “Kitab 
(Tövrat  və  İncil)  verdiyimiz  şəxslər  onu  (Muhəmmədi)  öz 
oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların 
bir  qismi,  şübhəsiz  ki,  həqiqəti  bilə-bilə  gizlədir”.  (əl-Bəqərə  146) 
buyurur.  İman  artmaz  və  azalmaz.  Çünki  imanın  artması  yalnız 
küfrün azalmasıyla, əskilməsi də küfrün artmasıyla təsəvvür oluna 
bilər.  Bir  şəxsin  eyni  halda  mömin  və  kafir  olması  necə  mümkün 
ola bilər? Mömin həqiqi iman edən, kafir də həqiqi inkar edəndir. 
İmanda şübhə olmaz. “Onlar həqiqi möminlərdir”. (əl-Ənfal 4) və 
“Bütün  bunlar,  həqiqətən,  kafirdirlər.  Biz  (axirətdə)  kafirlərdən 
ötrü  alçaldıcı  əzab  hazırlamışıq!”.  (ən-Nisa  151).  Əməl  imandan 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə