Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə40/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

 
118 
bilər.  O,  kimsənin  olduğu  yerdə  özünün  müdafiə  etməsi  və  var 
gücüylə  kimsəni  öldürməməyi  niyyət  etməsi  lazımdır.  Əgər 
mübarizə  əsnasında  kimsəni  öldürərsə  Allah  öləni  uzaqlaşdırmış 
olar. Lakin öz canını və malını qoruyarkən öldürülərsə hədislərdə 
keçdiyi kimi şəhid olduğu ümüd edilir. Bu barədə olan rəvayətlər 
yalnız onunla  mübarizə  aparmağı, öldürməyi  və  arxasından  təqib 
etməyi  əmr  etmir.  Əgər  yerə  yıxılarsa  və  yaralanarsa  onu 
öldürməz.  Əsir  olaraq  götürərsə  yenə  də  öldürməz,  həd  də  tətbiq 
etmək. Onun barədə Uca Allahın təyin etdiyi əmirlərə xəbər verər, 
onlar da onun barəsində hökm verirlər.  
Qiblə əhlindən kimsəni etdiyi bir əməl səbəbiylə onun Cənnətlik 
və  ya  Cəhənnəmlik  olduğuna  şəhadət  etməz.  Bununla  bərabər 
saleh kimsə üçün ümüd bəslər və qorxar, günahkar və pislik edən 
kimsə üçün də qorxar, Allahın rəhmətini də onun üçün ümüd edər. 
Bir  kimsə  Cəhənnəmi  haqq  edən  günaha  görə  tövbə  edər  və  o 
günah  üərində  israr  etmədən  Allahın  hüzuruna  çıxacaq  olursa 
Allah  onun  tövbəsini  qəbul  edər.  O  qullarının  tövbəsini  qəbul 
edən, günahları  bağışlayandır.  Bu  günaha  görə  dünyada ikən ona 
hədd  tətbiq  olunduğu  halda  Allahın  hüzuruna  çıxan  kimsəyə 
gəldikdə isə o həd Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – gələn 
rəvayətlərdə  olduğu  kimi  onun  günahına  kəffarə  olar. 
Cəzalanmağı  haqq  edən  günahdan  tövbə  etmədən,  günahının 
üzərində  israr  edərək  Allahın  hüzuruna  gedərsə  işi  Allaha 
qalmışdır. Allah istəsə onu əzab verər, istəsə məğfirət edər. Kim də 
kafir  olaraq  Allahın  hüzuruna  çıxarsa  Allah  onu  cəzalandırar, 
məğfirət  etməz.  Muhsin  olduğu  halda  zina  edən  bir  kimsə  zina 
etdiyini  etiraf  edər  və  ya  zina  etdiyinə  dair  ona  qarşı  dəlil  ortaya 
qoyularsa  rəcm  ediməsi  haqdır.  Peyğəmbər  –  sallallahu  aleyhi  və 
səlləm – rəcm etdiyi kimi Rəşidi xəlifələr də rəcm etmişlər.  
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  səhabələrindən  hər 
hansı bir kimsənin dəyərini alçaldan, etdiyi hər hansı bir işdən ötrü 
ona  nifrət  edən  və  ya  pisliklərini  dilinə  gətirən  kimsə  hamısına 


 
119 
rəhmət oxumadıqca və onlara qarşı qəlbində olan bütün pis hissləri 
silmədikcə bidətçi bir kimsədir.  
Münafiqlik küfrün özüdür. Münafiqlik bir kimsəni Allahı inkar 
etməsi və Ondan başqasına ibadət etməsi, bununla bərabər zahirdə 
müsəlman  olduğunu  göstərməsidir.  Peyğəmbərin  zamanındakı 
münafiqlər  kimi.  Bu  hədislədən:  Peyğəmbər  -  sallallahu  aleyhi  və 
səlləm – buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə 
xalis  münafiqdir.  Lakin  bu  dörd  xislətdən  biri  bir  kimsədə  olarsa 
onu  tərk  edincəyə  qədər  onda  münafiqlikdən  bir  xislət  vardır:  1) 
Ona  bir  şey  əmənət  edildikdə  əmanətə  xəyanət  edər,  2)  Söz 
söylədiyi  zaman  yalan  söyləyər,  3)  Söz  verdiyi  zaman  yerinə 
yetirməz, 4) Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»
177

İbn  Məsud  -  radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – 
sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Müsəlmanı  söymək 
fasiqlikdir,  onunla  vuruşmaq  isə  küfrdür»
178
.  Peyğəmbər  – 
sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «İki  müsəlman  qılıncları  bir-
birilə toqquşduqları zaman ölən də öldürülən də Cəhənnəmdədir». 
Səhabələr: «Ya Rəsulullah! Öldürənin Cəhənnəmdə olduğunu başa 
düşdük.  Bəs  öldürülən  nəyə  görə?»  deyə  soruşdular.  Peyğəmbər: 
«Çünki  o  da  müsəlman  qardaşını  öldürməyə  can  atmışdır»  deyə 
buyurdu
179
.  Peyğəmbər  -  səllallahu  aleyhi  və  səlləm  –  in:  «Məndən 
sonra bir-birinizin boynunu vuran kafirlərin halına bənzəməyin»
180

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Hər  hansı  bir 
kimsə  öz  müsəlman  qardaşına  ey  kafir  deyə  müraciət  edərsə  bu 
sözə o, ikisindən biri layiq olar»
181
. Bu hədisləri təslimiyyətlə qəbul 
edərik.  Onlar  barəsində  söz  söyləməz  və  mübahisə  etmərik.  Bu 
hədislər gəldikləri kimi təfsir edilir  və bunları yalnız onlarda olan 
haqqa görə açıqlayarıq.  
                                                
177
 Buxari, Müslim.  
178
 Buxari 1/110, Müslim 2/54.  
179
 Buxari, Müslim.  
180
 Buxari.  
181
 Buxari, Müslim.  


 
120 
Cənnət  və  Cəhənnəm Peyğəmbərdən  – sallallahu aleyhi və səlləm 
  gələn  rəvayətlərdə  olduğu  kimi  yaradılmışdır.  “Cənnətə  girdim 
orada  bir  köşk  gördüm”,  “Orada  Kövsəri  gördüm”,  “Cənnətə 
baxdım,  oranın  əhalisinin  çoxu  filan  və  filankəsləri  gördüm”, 
“Cəhənnəmə  baxdım  oranın  çoxsunu  filankəslər  filankəslər 
gördüm”  və  s.  Cənnət  və  Cəhənnəmin  yaradılmamış  olduğunu 
iddia  edən  bir  kimsə  Quranı  və  Peyğəmbərin  – sallallahu  aleyhi  və 
səlləm –  hədislərini  yalanlamış  olar.  Belə  bir  kimsənin  Cənnətə  və 
Cəhənnəmə də iman eməsini zənn etmirəm.  
Qiblə əhlindən olub Muvahhid olaraq ölən bir kimsənin cənazə 
namazı qılınır. Onun üçün məğfirət dilənilir və namazı kiçik və ya 
böyük  olsun  etdiyi  hər  hansı  bir  günah  səbəbiylə  qılınır.  İşi  də 
Allaha qalmışdır.  
 
Tövhid Barəsində Etiqadı 
 
İmam  Əhmədə  –  rahmətullahi  aleyhi  -  təvəkkül  barəsində  sual 
verildi.  O,  dedi:  “Çətin  vəziyyətdə olsan  da  belə yaradılmışlardan 
ümüd kəsmək”
182
.  
 
İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  dedi:  “Əziz  və  Cəlil  olan 
Allah  əzəldən  bəri  Mutəkəllimdir.  Quran  da  Əziz  və  Cəlil  olan 
Allahın kəlamıdır. O, heç bir vəchlə yaradılmamışdır. Allah özünü 
vəsf etdiyindən artıq heç bir şeylə vəsf etmək olmaz”
183
.  
 
İbn  Əbu  Yəla,  Əbu  Bəkr  əl-Mərvəzidən  rəvayət  edir  ki,  İmam 
Əhmədə  –  rahmətullahi  aleyhi  -  Cəhmiyyənin  rədd  etdiyi  Allahın 
sifətlərinə,  onun  görülməsinə,  İsraya  və  Ərşə  aid  hədislər 
                                                
182
 “Təbəqatul Hənəbilə” 1/416.  
183
 Hənbəli  İbn  İshaq  İbn  Hənbəli  İbn  Hilal  İbn  Əsəd,  Abu  Əli  əş-Şeybani,  İmam  Əhmədin 
Dayısı  oğludur.  Xatib  Bağdadi  – rahmətullahi aleyhi -  deyir  ki:  “Etibalı  ravidir”.  273-cü  ildə 
dünyasını  dəyişmişdir.  “Tarix  Bağdadi”  8/286,287,  “Təbəqatul  Hənəbilə”  1/143,  “Kitabul 
Mihnə” s. 68.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə