Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

 
127 
İbn  Batta,  Əbu  Bəkr  əl-Mərvəzidən  rəvayət  edir  ki,  Əbu 
Abdullahın  belə  dediyini  dinlədim:  “Kim  kəlamla  məşğul  olarsa 
müvəffəq  olmaz  və  kəlamla  məşğul  olanın  Cəhmi  olması  uzaq 
deyildir”
214
.  
 
İbn  Abdul  Bərr,  İmam  Əhmədin  belə  dediyini  rəvayət  edir: 
“Kəlamla  məşğul  olan  kimsə  müvəffəq  olmaz  və  kəlamla  məşğul 
olub qəlbində rahatlıq tapan kimsəni heç görməzsən”
215
.  
 
əl-Hərəvi,  Abdullah  İbn  Əhməddən  –  rahmətullahi  aleyhi  - 
rəvayət edir ki, atam Ubeydullah İbn Yəhyə İbn Hakana
216
 bunları 
yazdı:  “Mən  kəlamla  məşğul  olan  bir  kimsə  (kəlam  əhli)  deyiləm 
və  mən  Allahın  kitabında  və  Peyğəmbərin  –  sallallahu  aleyhi  və 
səlləm  –  hədislərində  olanlardan  başqasını  da  məqsədəuyğun 
(faydalı)  görmürəm.  Bunlardan  qeyri  şeylər  barəsində  söz 
söyləmək isə təriflənən bir şey deyildir”
217
.  
 
İbnul  Cevzi,  Musa  İbn  Abdullah  ət-Tarsusidən  rəvayət  edir  ki, 
İmam  Əhmədin  –  rahmətullahi  aleyhi  -  belə  dediyini  dinlədim: 
“Kəlam əhli sünnəti müdafiə etsələr belə onlarla oturmayn”
218
.  
 
İbn  Batta,  Əbul  Harik  əs-Sayığdan  rəvayət  edir  ki:  “Hər  kim 
kəlamı  sevərsə  qəlbindən  çıxmaz.  Sən  kəlamla  məşğul  olan  bir 
kimsəni heç vaxt müvəffəq olduğunu görməzsən”
219
.  
 
                                                
214
 “əl-İbanə” 2/538.  
215
 “Camiul Bəyanil Elm” 2/95.  
216
 Əbul Həsən Ubeydullah İbn Yəhyə İbn Hakan  ət-Turki əl-Bağdadi. Zəhəbi – rahmətullahi 
aleyhi - deyir  ki:  “Mutəvəkkil  və  Mutəamidə  yanında  vəzirlik  etmişdir.  Böyük  bir  vəzirdir. 
Olduqca  comərd  və  alicənab  bir  kimsə  idi”.  H.  263-cü  ildə  vəfat  etmişdir.  Zəhəbi  “Siyer” 
13/9, “Təbəqatul Hənəbilə” 1/204.  
217
 “Zəmmul Kəlam” vr. 219.  
218
 “Mənakibu İmam Əhməd” s. 205.  
219
 əl-İbanə 2/539.  


 
128 
İbn  Batta,  Ubeydullah  İbn  Hənbəldən  rəvayət  edir  ki,  atam 
mənə  dedi  ki:  “Əbu  Abdullahın  belə  dediyini  dinlədim:  “Sünnətə 
və  hədislərə  sarılın,  Allah  da  sizə  xeyir  verər.  (dini)  mövzulada 
münaqişələrə  vararaq  dərinliyə  dalma,  kəlamı  sevən  heç  vaxt 
müvəffəq  olmaz.  Kim  kəlam  ilə  məşğul  olarsa  sonda  bidətlərə 
düşər.  Çünki  kəlam  xeyirə  çağırmaz.  Mən  kəlamı  və  mübahisni 
sevmirəm”.  Sizlərə  sünnətə,  əsərlərə  və  fayda  aldığınız  fiqhə 
sarılmağı tövsiyə edirəm. Mübahisələri və şübhəli olan kimsələrin 
sözlərini tərk edin. Bizim bildiyimiz kimsələr bu cür şeyləri bilməz 
və kəlamdan da uzaq idilər. Kəlamın aqibəti (sonu) xeyir deyildir. 
Allah bizi də sizi də fitnədən qorusun. Biziləri də sizləri də həlaka 
aparan hər bir yoldan qorusun”
220
.  
 
İbn  Batta,  İmam  Əhmədin  –  rahmətullahi  aleyhi  -  belə  dediyini 
rəvayət  edir:  “Bir  adamın  kəlamı  sevdiyini  görsən  ondan  uzaq 
ol!”
221
.  
 
İmam Əhmədin – rahmətullahi aleyhi - Musəddəd İbn Musərhədə 
göndərdiyi məktubda deyilir: Allah bizi və sizi razı olduğu şeylər 
üzərində  sabit  etsin  və  qəzəb  etdiyi  hər  şeydən  qorusun.  Bizi  və 
sizi  Onu  bilənlərin  və  Ondan  qorxanların  əməlləri  kimi  əməl 
etməyə  müvəffəq  etsin!  Sizə  və  öz  nəfsimə  Uca  Allahı  təqvasını, 
Sünnət  və  Cəmaata  sarılmağı  tövsiyə  edirəm.  Buna  müxalif 
olanların  başına  nə  gəldiyini  bilirsiniz.  Sizə  heç  bir  şeyi  Allahın 
kəlamı  olan  Quranın  qarşısına  keçirməməyi  əmr  edirəm.  Allahın 
kəlamı  məxluq  deyildir.  Keçmiş  zamana  dair  verilən  xəbərlər 
məxluq  deyildir.  Lövhi  Məhfuzda  olan  şeylər  məxluq  deyildir. 
Məxluqdur  deyən Allaha  küfr  etmişdir.  Bunlara təkfir  etməyənlər 
kafirdir. Qurandan sonra Peyğəmbərin – sallallahu aleyhi və səlləm – 
sünnəti,  səhabələrinin  və  onlardan  sonra  da  Tabiinin  rəvayət 
etdikləri  gəlir.  Peyğəmbərlərin  gətirdiklərini  təsdiq  etməklə 
                                                
220
 əl-İbanə 2/539.  
221
 əl-İbanə 2/539.  


 
129 
məhsuluq. Sünnətə tabe olmaq qurtuluşdur. İman - söz və əməldir, 
artar  və əskilər.  Yaxşlıq  etdiyin  zaman  artar, pislik  etdiyin  zaman 
da  azalır.  Kişi İslamdan  imana çıxar  və  tövbə  etdiyi  zaman  təkrar 
imana  qayıdar.  Laqeyidlik  və  təmbəllik  səbəbilə  fərzləri  tərk 
edənlərin  işləri  Allaha  qalmışdır.  Dilərsə  əff  edər,  dilərsə  əzab 
edər. Xeyir və Şərilə bərabər qəza və qədərə iman edərik. Şirini və 
acısı da Allahdandır. Cənnətin nemətləri daimidir, Cənnətin daimi 
olmadığını  söyləyən  kafirdir.  Allah  Cəhənnəm  və  Cənnətin  əhlini 
də  yaratdı.  Cəhənnəmin  əzabı  da  daimidir.  Allah  bir  topluluğu 
Peyğəmbərin  – sallallahu aleyhi və səlləm –  şəfaəti ilə Cəhənnəmdən 
çıxaracaqdır.  Cənnət  xalqı  Rəblərini  gözləriylə  görəcəklər.  Allah 
Musa  - əleyhissəlam - ilə  danışdı.  İbrahimi  Özünə  dost  etdi.  Mizan 
haqdır,  Sırat  haqdır,  Peyğəmbərlər  haqdır,  Məryəmin  oğlu  İsa 
Allahın qulu və Rəsuludur, Hovuz və Şəfaətə iman edərik. Ərş və 
Kursiyə  iman  edərik.  Sura  üfürülməsinə  iman  edərik.  Sur  İsraflin 
üfürdüyü  buynuzdur.  Mədinədə  olan  və  yanında  Əbu  Bəkr  və 
Ömərin  bilinən  qəbri  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  – 
qəbridir.  Qulların  qəlbləri  Allahın  barmaqlarından  iki  barmağı 
arasındadır.  Dəccəl  bu  ümmətin  vaxtında  çıxacaqdır.  İsa  
əleyhissəlam  -  onu  Lud  qapısı  yaxınlığında  öldürəcəkdir.  Əhli 
Sünnət əhlinin rədd etdiyi şeylər pisdir. Bütün bidətlərdən çəkinin. 
Peyğəmbərdən - əleyhissəlam - sonra gözlər Əbu Bəkrdən xeyirlisini 
görmdi.  Ondan  sonra  gözlər  Öməri.  Ondan  sonra  Osmandan 
xeyirlisini  görmədi.  Bunlar  Rəşidi  Xəlifələrdir.  Peyğəmbərin  
əleyhissəlam  -  Cənnətlə  müjdələdiyi  on  kişi  bunlardır:  Əbu  Bəkr, 
Ömər,  Osman,  Əli,  Təlhə,  Zubeyr,  Sad,  Səid,  AbdurRahman  İbn 
Auf, Əbu Ubeydə İbn Cərrah – Allah onlardan razı olsun -. Namazda 
əlləri  qaldırmaq  və  imamın  “VələdDalin”  deməsindən  sonra  səsli 
olaraq  Amin  demək  gözəldir.  Müsəlmanların  imamları  üçün  dua 
edilir  və  onlara  qarşı  çıxılmaz.  Fitnə  zamanı  döyüşdə  iştirak 
edilməz.  Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  Cənnətlə 
müjdələdiyi  on  kişidən  başqa  bir  kimsə  üçün  Cənnətlikdir  və  ya 
Cəhənnəmikdir deyilməz. Allah Özünü necə vəsf edirsə siz də Onu 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə