Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə44/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

 
130 
elə  vəsf  edin.  Allahın  Özündən  nəhy  etdiyini  siz  də  Ondan  nəhy 
edin. Həva əhli ilə mübahisə etməkdən və Peyğəmbərin – sallallahu 
aleyhi  və  səlləm  –  səhabələri  haqqında  pis  zənn  etməkdən  çəkin. 
Onların  aralarında  baş  verən  pis  hallardan  deyil  fəzilətlərindən 
danış.  Din  barəsində  bidət  əhli  ilə  danışmayın  və  onlarla  Səfər 
etməyin.  Vəlisinin  izni  olmadan  və  iki  şahid  olmadan  nigah 
etməyin. Muta  nigahı  Qiyamətə  qədər  haramdır.  Muttəqi və Facir 
imamın  arxasında  beş  namaz,  cümə  və  bayram  namazlarını  qılın. 
Əhli qiblədən vəfat edən hər kəsin namazını qılın. Onların hesbları 
isə Allaha qalmışdır. Cihad və ya Həcc edən imamla birlikdə çıxın. 
Cənazə təkbiri dorddür. Əgər imam Əli İbn Əbu Talib – radıyallahu 
anhu - kimi beş təkbir gətirsə siz də onunla bərabər gətirin. Müsafir 
üçün məsh üç gün üç gecədir. Muqim olan kimsə üçün bir gün bir 
gecə. Bayram namazından əvvəl nafilə qılınmaz. Məscidə girdikdə 
iki  rükət  Təhiyyət  qılmadan  oturma.  Vitr  bir  rükət,  iqamə  də 
təkdir. Əhli Sünnəti sev! Allah bizi və sizi də İslam və Sünnət üzərə 
öldürsün. Bizi və sizi də elmlə ruziləndirsin, sevdiyi və razı olduğu 
əməllər etməyə müvəffəq etsin”
222
.  
 
Təqlid Barəsində Sözləri 
 
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Məni təqlid etmə. 
Məliki,  Şəfiini,  Əvzaini,  Söurini  təqlid  etmə.  Sən  da  onların  elm 
aldığı qaynaqlardan elm al»
223
.  
 
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Dini məsələlərdə 
alimlərdən  hər  hansı  birini  təqlid  etmə.  Peyğəmbər  -  sallallahu 
aleyhi  və  səlləm  –  və  Onun  Səhabələrindən  nə  gəlmişsə  onu  al. 
Səhabələrdən  sonra  Tabiin  nəsli  gəlir  ki,  bir  alim  bunların 
görüşünü alıb, almamaqda sərbəsdir»
224
.  
                                                
222
 İbn Batta “İbanə”, İbnul Cevzi “Mənakibu İmam Əhməd” s. 216.  
223
 Fullani 113, İbn Qeyyim «İlam» 2/302.  
224
 Əbu Davud «Məsailul İmam Əhməd» s. 276-277.  


 
131 
 
İmam Əhməd – rahmətullahi aleyhi – deyir ki: «Kim Peyğəmbər 
sallallahu  aleyhi  və  səlləm  –  in  hədisini  rədd  edərsə  o,  həlak 
yolundadır»
225
.  
 
Muhəmməd İbn İsmail Əl-Buxari 
rahmətullahi aleyhi  
 
Əbu  Abdullah  Muhəmməd  İbn  İsmail  İbn  İbrahim  İbn  əl-
Muğira  İbn  Bərdizbəh  əl-Cufi  əl-Buxari.  Hədis  elmində 
Muhəddislərin  əmiri  sayılır.  H.  194-ci  il  Şəvval  ayının  11  Buxara 
şəhərində  (Bəzi  rəvayətlərdə:  Bəhratəng  adlı  Buxaraya  yaxın  bir 
kənddə) dünyaya göz açmışdır. Çox kiçik yaşlarından hədis elmini 
öyrənməyə başlamış və bu səbəbdən də elm almaq üçün dünyanın 
bir  çox  ölkələrini  dolaşmışdır.  O,  uşaq  ikən  kor  olur.  Anası  gecə-
gündüz oğlu üçün dua edir və Uca Allah onun görmə qabiliyyətini 
qaytarır. Anası hicrətin 210-cu ilində onu və qardaşı Əhmədi Həccə 
aparır  və  hədis  elminə  olan  həvəsinə  görə  onu  Məkkə  şəhərində 
qoyub gedir. Tarixçilər qeyd edirlər ki, o zaman Buxari artıq yetmiş 
min  hədis  əzbər  bilirdi.  Artıq  18  yaşında  o  «Tarix»  kitabını  yazır. 
Sonralar hədisləri toplamaq üçün o Şam, Misir, Bəsrə, Hicaz, Kufə, 
Bağdad  və  bir çox  başqa yerlərə səyahət  edir. İbn  Kəsir  demişdir: 
«O,  bir  dəfə  kitaba  baxmaqla  (oxumaqla)  onu  əzbərləyərdi».  İbn 
Mücahid  –  rahmətullahi  aleyhi  –  demişdir:  «Muhəmməd  İbn 
Səlləmin  yanında  idim.  O  mənə  dedi:  –  Bir  az  əvvəl  gəlmiş 
olsaydın,  sənə  yetmiş  min  hədis  əzbər  bilən  uşağı  göstərərdim». 
Quteybə  İbn  Səid  –  rahmətullahi  aleyhi  –  demişdir:  «Fəqihlərlə, 
zahidlərlə  və  abidlərlə  oldum,  lakin  Muhəmməd  İbn  İsmail 
kimisini  görmədim.  O,  öz  zamanında  Ömər  –  radıyallahu  anhu  - 
kimi idi». Tirmizi  – rahmətullahi aleyhi – demişdir: «Sənəd (Hədisin 
mətninə  qədər  sadalanan  ravilərin  (yəni  hədisi  rəvayət  edən 
                                                
225
 İbn Abdil Bərr «Cəm» 2/149, İbnul Cövzi s. 182.  


 
132 
kəslərin) silsiləsinin araşdırılması) və iləl (Hədisin sənədində və ya 
mətnində  olan  və  onu  zəiflədə  biləcək  amillərin  araşdırılması) 
elmində  Muhəmməd  İbn  İsmail  kimisini  görmədim».
 
Əhməd  İbn 
Hənbəl,  Yəhyə  İbn  Məin,  İbn  əl-Mədini,  əl-Həmidi  və  s.  kimi 
muhəddislərdən  hədis  rəvayət  etmişdir.  Onun  tələbələrindən 
məşhur  Müslim,  Nəsai,  Tirmizi,  əl-Firabridir.  Əsərlərindən  “Tarix 
əl-Kəbir”,  “Ədəbul  Mufrad”  və  s.  Lakin  bu  əsərlərin  içərisində 
xüsusi  bir  yeri  tutan  “əl-Cəmis  Səhih”  əsəridir.  Bu  əsərdə  7563 
hədis  toplanmışdır  ki,  müəllif  bu  hədisləri  600000  min  hədisin 
içərisindən  seçmişdir.  Imam  Buxari  –  rahmətullahi  aleyhi  –  bu 
əsərinə topladığı hər bir hədisi iki rükət istixarə namazı qıldıqdan 
sonra  yazmışdır.  Buxari  «əs-Səhih»  əsərini  iki  əsas  səbəbə  görə 
yazmışdır –  O  rəvayət  edir  ki,  biz  İshaq  İbn  Rəhaveyhin  yanında 
idik. O bizə dedi: «Yaxşı olardı ki, Peyğəmbərin - sallallahu aleyhi və 
səlləm – sünnəsi barəsində səhih kitab tərtib edəsiniz». Onun təklifi 
çox  xoşuma  gəldi  və  «əl-Cəmius  Səhih»  kitabını  tərtib  etməyə 
başladım. – O rəvayət edir ki, bir dəfə mən Peyğəmbəri - sallallahu 
aleyhi  və  səlləm  –  yuxuda  gördüm.  Əlimdəki  yelpiklə  onu 
yelpikləyir  və  üzərinə  qonan  milçəkləri  ondan  uzaqlaşdırırdım. 
Alimlərdən  gördüyüm  yuxu  barəsində  soruşduqda  onlar  mənə 
dedi  ki,  sən  Peyğəmbərin  -  sallallahu  aleyhi  və  səlləm  –  adından 
istifadə  olunaraq  uydurulan  rəvayətləri  ondan  uzaqlaşdıracaqsan. 
Bu  da  mötəbər  hədisləri  cəm  etməyim  üçün  bir  səbəb  oldu.
 
Buxaridə  –  İbn  Salaha  – rahmətullahi aleyhi  – görə  təkrarla  birlikdə 
7275 hədis, təkrarsız 4000 hədis, Muttasıl sənədlərlə gələn hədislər 
təkrarsız  2602.  İbn  Həcərə  –  rahmətullahi  aleyhi  –  görə  7397  hədis, 
1341 Muallaq, 341 Mutabi hədis. Ümumi olaraq 9082 hədis vardır. 
Muhəmməd  İbn  Fuad  Abdulbakini  təkrarla  Muttasıl  7563  hədis 
vardır. Müxtəsər Buxaridə isə təkrarsız 2226 hədis vardır. Bu kitab 
Qurani Kərimdən sonra ən səhih və etibarlı kitab sayılır. Müəllif – 
rahmətullahi  aleyhi  –  deyir  ki:  Mən  bu  kitabda  yalnız  səhih  olan 
hədisləri  qeyd  etmişəm.  Halbuki  mən  100000  min  səhih,  200000 
min  isə  zəif  hədis  bilirəm.  Mən  1000  yaxın  şeyxlərdən  hədis 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə