Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə25/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

 
73 
biləcəklər.  Digər  yerdə  Allah:  “Xeyr,  həmin  gün  onlarla  Rəbbi 
arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) deyə buyurmuşdu
83
.  
 
Əbu Nuaym, Cəfər İbn Abdullahdan belə rəvayət edir ki: Məlik 
İbn  Ənəsin  -  rahmətullahi  aleyhi  -  yanında  idik.  Yanına  bir  bəfər 
gələrək:  Ey  Abu  Abdullah!  Rahman  olan  Allah  Ərşə  İstiva  etdi 
(deyə  buyurur).  Bəs,  necə  İstiva  etdi?”  dedi.  İmam  Məlik  
rahmətullahi aleyhi - bu suala qəzəb etdiyi qədər heç bir suala bu cür 
qəzəb etməmişdir. Yerə baxaraq əlində olan çubuq parçası ilə yerə 
vurmağa  başladı.  Nəhayət  onu  tər  bürüdü.  Daha  sonra  başını 
qaldıraraq  əlindəki  çubuq  parçasını  tulladı  və  dedi:  “Onun 
keyfiyyəti/necəliyi  ağılla  dərk  olunmaz,  İstiva  Allah  üçün 
məlumdur  (yəni  bilinməz  deyildir),  Ona  iman  etmək  vacib,  bu 
haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu 
adamın qovulmasını əmr etdi”
84
.  
 
Əbu Nuaym, Yəhyə İbn Rabidən rəvayət edir ki, İmam Məlikin 
rahmətullahi  aleyhi  -  yanında  idim.  Yanına  bir  nəfər  daxil  oldu  və: 
“Ey Abu Abdullah! Quran məxluqdur – deyən bir kimsə haqqında 
nə  deyirsən”  deyə  soruşdu.  İmam:  “O,  zındıqdır  (dinsiz),  onu 
öldürün” deyə cavab verdi. Adam: “Ey Abu Abdullah! Mən yalnız 
eşitdiyim bir sözü deyirəm” dedi. İmam: “Mən bu sözü heç kəsdən 
eşitmədim,  yalnız  səndən  eşidirəm”  dedi  və  bu  sözün  nə  qədər 
təhlükli olduğunu vurğuladı
85
.  
 
İbn  Abdil  Bərr,  Abdullah  İbn  Nəfidən  rəvayət  edir  ki,  İmam 
Məlik  -  rahmətullahi  aleyhi  -  deyirdi:  “Hər  kim  Quran  məxluqdur 
                                                
83
 “Tərtibul Mədarik” 2/42.  
84
 əl-Hilyə  6/235-236,  Sabuni  “Aqidətus  Sələf  Ashabil  Hədis”  s.  17-18,  İbn  Abdil  Bərr 
“Təmhid” 7/151, Beyhəqi “Əsma” s. 408. İbn Həcər “Fəthul Bəri” 13/406-407, Zəhəbi “Uluv” 
s. 103.  
85
 “əl-Hilyə”  6/929,  Lələkai  “Şərhu  Usuli  Etiqadi  Əhli  Sünnə  vəl  Cəmaa”  1/249,  Qadi  İyad 
“Tərtibul Mədaik” 2/44.  


 
74 
deyərsə  o  kimsə  bədəni  ağrıyana  qədər  döyülür  və  ölənə  qədər 
(ömürlük) həbs edilir”
86
.  
 
Əbu Davud, Abdullah İbn Nəfidən rəvayət edir ki, İmam Məlik 
-  rahmətullahi  aleyhi  -  dedi  ki:  “Allah  göydədir,  elmi  isə  hər 
yerdədir”
87
.  
 
Qəza və Qədər Barəsində Etiqadı 
 
Əbu  Nuaym,  İbn  Vəhbdən  rəvayət  edir  ki,  İmam  Məlik  bir 
nəfərə  bunları  söyləyərkən  dinlədim.  İmam:  “Sənmi  dünən 
mənədən  Qədər  barəsində  (filan  şeyləri)  soruşmuşdun?”.  Adam: 
“Bəli”  dedi.  İmam:  “Uca  Allah  buyurur:  “Əgər Biz  istəsəydik,  hər 
kəsi  doğru  yola  salardıq  (imana  müvəffəq  edərdik).  Lakin  Mən: 
“Cəhənnəmi  mütləq  bütün  (günahkar)  cinlər  və  insanlarla 
dolduracağam!”  sözünü  gerçək  olaraq  demişəm!  (Bizim  bu 
hökmümüz  labüddür.  Bu  sözün,  bu  hökmün  doğruluğunu  sübut 
etmək  üçün  əzəldən  günahkar,  kafir,  yaxud  müşrik  olacağını 
bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona 
bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı 
idi.  Dində  heç  bir  məcburiyyət  yoxdur!)”.  (əs-Səcdə  13).  O,  halda 
hər bir şey Uca Allahın dilədiyi kimi qaçınılmaz baş verəcəkdir”
88
.  
 
Qadi  İyad  deyi  ki,  İmam  Məlikdən:  “Qədəriyyə  kimlərdir?” 
deyə  soruşuldu.  İmam:  “(Allah)  günahları  yaratmamışdır  deyən 
kimsələrdir”  deyə  cavab  verdi.  Yenə  ona  Qədəriyyənin  kimlər 
olduğu  barəsində  sual  verildi.  İmam:  “İstitaa  (güc,  əməli  etmək) 
onlara  verilmişdir.  Dilərlərsə  itaət  edərlər  (Allaha),  diləyərlərsə 
üsyan edərlər deyən kimsələrdir” deyə cavab verdi
89
.  
                                                
86
 “əl-İntiqa” s. 35.  
87
 Əbu Davud “Məsailul İmam Əhməd” s. 263, 363, İbn Abdl Bərr “Təmhid” 7/138.  
88
 “əl-Hilyə” 6/326.  
89
 “Tərtibul Mədarik” 2/48, Lələkai “Şərhu Usuli Etiqadi” 2/701.  


 
75 
 
İbn Əbi Asim, Səid İbn AbdulCəbbardan rəvayət edir ki, İmam 
Məlik  -  rahmətullahi  aleyhi  -  belə  deyərkən  dinlədim:  “Qədəriyyə 
haqqında  görüşümə  görə  onlardan  tövbə  etmələri  istənilməlidir. 
Tövbə edərlərsə problem yox, əksi təqdirdə öldürülürlər”
90
.  
 
İbn Əbi Asim rəvayət edir ki, Mərvan İbn Muhəmməd ət-Tatari 
demişdir  ki,  İmam  Məlikdən  -  rahmətullahi  aleyhi  -  Qədəriyyəyə 
mənsub  bir  kimsəyə qız  vermək  barəsində sual verilmişdir. İmam 
dedi: “Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir 
kişidən daha xeyirlidir…”. (əl-Bəqərə 221) və ayəni oxudu
91
.  
 
Qadi  İyad  dedi  ki,  İmam  Məlik  -  rahmətullahi  aleyhi  -  dedi: 
“(Bidətinə) dəvət edən Qədəriyyənində, Xəvaricində, Bidət əhlinin 
də şahidliyi caiz (qəbul) deyildir”
92
.  
 
Qadi İyad deyir ki, İmam Məlikdən: “Qədəriyyə mənsubları ilə 
söhbəti kəsimmi” deyə sual verildi. İmam: “Əgər getdiyi yolu bilən 
bir  kimsədirsə  (alimdirsə)  kəs”.  Başqa  rəvayətdə:  “Onların 
arxasında  namaz  qılınmaz,  Onların  nəql  etdikləri  hədis  qəbul 
edilməz,  hər  hansı  bir  əreazidə  onları  görsəniz  oradan  onları 
çıxarın”
93
.  
 
İbn Abdil Bərr rəvayət edir ki, İmam Məlik - rahmətullahi aleyhi - 
dedi: “Mən Qədərilər qədər ağılsız, yüngülxasiyyət və düşüncəsiz 
kimsə görmədim”
94
.  
                                                
90
 İbn Əbi Asim “Sunnə” 1/87-88, Əbu Nuaym “əl-Hilyə” 6/326.  
91
 İbn Əbi Asim “Sunnə” 1/88, əl-Hilyə 6/326.  
92
 “Tərtibul Mədarik” 2/47.  
93
 “Tərtibul Mədarik” 2/47.  
94
 “əl-İntiqa” s. 34.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə