Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə39/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

 
115 
danışanlarla  mübahisə  etmə.  Quran  barəsində  bir  şey  söyləməyə-
rək  yaradılmışdırmı,  yoxsa  yaradılmamışdırmı  bilmirəm?  Deyən 
kimsələrlə 
də 
mübahisə 
etmə. 
O, 
Allahın 
kəlamıdır, 
yaradılmamışdır.  Peyğəmbərdən  –  sallallahu  aleyhi  və  səlləm  – 
rəvayət  edilən  səhih  hədislərdə  deyildiyi  kimi  Qiyamət  günüdə 
Allahın görülməsinə də iman etməlidir.  
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Rəbbini  görmüşdür  və 
bu  Peyğəmbərdən  səhih  olaraq  rəvayət  edilmişdir.  Bunu  Qatadə, 
İkrimədən,  o  da  İbn  Abbasdan  –  radıyallahu  anhu  -  rəvayət  etdiyi 
kimi əl-Həkə İbn Əban, İkrimədən, o da İbn Abbasdan – radıyallahu 
anhu  -  rəvayət  etmişir.  Əli  İbn  Zeyd,  Yusuf  İbn  Mehrandan,  a  da 
İbn  Abbas  – radıyallahu anhu  - yolu  ilə  rəvayət  etmişdir.  Bizə  görə 
hədis  Peyğəmbərə  – sallallahu aleyhi və səlləm –  gəldiyi  kimi  zahiri 
üzərə başa düşülür. Onun haqqında söz söyləmək də bidətdir. Biz 
ona  gəldiyi  şəkildə  zahirinə  görə  iman  edirik  və  bu  barədə 
kimsəylə mübahisə etmərik.  
Qiyamət günü qulların əməlləri tərəzidə çəkiləcəyinə iman edir 
və  bunu  təsdiq  edirik.  Uca  Allah  Qiyamət  günündə  qulları  ilə 
aralarında heç bir tərcüməçi olmadan  danışacaqdır. Buna da iman 
etmək  və  təsdiq  etmək  lazımdır.  Rəsulullahın  – sallallahu aleyhi və 
səlləm  –  Qiyamət  günü  Hovuzunun  olduğuna,  ümmətinin  o 
Hovuza  gələcəyinə,  eni  bir  aylıq  məsafə  olduğuna,  üzərindəki 
qabların səmadakı ulduzların sayı qədər olduğuna iman edirik.  
Qəbr əzabına,  bu  ümmətin  qəbirlərində sorğu sual  ediləcəyinə, 
imana,  İslama,  Rəbbinin  və  Peyğəmbərinin  –  sallallahu  aleyhi  və 
səlləm  –  kim  olduğuna  dair  sual  soruşulacağına,  bir  kimsənin 
qəbrində Munkər və Nəkirin Uca Allahın dilədiyi və murad etdiyi 
şəkildə gələcəyinə iman və təsdiq edirik.  
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  şəfaətinə,  bir 
topluluğun  yanıb  kömür  olduqdan  sonra  Cəhənnəm  atəşindən 
çıxarılaraq  Allahın  dilədiyi  kimi  və  dilədiyi  şəkildə  Cəhənnəm 
qapısındakı çaylara salınacaqlarına da iman edərik.  


 
116 
Məsif  Dəccəlin  mütləq  çıxacağına,  gözləri  arasında  “Kafir” 
yazılacağına,  haqqında  varid  olan  hədislərə  və  bunların  həqiqət 
olacağına,  Mərəm oğlu  İsanın  - əleyhissəlam - nazil olaraq onu Lud 
qapısında öldürəcəyinə iman etmək lazımdır.  
İman – söz və əməldir, artar və əskilər. Hədisdə deyildiyi kimi: 
“Möminlərin  iman  baxımından  ən  kamil  olanları  əxlaq  etibarıyla 
ən  gözəl  olanlardır”.  Namazı  tərk  edən  kimsə  kafir  olur. 
Namazdan  başqa  tərk  edilməsi  küfr  olan  başqa  bir  əməl  yoxdur. 
Onu  tərk  edən  kafir  olur  və  Allah  onun  öldürülməsini  halal 
etmişdir.  
Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – sonra bu ümmətin ən 
xeyirlisi Əbu Bəkr əs-Sıddıq, sonra Ömər İbn Xattab, sonra Osman 
İbn  Əffandır  – Allah onlardan razı olsun -.  Peyğəmbərin  – sallallahu 
aleyhi  və  səlləm  –  səhabələri  bu  haqda  hər  hansı  bir  anlaşılmazlıq 
olmadan  bu  üçünü  önə  keçirdikləri  kimi  biz  də  onları  irəli 
keçirməliyik. Sonra bu üçünün ardıyca şurada olan beş nəfər gəlir. 
Bunlar  da  Əli  İbn  Əbu  Talib,  Təlhə,  Zubeyr,  AbdurRahman  İbn 
Auf  və  Saddır  –  Allah  onlardan  razı  olsun  -.  Hamısı  da  Xəlifə 
olabiləcək  kimsələrdir  və  hamısı  da  imamdır.  İbn  Ömərin  – 
radıyallahu anhu - dediyi kimi Peyğəmbər – sallallahu aleyhi və səlləm 
  həyatda  ikən  və  səhabələrinin  çoxu  sağ  ikən  bizlər  öncə  Əbu 
Bəkri, sonra Öməri, sonra Osmanı – Allah onlardan razı olsun - sayar 
və  sonra  da  susardıq.  Şura  səhabələrindən  sonra  Mühacirlərdən 
olub  Bədirdə  iştirak  edənlər,  sonra  ənsardan  olub  Bədirdə  iştirak 
edənlər,  sonra  da  hicrət  və  birinciliklərinə  görə  fəzilətli  qəbul 
edərik.  Kimisi  onunla  bir  il,  kimisi  bir  ay,  bir  gün,  bir  an  söhbət 
etmiş  və  ya  onu  sadəcə  görmüşdür.  Hamısı  da  onn 
səhabələrindəndir.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  ilə 
söhbət  edən,  onu  görən,  ondan  bir  şeylər  eşidən,  gözləriylə  onu 
görüb ona iman edənlər səhabə olması səbəbiylə istər bütün xeyir 
əməlləri etmiş olsunlar bütün Tabiinlərdən daha fəzilətlidir.  
İmamlara,  yaxşı  və  ya  günahkar  olsun  möminlərin  əmrinə  və 
Xəlifəlik  vəzifəsinə  gəlib  insanların  ətrafında  toplanıb  xəlifəliyinə 


 
117 
razı  olduqları  kimsələrə  itaət  və  dinləmək  lazımdır.  Qılıncıyla 
onlara  qələbə  çalıb  nəhayət  xəlifə  olan  və  möminlərin  əmiri  deyə 
adlandırılan  kimsəyə  də  dinləyib  itaət  etmək  lazımdır.  Günahkar 
və ya yaxşı olsun bütün əmirlərlə döyüşə çıxmaq Qiyamət gününə 
qədər davam edər və tərk edilməz. Qənimətin paylaşdırıl-ması və 
hədlərin  tətbiq  edilməsi  imamların  vəzifəsidir.  Bu  belədir,  bir 
kimsənin  bu  barədə  onlara  dil  uzatması  ya  da  onlarla  çəkişmə 
haqqı  yoxdur.  Onlara  zəkatları  vermək  caizdir.  Zəkatını  onlara 
verən bir kimsənin zəkatı öz yerini tapar. Əmirləri və onların təyin 
etdikləri  kimsələrin  arxasında  cümə  namazı  qılmaq  caizdir  və  iki 
rükət  qılınır.  Kim  bu  iki  rükəti  qaytararsa  (yenidən  qılarsa) 
bidətçidir.  Bu  barədə  rəvayətləri  tərk  etmiş  və  sünnətə  müxalif 
olmuşdur.  İstər  yaxşı  istərsə  də  pis  imamlar  arxasında  namaz 
qılmağı  uyğun  görməyən  kimsə  cümənin  fəzilətindən  heç  bir  şey 
əldə  etməz.  Sünnət  bu  namazın  onlarla  birlikdə  iki  rükət 
qılmasıdır. Bu iki rükəti qaytaran kimsə bidətçidir. İki rükət qıldığı 
zaman  tam  olduğuna  və  bu  barədə  qəlbində  hər  hansı  bir  şübhə 
olmamalıdır.  
İnsanlar  istər  könül  xoşluğuyla,  istərsə  də  qalib  gəldiyi  üçün 
xəlifəliyini 
qəbul 
edib 
ətrafında 
toplanmış 
olduqları 
müsəlmanların  imamına  qarşı  çıxan  bir  kimsə  müsəlmanların 
birliyini  parçalamış  və  Rəsulullahdan  –  sallallahu  aleyhi  və  səlləm  – 
gələn  rəvayələrə  müxalif  olmuşdur.  Əgər  bu  Qiyam  qaldıran 
öləcək olarsa cahiliyyə ölümü ilə olmüş olar.  Sültan ilə  döyüşmək 
halal  olmadığı  kimi,  hər  hansı  bir  kimsənin  ona  qarşı  çıxması  da 
halal deyildir. Kim belə edərsə o sünnətdən və doğru yoldan çıxan 
bidətçidir.  
Oğru  və  Xuruc  edənlərlə  döyüşmək  -  bir  kimsənin  canına  və 
malına  qəsd  varsa  –  caizdir.  Belə  bir  kimsə  öz  canını  və  malını 
qorumaq  üçün  döyüşə  bilər  və  gücü  çatdığı  hər  bir  şeylə  müdaiə 
oluna  bilər.  Bu  oğru  və  qiyam  qaldıran  o  kimsədən  ayrılıb  və  ya 
onu  tərk  edəcək  olarsa  onların  ardıyca  getməz,  onların  izlərini 
təqib etməz. Bunu yalnız imam və ya müsəlmanların rəhbərləri edə 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə