Fikhu'l ebsat


əməllərinin  şahidi  olmağa)  kifayətsən!”.  (əl-İsra  14)



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

 
60 
əməllərinin  şahidi  olmağa)  kifayətsən!”.  (əl-İsra  14)  ayəsi  buna 
dəlildir.  
Allah bu nəfsləri ölümlərindən sonra əlli min il ötsədə belə cəza, 
savab və  haqlarıını  qaytarması üçün  dirildir.  “Bu  (həm də belə  bir 
danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) 
mütləq  gələcəkdir,  ona  heç  bir  şəkk-şübhə  yoxdur  və  Allah 
qəbirlərdə  olanları  dirildəcəkdir!”.  (əl-Həcc  7).  Cənnət  əhlinin 
Allahı  keyfiyət,  təşbih  və  cihət  olmadan  görmələri  haktır. 
Peyğəmbərimizin  – sallallahu aleyhi və səlləm - böyük günah etsə də 
belə Cənnət əhli olan mömin üçün şəfaəti haqdır. Aişə - radıyallahu 
anhə - , Xədicədən - radıyallahu anhə - sonra qadınların ən fəzilətlisi, 
möminlərin  anası,  zinadan  uzaq,  bidət  əhlinin  iftira  və 
iddialarından  uzaqdır.  Kim  ona  zina  deyə  iftira  yaxarsa  özü  zina 
məhsuludur.  Cənnət  əhli  Cənnətə,  Cəəhənnəm  əhli  də 
Cəhənnəmdə  əbədi  qalacaqdır.  Allah  möminlər  üçün:  “Onlar 
Cənnətlikdirlər, orada əbədi qalacaqlar”. Kafirlər üçün isə: “Onlar 
cəhənnəmlikdirlər  və  orada  əbədi  qalacaqlar”.  (Ali  İmran  116) 
buyurur.  
 
Şəri Təvəssül Və Bidət Təvəssül Barəsində Etiqadı 
 
Əbu  Hənifə  -  rahmətullahi  aleyhi  -  dedi  ki:  “Bir  kimsənin  Uca 
Allaha  yalnız  Onu  vəsilə  edərək  və  yalnız  Uca  Allahın 
buyurduğundan başa düşüldüyü kimi əmr edilmiş və izn verilmiş 
şəkildə  dua  etməsi  lazımdır.  “Ən  gözəl  adlar  (əsmayi-hüsna) 
Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində 
küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan 
sözündən  Mənat  kimi  adlar  düzəldib  haqq  yoldan  azanları)  tərk 
edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”. (əl-Əraf 180)
55
.  
 
                                                
55
 “Durrul Muxtar Məa Haşiyəti Rəddil Muxtar” 6/396-397.  


 
61 
Əbu  Hənifə  - rahmətullahi aleyhi  - dedi  ki:  “Dua  edən  kimsənin 
filankəsin haqqı üçün, və ya Peyğəmbərlərinin, Rəsullarının haqqı 
üçün  Beytul  Haramın  və  Məşərul  Haramın  haqqı  üçün  səndən 
diləyirəm deməsi məkruhdur”
56
.  
 
Əbu  Hənifə  -  rahmətullahi  aleyhi  -  dedi  ki:  “Hər  hansı  bir 
kimsənin  yalnız  Allahı  vəsilə  edərək  dua  etmsi  lazımdır.  Bir 
kimsənin  Sənin  Ərşinin  izztəti  haqqı,  məxluqatının  haqqı  üçün 
deməsini məkruh görürəm”
57
.  
 
Allahı İsim və Sifətləri Barəsində Etiqadı 
 
Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Hər hansı bir kimsə 
Allahın  zatı  haqqında  özündən  bir  şeylər  söyləməsi  düzgün 
deyildir.  Əksinə  o,  Allahı  özünü  vəsf  etdiyi  vəsflərlə  vəsf  edər. 
Özündən Onun haqqında heç bir şeylər söyləməz. Aləmlərin Rəbbi 
olan Allah bundan Uca və Böyükdür”
58
.  
 
Əbu Hənifədən: “Uca Allah  (dünya səmasına) nazil olması (ən-
Nuzul)  barəsində  -  sual  verildikdə  o:  “O,  necəliyi  (barəsində  sual 
verilmədən) bizə bilinməyən bir şəkildə” deyə cavab vermişdir
59
.  
 
Əbu  Hənifə  - rahmətullahi aleyhi - deyir  ki:  “Allahı  insanlara aid 
hər hansı bir özəlliklə vəsf edən (oxşadan) bir kimsə kafir olar”
60
.  
 
Əbu Hənifədən: “İbadət etdiyin İlahın haradadır? Deyə soruşan 
bir  qadına  bu  cavabı  vermişdir:  «Allah  səmadadır,  yerdə  deyil». 
                                                
56
 “Şərh Əqidətul Təhaviyyə”  s. 234, “İthaafus Saadətil Muttəqin” 2/285, Aliyyul Qari “Şərh 
Fiqhul Əkbər” s. 198.  
57
 “Təvəssul vəl Vəsilə” s. 82, “Şərh Fiqhul Əkbər” s. 198.  
58
 “Şərh Əqidətul Təhaviyyə” 2/427, “Cəlaul Ayneyn” s. 368.  
59
 “Əqiətus Sələf Əshəbul Hədis” s. 42. Beyhəqi “Sifət” s. 456, “Şərh Əqidətul Təhaviyyə” s. 
245, Qari “Şərh Fiqhul Əkbər” s. 60.  
60
 “Əqidətul Təhaviyyə” əl-Albani s. 25.  


 
62 
Bəs Allah: «Siz harda olsanız, o sizinlədir». (əl-Hədid 4) sözünə nə 
deyirsən?»  sualına  isə  belə  cavab  verdi.  «Bu  sənin  bir  kimsəyə 
məktub  yazıb  mən  səninlə  bərabərəm  deməyin  kimidir.  Halbuki 
sən onun yanında deyilsən»
61
.  
 
Səhabələr Barəsində Etiqadı 
 
Əbu  Hənifə  -  rahmətullahi  aleyhi  - səhabələr  barəsində  deyir  ki: 
“Onlardan hər hansı birinin Rəsulullah ilə birlikdə keçirdiyi bir an 
(saat)  belə,  bizdən  hər  hansı  bir  kimsənin  nə  qədər  uzun  olursa 
olsun ömür boyu əməlindən daha xeyirliir”
62
.  
 
Əbu  Hənifə  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Rəslullahdan  – 
sallallahu aleyhi və səlləm - sonra  insanların  ən  fəzilətlisi  Əbu  Bəkr, 
Ömər,  Osman  və  Əlidir.  Ayrıca  Peyğəmbrin  bütün  səhabələri 
haqqında  onları  xeyirlə  yad  etməkdən  başqa  bir  şeylər 
söyləmərik”
63
.  
                                                
61
 Beyhəqi «əl-Əsma və əs-Sifət» 429, 2/170, Zəhəbi « Müxtəsər Uluv» s. 135. 
62
 Məkki “Mənakibu Əbu Hənifə” s. 76.  
63
 “Nurul Lami” 119.  


 
63 
Kəlam Barəsində Sözləri  
 
İmam Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: “Bəsrədə həva 
(bidət)  sahibləri  çoxdur.  Oraya  iyirmiyə  yaxın  dəfə  girib  çıxdım. 
Kimi zaman bir il, kimi zaman da daha çox və daha az qaldım. O, 
Zamanlar  kəlam  elminin  elimlrin  ən  üstünü  olduğunu  zənn 
edirdim”
64
.  
 
Əbu  Hənifə  -  rahmətullahi  aleyhi  -  dedi  ki:  “Allah  Amr  İbn 
Ubeydə lənət etsin. Çünki o, isanlar üçün heç bir faydası olmayan 
kəlam elminə gedən yolu açmışdır”
65
.  
 
Bir  nəfər İmama:  “İnsanların  əl-Araz  (bir  şeyin  təsadüfi,  keçici, 
müvəqqəti,  əhəmiyyətsiz  xassəsi)  və  Cisimlər  haqqında  sonradan 
ortaya atdıqları söz və açıqlamalar haqqında nə deyirsən?”. İmam: 
“Bunlar  fəlsəfəçilərin  görüşüdür.  Sən  rəvayətlərə  (hədislərə)  və 
Sələfin  yoluna  tabe  ol.  Sonradan  ortaya  çıxarılmış  hər  bir  şeydən 
uzaq dur. Çünki sonradan çıxarılanlar bidətdir”
66
.  
 
Əbu Hənifə - rahmətullahi aleyhi -, Əbu Yusuf - rahmətullahi aleyhi 
-  deyir  ki:  “Dinin  əsasları  ilə  bağlı  məsələlərdə  insanlarla  Kəlam 
əsaslarına görə nə badə danışasan. Çünki onlar səni təqlid edən bir 
topluluqdur. O, Təqdirdə onlar da kəlamla məşğul olurlar”
67
.  
 
Əbu  Hənifə  - rahmətullahi aleyhi  - oğlu  Həmmada  - rahmətullahi 
aleyhi  -  dedi  ki:  “Bir  gün  atam  yanma  gəldi.  Yanımda  kəlam  ilə 
məşğul  olan  bir  toplum  adam  da  vardı.  Bu  vaxtı  bir  məsələ 
barəsində  mübahisə  edirdik.  Mübahisə  əsnasında  səsimizi 
qaldırdıq. Onun evdə olduğunu bildikdə yanına çıxdım. Mənə: “Ey 
                                                
64
 əl-Kürdi “ Mənakibu Əbu Hənifə” s. 137.  
65
 əl-Hərəvi “Zəmmul Kəlam” s. 28-31.  
66
 əl-Hərəvi “Zəmmul Kəlam” vr. 194 b.  
67
 əl-Məkki “Mənakibu Əbu Hənifə” s. 183-184.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə