Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

 
79 
əl-Hərəvi,  AbdurRahman  İbn  Mehdidən  rəvayət  edir  ki,  İmam 
Məlikin - rahmətullahi aleyhi - yanına daxil oldum. Yanında ona sual 
verən  bir  kimsə  vardı.  İmam:  “Deyəsən  sən  Amr  İbn  Ubeydin 
adamlarındansan.  Allah  Amr  İbn  Ubeydə  lənət  etsin.  Çünki  o, 
Kəlam ilə Dinə yeni bidət gətrmiş bir kimsədir. Əgər kəlam bir elm 
olsaydı  səhabə  və  tabiin  əhkam  və  şəri  məsələlər  haqqında 
danışdıqları kimi onun haqqında da bir şeylər deyərdilər”
107
.  
 
əl-Hərəvi,  Əşhəd  İbn  AbdulAzizdən  rəvayət  edir  ki,  İmam 
Məlikin  - rahmətullahi aleyhi - belə  dediyini  dinlədim:  “Bidətlərdən 
çəkinin». Ona: “Ey Abdullahın atası, Bidət nədir?” deyə soruşuldu. 
O:  «Bidətçilər  Allahın  isimləri,  sifətləri,  kəlamı,  elmi  və  qüdrəti 
haqqında  danışan,  səhabələrin  və  gözəl  bir  şəkildə  onlara  tabe 
olanların susduqları (mövzuda) yerdə susmayan kimsələrdir»
108
.  
 
Əbu  Nuaym,  İmam  Şafii  -  rahmətullahi  aleyhi  -  rəvayət  edir  ki, 
İmam  Məlikin  - rahmətullahi aleyhi - yanına  (mübahisə  üçün) sapıq 
bir  firqə  mənsubu  gəldiyi  zaman  ona:  “Mən  Rəbbimdən  və 
Dinimdən  açıq-aydın  bir  dəlil  üzərindəyəm  (şübhə  etməyən).  Sən 
isə  şübhə  içində  olan  bir  kimsəsən.  Bu  səbəblə  də  şübhə  edən  bir 
kimsənin yanına get və onunla da mübahisə et”
109
.  
 
Təqlid Barəsində Sözləri 
 
İmam  Məlik  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mən  bir  bəşərəm 
doğrunu  da  söyləyə  bilərəm,  xəta  da  edə  bilərəm.  Sizlər  mənim 
görüşümə  baxın.  Allahın  Kitabı,  Rəsulunun  sünnətinə  uyğun 
gələni götürün, uyğun gəlməyəni buraxın»
110
.  
 
                                                
107
 “Zəmmul Kəlam” vr. 173 b.  
108
 Bəğavi «Şəhu Sunnə» 1/217, «Zəmmul Kəlam» vr. 173 a.  
109
 əl-Hilyə 6/324.  
110
 İbn Abdil Bərr «Cəmi» 2/32, İbn Həzm «İhkam» 6/149.  


 
80 
İmam  Məlik  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Peyğəmbər  
sallallahu aleyhi və səlləm –  dən  başqa  bəzi  insanların  sözü  alına  da 
bilər, tərk edilə də bilər»
111
.  
 
Abdullah İbn Mubarək 
- rahmətullahi aleyhi - 
 
Əbu  AbdurRahman  Abdullah  İbn  Mubarək  əl-Hanzali.  Hişam 
İbn  Urvə  və  Humeyd  İbn  Tavildən  hədis  dinləmişdir.  Fudeyl  İbn 
İyad  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Bu  evin  (Kəbə)  Rəbbinə  and 
olsun  ki,  iki  gözüm  İbn  Mubarək  kimisini  görmədi”.  H.  181-ci  il 
Ramazan  ayında  vəfat  etmişdir”.  Şöbə  -  rahmətullahi  aleyhi  -  deyir 
ki:  “Yanımıza  onun  kimisi  gəlmədi”.  İmam  Əhməd  -  rahmətullahi 
aleyhi  -  deyir  ki:  “Dönəmində  elm  tələb  etmək  üçün  ondan  daha 
çox çalışan heç kimsə yoxdur”
112
.  
İbni  Mubarək  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Məkkədə, 
Mədinədə,  Kufədə,  Bəsrədə,  Misirdə  və  Xorasanda  insanların 
sünnət  və  cəmaat  üzərə  olmalarını  açıqlayarkən  ittifaq  etdiklərini 
gördüm:  Allahdan  başqa  ibadətə  layiq  haqq  ilah  olmadığına, 
Muhəmmədin Onun qulu və Rəsulu olduğuna şəhadət edən, bütün 
işləri Əziz və Cəlil olan Allaha həvalə edib, hər bir şeyin xeyrin və 
şərin,  küfrün  və  imanın  Allahın  qəza  və  qədəri  ilə  olduğuna, 
Allahın  Peyğəmbəri  –  sallallahu  aleyhi  və  səlləm  -  üçün  səhabə 
olmaları üçün seçdiyi keçmiş Sələfin haqqını etiraf edib qəbul edən, 
Əbu  Bəkr  əs-Sıddıq,  Ömər  İbn  Xattab,  Osman  İbn  Əffan,  Əli  İbn 
Əbu  Talibi  (fəzilətdə)  irəli  keçirən,  istər  kiçik,  istərsə  də  böyük 
olsun  səhabələrin  hamısına  rəhmət  oxuyan,  onların  fəzilətindən 
danışan  və  aralarında  baş  verən  anlaşılmazlıqları  danışmayan,  iki 
bayram  namazını,  Ərafatda  qılınan  namazı  və  cəmaatla  qılınan 
namazları  yaxşı  və  ya  günahkar  olan  hər  bir  imamın  arxasında 
qılan, Quranı Allahın kəlamı və Onun nazil etdiyi kitab olaraq bilib 
                                                
111
 İbn Abdil Hədi «İrşadus Salik» s. 227/1, Təqiyyiddin əs-Subki «Fətva» 1/148. 
112
 İbnul İmad “Şəzəratuz Zəhəbi” 1/295-297.  


 
81 
məxluq olduğunu söyləməyən, imanın  – söz, əməl və niyyət olub, 
sünnətə  uyğun  hərəkət  etmk  olduğuna,  imanın  qəlb  və  əzaların 
(əməli)  ilə  artıb  əskildiyini  qəbul  etmək,  cihadın  Muhəmmədin 
Allah  tərəfindən  Peyğəmbər  olaraq  göndərildiyi  zamandan 
etibarən  Dəccəl  ilə  savaşacaq  son  mömin  topluluq  gələnə  qədər 
davam edəcəyinə, zalım bir kimsənin zülmünün (buna) zərər verə 
bilməyəcəyinə,  qəbr  əzabına,  Munkər  və  Nəkira,  Hovuza, şəfaətə, 
mizana, Cənnət əhlinin  Əziz  və  Cəlil olan Rəblərini  görəcəklərinə 
iman  edəndir.  Peyğəmbərlərin  və  Rəsulların  gətirdiklərinə  iman 
edərik. Bu xüsusda onlara qarşı misallar gətirmərik. Əhli Sünnətin 
xüsusiyyətindən: Allahın kitabını, Peyğəmbərin – sallallahu aleyhi və 
səlləm  -  hədislərini  və  səhabələrinin  sözlərini  qəbul  etmək,  Fərdi 
görüşü  və  qiyası  tərk  eməkdir.  Köhnə  (qədim)  alimlrimizin 
üzərində  ittifaq  etdiklərini  gördüyüm  budur.  Allah  bizlərə  də, 
sizlərə  də  (doğru  yolda olmağı)  İstiqamət  və  Salehlərə  qovuşmağı 
nəsib  etsin”.  Bizlər  Yəhudi  və  Xristianların  sözlərini  nəql  edirik, 
lakin Cəhmilərin sözlərini nəql etmirik”.  
 
Sufyan İbn Uyeynə 
- rahmətullahi aleyhi - 
 
Əbu Muhəmməd Sufyan İbn Uyeynə əl-Hiləlidir. Kufəlidir. Şəfii 
-  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Əgər  Məlik  və  Sufyan  olmasaydı 
Hicazın  elmi  yox  olardı”.  İbn  Vəhb  - rahmətullahi aleyhi  - deyir  ki: 
“İbn Uyeynədən daha çox təfsiri yaxşı bilən bir kimsə tanımıram”. 
İmam Əhməd - rahmətullahi aleyhi - deyir ki: “İbn Uyeynədən daha 
çox  Sünnəti  bilən  tanımıram”.  H.  198-ci  ildə  Rəcəb  ayının 
əvvələrində vəfat etmişdir
113
.  
Lələkai  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Bizə  Ubeydullah  İbn 
Muhəmməd İbn ət-Tuci xəbər verdi ki: Bizə Muhəmməd İbn İshaq 
İbn  Abbad ət-Təmmar  dedi  ki:  Bizə  AbdulAziz İbn  Muvaiyə  dedi 
                                                
113
 İbn Həcər “Təhzibut Təhzib” 4/105, Şəzəratuz Zəhəbi” 1/354-355.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə