Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   37   38   39   40   41   42   43   44   ...   73

 
121 
barəsində sual verdim və hamısının da səhih olduğunu söylədi və 
dedi:  “Ümmət  bu  hədisləri  qəbul  və  təsdiq  etmişdir.  Bu  hədislər 
(Peyğəmbərdən) gəldiyi kimi də qəbul edilir”
184
.  
 
İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Allahın 
danışmadığını iddia edən bir kimsə kafirdir. Biz yalnız bu hədisləri 
gəldiyi kimi rəvayət edirik”
185
.  
 
Lələkai,  Hənbəlidən  rəvayət  edir  ki,  İmam  Əhməddən  – 
rahmətullahi  aleyhi  -  Allahı  görmək  barəsində  sual  verildikdə  bu 
cavabı verdi: “Bunlar səhih hədislər olub, bizlər bunlara iman edər 
və  onları  iqrar  və  qəbul  edərik.  Eyni  zamanda  Peyğəmbərdən  – 
sallallahu  aleyhi  və  səlləm  –  səhih  sənədlərlə  rəvayət  edilən  bütün 
hədislərə də iman edər və onları qəbul edərik”
186
.  
 
İbnul  Cevzi  “Mənakibu  İmam  Əhməd”  adlı  əsərində  İmam 
Əhmədin  Musəddədə
187
 yazdığı  məktubunda  bu  ifadələr  yer  alır: 
“Uca Allah öz zatını nə ilə vəsf etmişsə siz də elə vəsf edin. Öz zatı 
haqqında  nəyi  rədd  etmişsə  siz  də  Allahdan  onların  uzaq 
olduğunu söyləyin”
188
.  
 
İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “O  –  Cəhm  İbn 
Səffan  –  Allahın  kitabında  öz  zatını  vəsf  etdiyini  və  ya 
Peyğəmbərinin  –  sallallahu  aleyhi  və  səlləm  –  Onu  vəsf  etdiyi  hər 
hansı bir sifət ilə vəsf edən kimsənin kafir olduğuna və Müşəbbihə 
olduğunu iddia etmişdir”
189
.  
 
                                                
184
 “Təbəqatul Hənəbilə” 1/56.  
185
 “Kitabu Sunnə” s. 71.  
186
 “Şərhu Usuli Etiqadi” 2/507.  
187
 Musəddəd  İbn  Musərhəd  İbn  Musərbəl  əl-Əsədi  əl-Bəsri.  Zəhəbi  –  rahmətullahi  aleyhi  - 
deyir ki: “İmam, hafiz, hüccətdir. H. 228-ci ildə dünyasını dəyişmişdir. “”Siyeru Aləmin ən-
Nubəla” 10/59, “Təhzibut Təhzib” 10/107.  
188
 “Mənakibu İmam Əhməd” s. 221.  
189
 “Rəddu Alə Cəhmiyyə” s. 104.  


 
122 
İbn  Teymiyyə  “əl-Aqli  vən-Nəqli”  kitabında  İmam  Əhmədin  – 
rahmətullahi aleyhi - bu sözlərini rəvayət edir: “Hər hansı bir hədd, 
təsvir  etmədən,  göstərmədən  Allahın  Ərşin  üzərində  dilədiyi 
şəkildə  və  dilədiyi  kimi  olduğuna  iman  edərik.  Allahın  sifətləri 
Ondandır  və  Ona  aiddir.  O,  öz  zatını  vəsf  etdiyi  kimidir.  Gözlər 
Onu idrak etməz”
190
.  
 
İbn Əbu Yəla, İmam Əhmədin– rahmətullahi aleyhi - belə dediyini 
rəvayət  edir:  “Allahın  Axirətdə  görülməyəcəyini  iddia  edən  bir 
kimsə kafirdir və Quranı yalan sayan bir kimsədir”
191
.  
 
İbn Əbu Yəla, Abdullah İbn Əhmədin – rahmətullahi aleyhi - belə 
dediyini  rəvayət  edir:  “Mən Atama:  Allah Musa  - əleyhissəlam - ilə 
danışdıqda  səs  ilə  danışmadı  –  deyən  topluluq  barəsində  sual 
verdim.  Atam  dedi:  “Allah  bir  səs  ilə  danışdı  və  biz  hədisləri 
(Peyğəmbərdən) gəldiyi kimi rəvayət edərik”
192
.  
 
Lələkai, Abdus İbn Məlik əl-Attardan rəvayət edir ki, Abdullah 
İbn  Hənbəlin  belə  dediyini  dinlədim:  “...Quran Allahın  kəlamıdır, 
yaradılmış 
deyildir. 
Əsla 

yaradılmamışdır 
deməkdə 
yumşaqlıq/zəiflik göztərmə. Çünki Allahın kəlmı Ondandır. Onun 
da heç bir şeyi yaradılmış deyildir”
193
.  
 
Qədər Barəsində Etiqadı  
 
İbnul  Cevzi  “Mənakib”  əsərində  İmam  Əhmədin,  Musəddədə 
yazdığı  məktubu  zikr  edərək  bu  ifadələri  qeyd  edir:  “Xeyriylə 
                                                
190
 “əl-Aqli vən-Nəqli” 2/30.  
191
 “Təbəqatul Hənəbilə” 1/59, 145.  
192
 “Təbəqatul Hənəbilə” 1/185.  
193
 “Şərhu Usuli Etiqadi” 1/157.  


 
123 
şəriylə,  acısı  və  şiriniylə  qədərin  Allahdan  olduğuna  iman 
edərik”
194
.  
 
Xəlləl,  Əbu  Bəkr  əl-Mərvəzidən  belə  ediyini  rəvayət  edir:  Əbu 
Abdullaha soruşulan bir suala: Xeyir və şər qullar haqqında təqdir 
edilmişdir  –  dedi.  Ona:  “Allah  xeyir  və  şəri  yaratmışdırmı?” 
dedilər.  İmam:  “Bəli,  həm  də  onu  Allah  təqdir  etmişdir”  deyə 
cavab verdi
195
.  
 
İmam  Əhməd  – rahmətullahi aleyhi  - deyir  ki:  “Xeyri  və  şəriylə, 
acısı və şirini ilə, azı və çoxu ilə, gizli və aşkar olanı ilə, sevimli və 
sevimli  olmayan,  pisi  və  yaxşısı  ilə,  birinci  və  axırıncı  (əvvəli  və 
axırı) ilə Allahın qədərilədir. O, qulları haqqında belə hökm vermiş 
və  belə  təqdir  etmişdir.  Onlardan  heç  kimə  Allahın  diləməsindən 
kənara  çıxa  bilməz.  Heç  bir  kimsə  Onun  Qəza  və  hökmünü  aşıb 
qaça da bilməz”
196
.  
 
Xəllal, Muhəmməd İbn Əbi Harundan, o da Əbul Hərisdən belə 
dediyini  rəvayət  edir:  Əbu  Abdullahın  belə  dediyini  dinlədim: 
Əziz və Cəlil olan Allah itaəti və üsyanları təqdir etdiyi kimi xeyri 
və  şəridə  təqdir  etmişdir.  Xoşbəxt  olaraq  yazılmış  bir  kimsə 
xoşbəxtdir, bədbəxt olaraq yazılmış bir kimsə də bədbəxtdir”
197
.  
 
Abdullah  İbn  Əhməd  –  rahmətullahi  aleyhi  -  dedi  ki,  Əli  İbn 
Cəhmin ona: Qədəriyyə görüşünü qəbul edən kimsə kafir olurmu? 
Deyə soruşduğu suala atamın belə cavab verdiyini gördüm: “Əgər 
Allahın  elmini  inkar  edərək  “Allah  Alim  deyildir”,  o  vaxta  qədər 
ki, Elmi yaratdı və bununla bilmiş oldu” deyib Allahın əzəli elmini 
inkar edərsə kafir olar”
198
.  
                                                
194
 “Mənakibu İmam Əhməd” s. 169-172.  
195
 Xəllal “Sunnə” vr. 85.  
196
 “Sunnə” s. 68.  
197
 Xəllal “Sunnə” vr. 85.  
198
 “Sunnə” s. 119.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə