Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə36/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   32   33   34   35   36   37   38   39   ...   73

 
106 
aleyhi - dedi  ki:  “Mən İbnul Mədinidən  başqa  kimsənin  qarşısında 
özümü  kiçik  görmədim”.  Əbu  Davud  – rahmətullahi  aleyhi  -  deyir 
ki:  “İbnul  Mədini  hədis  ixtilafını  İmam  Əhməddən  daha  yaxşı 
bilirdi”. H. 234-cü ildə 73 yaşında Zülqadə ayında Samirə şəhərinin 
yaxınlığında  yerləşən  Katiba  əl-Qaka  adlanan  yerdə  dünyasını 
dəyişmişdir
168
.  
 
Lələkai  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  Bizə  Muhəmməd  İbn 
Rızqullah  xəbər  verdi  ki:  Bizə  Əbu  Muhəmməd  Cəfər  İbn 
Muhəmməd  İbn  Nusayr  xəbər  verdi  ki:  Bizə  Əbu  Muhəmməd 
Abdullah  İbn  Ğannam  İbn  Hafs  İbn  Ğıyas  ən-Nəhai  dedi  ki:  Bizə 
Əbu  Səid  Yəhyə  İbn  Əhməd  dedi  ki:  Mən  Əbu  Abdullah 
Muhəmməd  İbn  Abdullah  İbn  Bastamı  belə  deyərkən  dinlədim: 
Mən  Səhl  İbn  Muhəmmədi,  Əli  İbn  Abdullah  İbn  Cəfər  İbn  əl-
Mədiniyə  –  rahmətullahi  aleyhi  -  bunu  oxuyarkən  dinlədim.  Ona 
dedi  ki:  Xeyri  və  şərilə  Qədərə  iman  etmək,  Quran  Allahın 
kəlamıdır,  yaradılmış  deyildir.  Onun  yaradılmış  olmadığını 
söyləməkdə  zəiflik  göstərmə.  Çünki  Əziz  və  Cəlil  olan  Allahın 
kəlamı  ondan  ayrı  bir  şey  deyildir.  O,  kəlamın  heç  bir  parças 
yaradılmış  deyildir.  Qiyamət  günü  olan  mizana  iman  edər,  Allah 
Qiyamət günü qulları ilə danışacaq, onları aralarında bir tərcüməçi 
olmadan  hesaba  çəkəcək.  Buna  da  iman  edilir  və  təsdiq  edilir. 
Şübhəsiz  Qiyamət günündə Rəsulullaha  – sallallahu aleyhi və səlləm 
  aid  bir  Hovuz  vardır.  Ümməti  o,  Hovuza  gələcəkdir.  Uzunluğu 
bir  aylıq  məsafə,  üzərində  olan  qabların  sayı  səmada  olan 
ulduzların sayı qədərdi. Buna da iman edilir. Ümməti qəbirlərində 
sorğu-sual  olunar.  Peyğəmbəri  –  sallallahu  aleyhi  və  səlləm  – 
barəsində  sual  verilir.  Munkər  və  Nəkir  Allahın  dilədiyi  şəkildə 
onun  yanına  gələr.  Buna  da  iman  və  təsdiq  edilir.  Atəşdə  yanıb 
kömürə  döndükdən  sonra  bir  qrup  kimsələrin  Cəhənnəm 
atəşindən çıxarılaraq Cənnət qapısında bir çaya salınacağına iman 
edilir.  Bu  da  Allahın  dilədiyi  kimi  olacaqdır.  Məsih  Dəccəlin 
                                                
168
 Şəzəratuz Zəhəbi 2/81.  


 
107 
gözləri arasında “Kafir” yazılacağına iman etmək. Çünki bu barədə 
varid  olan  hədisləridə  bunlar  qeyd  olunmuşdur.  Bunun  baş 
verəcəyinə iman edilir. Məryəm oğlu İsanın nazil olaraq Lud qapısı 
yanında onu öldürəcəyinə də iman edilir.  
İman  –  sünnətdə  doğrunu  isbat  etmək  və  niyyət  üzərə  söz  və 
əməldir.  İman  artar  və  əskilər.  Möminlər  arasında  imanı  ən 
mükəmməl kişi əxlaqı etibarıyla ən gözəlidir. Namazın tərk etmək 
küfürdü. Onu tərk edən bir kimsə kafirdir və öldürülməsi halaldır.  
Bu  ümmətin  ən  xeyirlisi  Peyğəmbərdən  –  sallallahu  aleyhi  və 
səlləm  –  sonra  Əbu  Bəkr,  sonra  Ömər,  sonra  Osmandır  –  Allah 
onlardan  razı  olsun  -.  Rəsulullahın  –  sallallahu  aleyhi  və  səlləm  – 
səhabələri  arasında  bu  barədə  bir  ixtilaf  olmadan  bu  üçünü  önə 
keçirdikləri kimi bir də onları önə keçirərik. Peyğəmbər – sallallahu 
aleyhi  və  səlləm  –  ilə  söhbət  edib  gözləriylə  onu  görən,  ona  iman 
edən,  bir  an  belə  ona  səhabəlik  edən  bir  kimsə  bu  səhabəliyi 
sayəsində  hər  cür  xeyirli  əməlləri  etmiş  olsalar  da  belə  bütün 
tabiinlərdən daha fəzilətlidir.  
Pis  və  ya  yaxşı  imamlara,  möminlərin  əmirlərinə  və  insanların 
icması  və  istəyi  ilə  xəlifəlik  məqamına  keçənləri  dinləyib  itaət 
edilməlidir. Allaha və axirət gününə iman edən hər hansı bir kimsə 
pis  və  ya  yaxşı  imam  olmadan  bir  gecə  belə  keçirməsi  halal 
deyildir. Onların başında olan imam möminlərin əmiridir. İstər pis, 
istərsə  də  yaxşı  əmirin  arxasında  döyüşə  getmək  Qiyamətə  qədər 
tərk  edilməz.  Feyləri  paylaşdırmaq,  Hədləri  qoymaq,.  Sözləri 
dinlənilən  imamların  haqlarıdır.  Bu  bardə  kimsənin  onlara  dil 
uzatması  və  ya  onlarla  anlaşmazlıq  və  çəkişməyə  qalxması  haqqı 
yoxdur.  Zəkatını  onlara  ödəyən  kimsə  borcundan  qurtulmuş  və 
öhdəliyinə  düşəcyi  yerinə  yetirmiş  olar.  Bu  imam  pis  və  ya  yaxşı 
olsun  fərq  etməz.  Belə  bir  imamın  və  onun  təyin  etdiyi  kimsənin 
arxasında  namaz  caizdir  və  qılınmış  olur.  İki  rükət  qılınır.  Buna 
rəğmən  həmən  namazı  gedib  yenidən  qılan  bidətçidir.  İmanı  tərk 
etmiş  və  müxalif  olmuş  bir  kimsdir.  Belə  bir  kimsə  imamın 
arxasında Cümə namazını qılanmaz deyənlərin görüşündədirsə o, 


 
108 
kimsə Cümənin fəzilətindən heç bir payı yoxdur. Sünnət bunların 
arxasında namaz qılmağı və bundan ötrü qəlbdə heç bir narahatlıq 
olmamalıdır.  İnsanların  ətrafında  toplanaraq  seçdikləri  və  ya 
qələbə  yolu  ilə  xəlifəliyini  qəbul  etdikləri  müsəlman  imamlardan 
hər hansı birinə qarşı çıxan kimsə bu imama qarşı itaətsizlik etmiş, 
ayrılıq etmiş və bu haqda Rəsulullahdan – sallallahu aleyhi və səlləm 
  gəlmiş  xəbərlərə  müxalif  olmuşdur.  Əgər  bu  imama  qarşı  çıxan 
kimsə ölürsə cahiliyyə ölümüylə ölür. Sultan ilə vuruşmaq və ona 
qarşı  çıxmaq  heç  bir  kimsəyə  halal  deyildir.  Belə  bir  şeyi  edən 
kimsə birdətçidir. Sünnət üzərə deyildir. Xaricilər və üsyançılar bir 
kimsənin  canına,  malına  və  ya  bundan  aşağı  olan  şeylərinə  qəsb 
etmək  istəyərlərsə  canını  və  malını  qorumaq  üçün  onlarla 
döyüşməsi halaldır. Lakin ondan ayrılıb uzaqlaşarlarsa onları təqib 
etmə  haqqı  yoxdur.  Onlardan  qurtulmuşsa  izlərindən  getməz. 
Çünki  belə  bir  iş  imamlara  aid  bir  haqdır.  O,  sadəcə  özünü  və 
malını  qoruyur.  Bu  qoruma  əsnasında  da  kimsəni  öldürməyi 
niyyət etməməlidir. Əgər döyüş əsnasında kimsəni öldürərsə Allah 
öldürmüş  kimsəni  uzaqlaşdırmış  olar.  Əgər  malını  və  canını 
qoruyarkən öldürülərsə şəhid olacağını ümüd edərik. Belə birisinə 
hədd  təyin  etməsi  düzgün  deyildir.  Əksinə  bunu  üzərinə  imam 
təyin edilən kimsəyə təslim edər. Onun haqqında hökm verəcək də 
odur.  
Qiblə  əhlindən  hər  hansı  bir  kimsə  haqqında  etdiyi  bir  əmələ 
görə  Cənnətlik  və  Cəhənnəmlik  olduğuna  dair  şahidlik  etmərik. 
Bizlər saleh əməl edən haqqında ümüd etdiyimiz kimi günahkar və 
pis  bir  kimsə  üçün  də  qorxarıq.  Bununla  bərabər  onun  üçün 
Allahın  rəhmətindən  ümüd  edərik.  Cəhənnəmi  vacib  edən  bir 
günah  ilə  Allahın  hüzuruna  o,  günahdan  tövbə  etmiş  və  onun 
üzərində israr etmədən qovuşan kimsənin Allah da tövbəsini qəbul 
edər.  Çünki o  qulların  tövbəsini qəbul edər  və  günahları  əff  edər. 
Etdiyi  günah  ilə  Allahın  hüzuruna  gedən  bir  kimsə  üçün  tətbiq 
olunan cəza o, günahının kəffarəsidir. Tövbə etmədən və günahda 
israr  edərək  Rəbbinin  hüzuruna  gedən  kimsənin  işi  Allaha 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə