Fikhu'l ebsat


Səhabələr Haqqında Etiqadı



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə33/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   29   30   31   32   33   34   35   36   ...   73

 
97 
Səhabələr Haqqında Etiqadı 
 
İmam  Şəfii  – rahmətullahi aleyhi - deyir  ki:  “Uca Allah  Quranda, 
Tövratda  və  İncildə  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 
səhabələrini  tərif  etmişdir.  Peyğəmbəərdə  –  sallallahu  aleyhi  və 
səlləm  –  onların  fəzilət  və  üstünlüklərindən  danışmış  və  heç 
kimsənin  onların  dərəcəsinə  çatması  mümkün  deyildir.  Allahın 
rəhməti  onların  üzərinə  olsun.  Onları  sıddıqların,  şəhidlərin  və 
əməlisalehlərin  mətrəbəsinə  yüksəltmişdir.  Onlar  vəhyin  nazil 
olmasını  görmüş,  Rəsulullahın  –  sallallahu  aleyhi  və  səlləm  – 
sünnətini bizə çatdırmışlar. Onlar Rəsulullahın – sallallahu aleyhi və 
səlləm  –  sünnətləri  içində  bizim  bildiyimiz  və  bilmədiyimiz 
sünnətləri  bilirdilər.  Onlar  hər  cür  elimdə,  ictihadda,  təqvada  və 
ağılda  bizdən  üstündürlər.  Bizim  üçün  onların  görüşləri  öz 
görüşlərimizdən daha üstündür. Doğrusunu Allah bilir!”
146
.  
 
Beyhəqi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfiinin – 
rahmətullahi  aleyhi  -  belə  dediyini  dinlədim:  Fəzilətdə  öncə  Əbu 
Bəkr,  Sonra  Ömər,  sonra  Osman,  sonra  da  Əlidir  – Allah onlardan 
razı olsun -
147
.  
 
Beyhəqi,  Muhəmməd  İbn  Abdullah  İbn  AbdulHəkimdən 
rəvayət  edir  ki,  İmam  Şəfiinin  – rahmətullahi  aleyhi  -  belə  dediyini 
dinlədim:  “Peyğəmbərdən  –  sallallahu  aleyhi  və  səlləm  –  sonra 
insanlar  arasında  ən  fəzilətli  (xeyirli)  olanlar  Əbu  Bəkr,  sonra 
Ömər, sonra Osman, sonra Əlidir – Allah onlardan razı olsun -
148
.  
 
əl-Hərəvi, Yusuf İbn Yəhyə əl-Buveytidən rəvayət edir ki, İmam 
Şəfiidən:  “Bidət  əhli  bir  kimsənin  arxasında  namaz  qılınırmı” 
dedik. O, xeyr. Nə Bidət əhli, nə Qədəri, nə də Murciyə etiqadında 
                                                
146
 Mənakibuş Şəfii 1/442.  
147
 Mənakibuş Şəfii 1/432.  
148
 Mənakibuş Şəfii 1/433.  


 
98 
olan  heç  bir  kimsənin  axasında  namaz  qılma”.  Mən:  “Bizə  onları 
vəsf et!” dedim. İmam: “Kim iman yalnız sözdən ibarətdir deyərsə 
Murciədir.  Kim  Əbu  Bəkr  və  Ömər  haqq  xəlifə  deyildir  deyərsə 
bidət əhlidir, kim də Allahın diləməsini özünə aid edərsə Qədəridir 
(Yəni, mən istədikdən sonra Allah bilir)”
149
.  
 
Kəlam Elmi Və Din Barəsində Mübahisəni 
Qadağan Etməsi 
 
əl-Hərəvi, Rabi İbn Süleymandan rəvayət edir ki, İmam Şəfiinin 
–  rahmətullahi  aleyhi  -  belə  dediyini  dinlədim:  “Bir  adam  bir 
kimsəyə dini kitablarını vəsiyyət etmiş olarsa və kitabları arasında 
kəlam  barəsində  kitablar  olarsa  bu  kitablar  vəsiyytin  içinə  daxil 
olmaz. Çünki kəlam elm deyildir”
150
.  
 
əl-Hərəvi, Həsən əl-Zəfəranidən rəvayət edir ki, İmam Şəfinin – 
rahmətullahi aleyhi - belə dediyini dinlədim: “Mən kəlam barəsində 
bir kimsə ilə mübahisə etdikdən sonra buna görə mütləq Allahdan 
məğfirət  diləmişəm  (və ya:  Kəlam  barəsində  bir dəfə cədəl etdim, 
bundan ötrü Rəbbimdən məğfirət diləyirəm)”
151
.  
 
əl-Hərəvi,  Rabi  İbn  Süleymandan  rəvayət  edir  ki,  İmam  Şəfii  – 
rahmətullahi aleyhi - dedi: “Mən hər hansı müxalif bir kimsəyə qarşı 
(və  ya  şəriətə  müxalif  olan  bir  şey  barəsində)  kitab  (rədd) 
hazırlamaq istəsəm bunu edə bilərəm. Lakin kəlam ilə mənim işim 
yoxdur, kəlamdan da hər hansı bir şeyin mənə nisbət edilməsini də 
arzu etmirəm”
152
.  
 
                                                
149
 Zəmmul Kəlam vr. 215, Zəhəbi “Ziyer” 10/31.  
150
 Zəmmul Kəlam vr. 213, Zəhəbi “Siyer” 10/30.  
151
 Zəmmul Kəlam vr. 213, Zəhəbi “Siyer” 10/30.  
152
 Zəmmul Kəlam vr. 215.  


 
99 
İbn Batta, Əbu Sevrdən rəvayət edir ki, İmam Şəfii – rahmətullahi 
aleyhi - mənə  dedi:  “Kəlamdan  hər  hansı  bir şeyə  baş  vurub  sonra 
da ondan qurtulan kimsə görmədim”
153
.  
 
əl-Hərəvi,  Yunus  əl-Misridən  rəvayət  edir  ki,  İmam  Şəfii  – 
rahmətullahi aleyhi - dedi: “Allahın bir kimsəni şirk istisna hər hansı 
bir  (günahla)  imtahan  etməsi  onun  üçün  kəlamla  imtahan 
etməsindən yaxşıdır”
154
.  
 
(Yunus  İbn  Abdil  Əla)  demişdir:  əş-Şəfii  –  rahmətullahi  aleyhi  - 
dedi:  “Kəlam  əhlinin  elə  şeylər  etdiyini  gordum  ki,  Allahın  nəhy 
etdiyi hər şeyi edən birisini gorməyim mənə onları gorməkdən xoş 
gəldi”. (Yunus İbn Abdil Əla) dedi: Ona belə dedim: “Bilirsənmi iki 
sahibimiz  –  Maliki  və  Leysi  -  nə  deyərdilər?  Deyərdilər  ki  əgər 
“Kəlam”  sahibi  birisini su  uzərində  yeriyən  gorsən  şərindən  əmin 
olma”. İmam: “Az deyiblər, hətta onu səma ilə yer arasında havada 
gəzən gorsən şərindən əmin olma”
155
.  
 
İbnu  Əbil  Həkəm  dedi:  əş-Şəfiini  –  rahmətullahi  aleyhi  -  belə 
deyərkən  eşitdim:  “İnsanlar  “kəlam”da  nə  olduğunu  bilsələrdi, 
ondan şirdən qacdıqları kimi qacardılar”
156
.  
 
Yenə  Rabi  bin  Suleyman  dedi:  əş-Şəfiini  –  rahmətullahi  aleyhi  - 
pilləkənlə enərkən gordum. Bu an bir topluluq məsciddə “kəlam”la 
bağlı  sohbət  edirdi.  Qışqıraraq  belə  dedi:  “Ya  yanımızda  xeyirlə 
qalın, ya da bizi tərk edin”.  
 
Əbu  Sevr  dedi  ki,  İmam  Şəfiini  –  rahmətullahi  aleyhi  -  belə 
dediyini eşitdim: “Kəlam əhli haqdakı hokmum budur ki cubuqla 
                                                
153
 İbanətul Kubra s. 535-536.  
154
 İbn Əbu Hətim “Mənakibuş Şəfii” s. 182.  
155
 İmam Zəhəbi “Siyer”.  
156
 İmam Zəhəbi “Siyer”.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə