Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə37/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

 
109 
qamışdır.  Dilərsə  onu  cəzalandırar,  dilərsə  ona  məğfirət  edər. 
Allahın hüzuruna şirk ilə gedən bir kimsəni Allah əzab edər və ona 
məğfirət etməz.  
Rəsulullahın  –  sallallahu  aleyhi  və  səlləm  –  səhabələrindən  hər 
hansı bir kimsənin dəyərini əskiltən və ya ona nifrət edən bir kimsə 
bidətçidir  ta  ki,  onların  hamısından  rəhmətlə  danışana  qədər  və 
qəlbində  hamısına  qarşı  kiçik  (cüzi)  bir  pislik  hissləri  qalmayana 
qədər.  
Nifaq  küfrün  özüdür.  Bu  da  içində  Allahı  inkar  edib,  ondan 
başqasına  ibadət  edən,  zahirdə  imanı  göstərən  kimsədir. 
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  zamanında  olan 
münafiqlər  kimi.  Aşağıda  zikr  etdiyimiz  hədislər  bu  əməllərin 
ağırlığını göstərmək üçündür: Peyğəmbər - sallallahu aleyhi və səlləm 
– buyurur: «Dörd şey vardır ki, bunlar kimdə olarsa o, kimsə xalis 
münafiqdir.  Lakin  bu  dörd  xislətdən  biri  bir  kimsədə  olarsa  onu 
tərk  edincəyə  qədər  onda  münafiqlikdən  bir  xislət  vardır:  1)  Ona 
bir  şey  əmənət  edildikdə  əmanətə  xəyanət  edər,  2)  Söz  söylədiyi 
zaman  yalan  söyləyər,  3)  Söz  verdiyi  zaman  yerinə  yetirməz,  4) 
Mübahisə etdiyi zaman biyabırçı sözlərə yol verər»
169
. İbn Məsud 
radıyallahu  anhu  –  rəvayət  edir  ki,  Peyğəmbər  – sallallahu  aleyhi  və 
səlləm  –  buyurdu:  «Müsəlmanı  söymək  fasiqlikdir,  onunla 
vuruşmaq  isə  küfrdür»
170
.  Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm – 
buyurdu:  «İki  müsəlman  qılıncları  bir-birilə  toqquşduqları  zaman 
ölən də öldürülən də Cəhənnəmdədir». Səhabələr: «Ya Rəsulullah! 
Öldürənin  Cəhənnəmdə  olduğunu  başa  düşdük.  Bəs  öldürülən 
nəyə  görə?»  deyə  soruşdular.  Peyğəmbər:  «Çünki o  da  müsəlman 
qardaşını  öldürməyə  can  atmışdır»  deyə  buyurdu
171
.  Peyğəmbər  
səllallahu aleyhi və səlləm – in: «Məndən sonra bir-birinizin boynunu 
vuran  kafirlərin  halına  bənzəməyin»
172
.  Peyğəmbər  –  sallallahu 
                                                
169
 Buxari, Müslim.  
170
 Buxari 1/110, Müslim 2/54.  
171
 Buxari, Müslim.  
172
 Buxari.  


 
110 
aleyhi  və  səlləm  –  buyurdu:  «Hər  hansı  bir  kimsə  öz  müsəlman 
qardaşına  ey  kafir  deyə  müraciət  edərsə  bu  sözə  o,  ikisindən  biri 
layiq olar»
173
.  
Cənnət və Cəhənnəm Rəsulullahdan – sallallahu aleyhi və səlləm – 
gələn  rəvayətlərdə  söylənildiyi  kimi  yaradılmışdır.  Onların 
yaradılmadığını  iddia  edən  bir  kimsə  bu  rəvayətləri  yalan 
saymışdır.  Hətta  mən  belə  bir  kimsənin  Cənnət  və  Cəhənnəmə 
iman  etdiyini  düşünmürəm.  Ayrıca  “Şəhidlərin  ruhları  Cənnətdə 
dolaşırlar”  buyurduğu  və  bu  şəkildə  gələn  bütün  hədislərə  biz 
iman edirik.  
Qiblə əhlindən olub Muvahhid və namaz qılan birisi olaraq ölən 
kimsənin  biz  də  Cənazə  namazını  qılarıq.  Onun  üçün  məğfirət 
diləyirik.  Kiçik və  ya  böyük  günahına görə  namazını  qılmağı  tərk 
etmərik.  İşi  də  Allaha  qalmışdır.  Bir  kimsənin  Əbu  Hureyrəni  – 
radıyallahu  anhu  -  sevdiyini,  ona  rəhmət  oxuduğunu  görsən  o, 
kimsənin xeyirni ümüd edə bilər və onun bidətdən uzaq olduğunu 
bilərsən.  Birinin  Ömər  İbn  AbdulƏzizi  –  rahmətullahi  aleyhi  - 
sevdiyini, onun yaxşılıqlarından söz açıb danışdığını görsən bil ki, 
bunun arxasında Allahın izniylə bir xeyir gəlir. Bir kimsənin Bəsrə 
əhlindən  Əyyub  əs-Sahtiyani,  İbn  Aun,  Yunus  və  ət-Teymiyə 
etimat  etdiyini,  onları  sevdiyini,  onlardan  çox-çox  danışdığını, 
onlara uyduğunu görsən o kimsədən xeyir gözləyə bilərsən
174
.  
 
Əbu Sevr İbrahim İbn Xalid əl-Kəlbi 
– rahmətullahi aleyhi - 
 
Əbu  Sevr  İbrahim  İbn  Xalid  əl-Kəlbi  əl-Bağdadi.  İraqlı  alim, 
fəqih  bir  kimsədir.  İmam  Şəfiinin  –  rahmətullahi  aleyhi  -  İraqlı 
tələbələrindən  və  ilk  məzhəbini yayanlardandır. Muctəhid,  huccət 
bir imamdır. H. 170-ci ildə anadan olmuşdur. Sufyan İbn Uyeynə, 
Ubeydə  İbn  Humeyd, Əbu Muaviyə  əd-Darir,  Vəki İbn  əl-Cərrah, 
                                                
173
 Buxari, Müslim.  
174
 “Şərhu Usuli Etiqadi” 2/185.  


 
111 
İmam  Şəfii  və  başqalarından  rəvayət  etmiş,  eləcə  də  Əbu  Davud, 
İbn  Macə  və  başqa  bir  cox  hədis  alimləri  ondan  rəvayət  etmişlər. 
Hədisdə  siqadır.  İmam  Əhməd  –  rahmətullahi  aleyhi  -  deyir  ki: 
“Elimdə çox yüksək  bir  dərəcəyə çtmışdır.  Mən əlli ildən çox onu 
Sünnətə bağlı birisi olaraq tanıyıram. Mənə görə o, Sufyan əs-Sovri 
–  rahmətullahi  aleyhi  -  kimi  saleh  bir  kimsədir”.  Həmcinin  İmam 
Əhməddən  –  rahmətullahi  aleyhi  -  bir  məsələ  baəsində  soruşulmuş 
və  demişdir:  “Bizdən  başqasından  soruş,  fəqihlərdən  soruş,  Əbu 
Sevrdən soruş”. H. 240-cı ildə vəfat etmişdir
175
.  
 
Lələkai  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  bizə  Muhəmməd  İbn 
Rızqullah xəbər verdi ki: Bizə Əhməd İbn Həmdan xəbər verdi ki: 
Bizə Əbul Həsən İdris İbn AbdulKərim dedi ki: Xorasan əhlində bir 
kişi  Əbu  Sevr  İbrahim  İbn  Xalidə  –  rahmətullahi  aleyhi  -  yazdığı 
məktubda: İmanın mahiyyəti nədir? Artarmı əskilərmi? Sözdürmü, 
yoxsa  həm  söz,  həm  də  əməldirmi?  Yoxsa  söz,  təsdiq  və 
əməldirmi? Deyə soruşdu. Cavab: İman qəlb ilə təsdiq, dil ilə iqrar, 
əzalarla  əməl  etməkdir.  Ona  Qədəriyyə  kimlərdir?  Deyə  soruşdu. 
İmam:  “Qədəriyyə  -  Allah  qulların  fellərini  yaratmamışdır.  Allah 
qullara 
günahları 
etməyi 
təqdir 
etmədiyi 
kimi 
onları 
yaratmamışdır 
deyən 
kimsələrdir. 
Bunlar 
Qədəriyyədir. 
Arxalarında  namaz  qılınmaz,  xəstələndikləri  zaman  ziyarətinə 
gedilməz,  cənazələrində  iştirak  edilməz.  Bu  fikirlərinə  görə  tövbə 
etmələri istənilir. Tövbə edərlərsə nə gözəl, əksi təqdirdə boyunları 
vurulur”.  Quran  məxluqdur  deyən  kimsələrin  araxasında  namaz 
barəsində  soruşdum”.  İmam:  “Belə  bir  kimsə  sözünə  görə  kafir 
olur.  Arxasında  namaz  qılınmaz.  Çünki  Quran  Allahın  kəlamıdır 
və  elm  əhli  arasında  bu  haqda  heç  bir  görüş  ayrılığı  yoxdur. 
Allahın kəlamı yaradılmışdır deyən bir kimsə kafir olur və Allahın 
zatında  daha  öncə  olmayan  bir  şeyin  sonradan  olmuşdur  deyə 
iddia  etmiş  olur”.  Tövhid  əhlindən  bir  kimsə  Cəhənnəmdə  əbədi 
                                                
175
 Şəzərətuz Zəhəbi 2/93.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə