Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə38/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   34   35   36   37   38   39   40   41   ...   73

 
112 
olaraq qalacaqdırmı?”. İmam: “Bizlər heç bir Muvahhid əbədiyyən 
Cəhənnəmdə qalmaz deyirik”
176
.  
 
Əhməd İbn Hənbəl 
rahmətullahi aleyhi -  
 
Əbu Abdullah Əhməd İbn Hənbəl əş-Şeybani. İmam, Muhəddis, 
Mutlaq  mücdəhid  Hicri  164/778-ci  il  Rəbiul  Əvvəl  ayında 
Bağdadda  dünyaya  göz  açmışdır.  Atası  Muhəmməd  İbn  Hənbəl 
otuz  yaşında  ölmüş,  anası  Səfiyyə  Binti  Meymunə  böyütmüşdür. 
Ərəb  olub,  Şeyban  qəbiləsinə  mənsubdur  və  kökü  Nizar 
qəbiləsində  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  kökü  ilə 
birləşməkdədir.  Hələ  kiçik  yaşlarında  ikən  şəriət  elmərini 
öyrənmiş,  sonra  təhsilini  davam  etdirmək  üçün  Şama,  Hicaza, 
Kufəyə  və  Yəmənə  gələrək  burada  olan  uləma  və  muhəddislərlə 
görüşmüş,  raviləri  taparaq onlardan  hədis  almışdır.  Ömründə  beş 
dəfə həcc etmiş. Bunun üçünü isə piyada həccə getmişdir. İlk dəfə 
İmam Şəfii – rahmətullahi aleyhi - ilə Hicazda tanış olmuş, Yəməndə 
muhəddis  AbdurRazzaq  İbn  Hammamdan  hədis  almaq  üçün 
Yəmənə  gəlmişdir.  Ravilərdən  hədislərlə  bərabər  səhabə  və 
tabiinlərdən  gələn  bütün  rəvayətləri  də  almışdır.  Fiqhi  biliklərini 
və  Üsul  fiqhini  Əbu  Yusuf  və  İmam  Şəfiidən  almışdır.  Qırx 
yaşından sonra 5000 minə yaxın tələbəyə dərs deyərdi. Tarixdən də 
bilindiyi  kimi  bir  çox  alimlər  daima  təziqlərə,  zülmə  məruz 
qalmışlar.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  də  bu  qrupdandır. 
Abbasilərin  xilafəti  zamanı  Xalqul  Quran  –  Quran  məxluqdur 
fitnəsi  Mutəzilə  əqidəsi  və  xristian  alimi  Yuhanna  əl-Diməşqi 
tərəfindən  yayılmışdır.  Xəlifə  Məmunun  (813-833)  dövründə 
insanlara, xüsusən  də  alimlərə  bu əqidə  zorla  qəbul  etdirilirdi.  H. 
218-ci ildə İmam Əhməd, Muhəmməd İbn Nuh, əl-Kavarırı, Sucadə 
kimi  bir  qrup  alimlər  Quran  məxluqdur  –  fikirlərini  qəbul 
                                                
176
 “Şərhu Usulu Etiqadi” 2/193.  


 
113 
etmədiklərinə  görə  zəncirlərlə  həps  edilərək  həpsxanalara 
atılmışlar.  Bu  arada  Kavarırı,  Sucadə  bu  fikirləri qəbul  etdiklərinə 
görə azadlığa buraxılmışlar. Xəlifə Məmun fikirlərindən dönməyən 
İmam  Əhməd  və  Muhəmməd  İbn  Nuhla  görüşmək  üçün  onları 
həps  edilərək  hüzuruna  gətirilmələrini  əmr  etmişdir.  Lakin  bu 
vaxtı  xəlifə  dünyasını  dəyişmiş,  Muhəmməd  İbn  Nuhda  yolda 
dünyasını  dəyişmiş,  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  Bağdada 
həps  edilərək  Mötəsimin  (833-842)  xəlifəliyi  dövründə  qazı  İbn 
Əbu Duadın təşviqi ilə işkəncələrə məruz qalmışdır. İyirmi səkkiz 
ay  həpsdə  yatdıqdan  sonra  İmam  Əhməd  azad  edilmiş.  Bundan 
sonra iqtidara əl-Vasiq gəlmiş. Onun dövründə də bu fikirlər hökm 
sürmüşdür.  Nəhayət  Mutəvəkkil  hakimiyyətə  gəlmiş  və  Quran 
məxluqdur  fikirlərinə  son  qoyularaq  yenidən  Quran  və  Sünnə 
hökm sürməyə başlamışdır. İmam Əhməd – rahmətullahi aleyhi - bu 
çətinlikklərə sinə gələrək səbr etməsi 14 il davam etmişdir. Məşhur 
hədis  alimlərindəndir.  Sünnənin  atası  adını  da  daşıyır.  Rəvayət 
etdiyi  hədislər  məşhur  “əl-Musnəd”  adlı  kitabında  toplanmışdır. 
Bu  kitabda  14  ciliddə  28000  min  hədis  toplanmışdır  ki,  bunlarda 
750000  min  hədisin  içindən  seçilərək  bu  kitaba  yerləşdirilmişdir. 
Kitabı  səhabələrin  rəvayətləri  ilə  tərtib  etmişdir.  Əsərdə  904 
səhabənin  rəvayəti  vardır.  H.  241/855-ci  il  Rəbiul  Əvvəl  ayının  12 
cümə  günü  Bağdadda  dünyasını  dəyişmişdir.  İbrahim  əl-Hərbi  – 
rahmətullahi  aleyhi  -  deyir  ki:  “Əhmədi  gördüm.  Sanki  Allah 
keçmişdə və gələcəkdə yaşayan bütün insanların elmini onda cəm 
etmişdir”.  Əbu  Zura,  Abdullah  İbn  Əhmədə  deyərdi:  “Sənin  atan 
miliyon hədis bilirdi”. Əli İbn əl-Mədini – rahmətullahi aleyhi - deyir 
ki: “Allah  bu  dini iddə günü  Əbu  Bəkr əs-Sıddıq  ilə, Mihnə günü 
isə İmam Əhməd vasitəsilə qorumuşdur”.  
 
Lələkai  – rahmətullahi aleyhi - deyir  ki:  Bizə  Əli  İbn Muhəmməd 
İbn Abdullah əs-Sukəri xəbər verdi ki: Bizə Osman İbn Əhməd İbn 
Abdullah İbn Bureyd  əd-Dəqiqi dedi ki: Bizə Əbu Muhəmməd əl-
Həsən İb AbdulVəhhab və ya əl-Əmbəri 293-cü ildə öz kitabından 


 
114 
oxuyaraq  dedi  ki:  Bizə  Əbu  Cəfər  Muhəmməd  İbn  Suleyman  əl-
Minkari dedi ki: Mənə Abdus İbn Malik əl-Attar dedi ki, mən Əbu 
Abdullah  Əhməd  İbn  Muhəmməd  İbn  Hənbəlin  –  rahmətullahi 
aleyhi  -  belə  dediyini  dinlədim:  “Bizə  görə  Sünnətin  əsasları 
bunlardır:  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  səhabələrinin 
izlədiyi  yola  sımsıxı  sarılmaq,  onlara  uymaq  və  bidətləri  tərk 
etməkdir. Hər bir birdət də əsasən bir sapıqlıqdır. Düşmənləri tərk 
etmək,  həva  əhli  ilə  oturmağı  tərk  etmək,  mübahisələri  və  dinlə 
bağlı münaqişələri tərk etməkdir. Sünnət bizə görə Rəsulullahdan – 
sallallahu  aleyhi  və  səlləm  –  gələn  nəqillərdir.  Sünnət  Quranı 
açıqlayar  və  Quranın  dəlilləridir.  Sünnətə  qiyas  yoxdur.  Ona 
nümunə  göstərilməz,  ağıllarla,  həvalarla  idrak  edilməz.  Sünnət 
sadəcə tabe olmaq və həvanı tərk etməkdir. Xeyri və şərilə Qədərə 
iman etmək. Bu haqda varid olan hədisləri təsdiq etmək və onlara 
inanmaq.  Nə  üçün  və  necə  demədən  bunlar  təsdiq  edilir  və  iman 
gətrilir.  Bir  hədisin  təfsirini  bilməyən  və  ya  ağlıyla  onu 
qavrayamayan bir kimsə bu xüsusda mükəlləfiyət altında deyildir. 
Belə  bir  kimsə  buna  iman  edib,  ona  təslimiyyət  göstərməklə 
yükümlüdür.  əs-Sadiq  vəl-Məsduq  –  hədisi  və  buna  bənzər  qədərə 
dair digər hədislərdə olduğu kimi.  
Qiyamət  günü  Rəbbimizi  görəcəyimizə  dair  bütün  hədislər  də 
belədir. Bunlar qulaqlara qəribə gəlsədə, bunları eşidən, bunlardan 
təəccüblənsən  belə  bu  hədislərə  iman  etmək,  onların  birini  belə 
rədd  etməmək.  Qədər,  Allahı  görmək,  Quran  və  bunlara  bənzər 
məsələlərdə  Sünnətdə  varid  olan  hədislər  barəsində  mübahisə 
etmək məkruhdur, qadağandır. Bu şəkildə hərəkət edən bir kimsə 
mübahisəni  tərk  edib  təslimiyyət  göstərmədikcə  Əhli  Sünnətdən 
olmaz.  
Gələn  rəvayətlərə  iman  edilir,  Quran  Allahın  kəlamıdır, 
yaradılmış  deyildir.  Quran  yaradılmamışdır  deməkdə  heç  vaxt 
zəiflik  göstərmə.  Çünki  Allahın  kəlamı  Allahdandır.  Allahın 
kəlamından  yaradılmış  heç  bir  şey  yoxdur.  Əsla  bu  barədə  daha 
öncə söylənməmiş fikirləri irəli sürən, ləfz və başqa şeylər haqında 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə