Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

 
100 
vurulsunlar,  (bu  halilə)  dəvə  uzərində  tayfalar  və  qəbilələr 
arasında dolaşdırılaraq belə deyilsin: “Quranı və sunnəti tərk edib 
“kəlam”a yönələnin cəzası budur”.  
 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Şirk  xaric,  heç  bir 
günah kəlamdan böyük deyildir”
157
.  
 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Şirk  xaric,  qulun 
Allaha  bütün  günahları  ilə  qovuşması  həvasından  bir  şeylə 
qovuşmasından daha yaxşıdır”
158
.  
 
Təqlid Barəsində Sözləri 
 
İmam Şəfii – rahmətullahi aleyhi – deyir ki: «Bir kimsə Peyğəmbər 
- səllallahu aleyhi və səlləm –  dən  nəql  edilən  bir  Sünnəti  açıq-aydın 
bilindiyi  halda  onu  bir  başqasının  sözündən  ötrü  tərk  etməsinin 
halal olmadığını müsəlmanlar ittifaq etmişlər»
159
.  
 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mənim  Kitabımda 
Peyğəmbər  -  sallallahu  aleyhi  və  səlləm  –  in  sünnəsinə  zidd  bir  şey 
tapsanız Peyğəmbər - sallallahu aleyhi və səlləm – in sözünü götürün 
və  mənim  sözümü  tərk  edin.  Sünnətə  uyun  və  başqa  birisinin 
sözünə etibar etməyin»
160
.  
 
İmam  Şəfii  – rahmətullahi aleyhi – deyir  ki:  «Hədis  səhih olduğu 
zaman mənim görüşüm odur»
161
.  
 
                                                
157
 Fətava 5/53, İctimau Cuyuş s. 165.  
158
 Zəhəbi “Siyer” 10/31.  
159
 İbn Qeyyim 2/363, İbn Həzm «Fullani» s. 68.  
160
 Hərəvi «Zəmmul Kəlam» 3/47/1, Xatib Bağdadi “İhticac Biş Şafii” 8/2, İbn Əsakir 15/9/10, 
Nəvəvi «Məcmu» 1/163, İbn Qeyyim 2/361, Əbu Nuaym «Hilyə» 9/107.  
161
 Şarani s. 107.  


 
101 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Mən  bir  söz 
söylədiyimdə  mənə  zidd  olaraq  Peyğəmbər  -  sallallahu  aleyhi  və 
səlləm  –  dən  səhih  bir  hədis  gəldiyini  görsəniz,  mənə  ağlımın 
getdiyini xəbər verin»
162
.  
 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Hər  hansı  bir 
məsələdə bir söz söyləmiş olsam və Peyğəmbər - sallallahu aleyhi və 
səlləm  –  dən  buna  zidd  bir  xəbər  gəlmişsə,  Peyğəmbər  -  sallallahu 
aleyhi və səlləm – in hədisi daha doğrudur. Məni təqlid etməyin»
163
.  
 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Peyğəmbər  
sallallahu  aleyhi  və  səlləm  –  dən  nəql  edilən  hər  hansı  bir  hədisi 
məndən eşitməmiş belə olsanız mənim görüşüm deməkdir»
164
.  
 
Əbu Bəkr Abdullah əl-Humeydi 
– rahmətullahi aleyhi - 
 
Hafiz  Əbu  Bəkr  Abdullah  İbnn  əz-Zubeyr  əl-Qureyşi  əl-
Humeydi. Hüccət bir imam idi. İmam Əhməd – rahmətullahi aleyhi - 
deyir  ki:  “Humeydi,  Şəfii  və  İbn  Rahaveyh  hər  biri  imamdır”. 
İmam  Şəfii  –  rahmətullahi  aleyhi  -  ilə  yoldaşlıq  etmiş  və  H.  219-cu 
ildə  vəfat  etmişdir.  Buxari  və  digər  imamlar  ondan  hədis  rəvayət 
etmişlər
165
.  
 
Bişr  İbn  Musa  dedi  ki,  bizə  əl-Humeydi  –  rahmətullahi  aleyhi  - 
dedi  ki:  “Sünnət  –  bir  kimsənin  xeyri  və  şərilə,  şirini  və  acısı  ilə 
qədərə  iman  etməsi,  başına  gələn  bir  şeyin  ondan  yan 
keçməyəcəyinə,  ondan  yan  keçən  bir  şeyin  başına  gəlməyəcəyini 
                                                
162
 Əbu Nuaym 9/107, İbn Qeyyim «İlamul Muvakkin» 2/163, Fullahi s. 104.  
163
 İbn Əbu Xatim «Adab» s. 93, İbn Əsakir 15/10/1.  
164
 İbn Əbu Xatim s. 93-94.  
165
 Şəzərətuz Zəhəbi 2/45-46.  


 
102 
bilməsi  və  bütün  bunların  Uca  Allahdan  bir  lütf  olmasını 
bilməsidir”.  
 
əl-Humeydi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “İman  –  söz  və 
əməldir,  artar  və  azalar.  Əməlsiz  sözün  faydası  olmadığı  kimi 
niyyət  olmadan  söz  və  əməlində  faydsı  olmaz.  Sünnətə  uyğun 
olmadıqca sözün də, niyyət ilə edilən əməlin də faydası olmaz”.  
 
əl-Humeydi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Muhəmmədin  – 
sallallahu  aleyhi  və  səlləm  –  bütün  səhabələrinə  rəhmət  oxumaq 
lazımdır.  Çünki  Allah  buyurur:  “Onlardan  (Səhabələrdən  - 
mühacirlərdən  və  ənsarlardan)  sonra  gələnlər  belə  deyirlər:  “Ey 
Rəbbimiz!  Bizi  və  bizdən  əvvəlki  iman  gətirmiş  (din) 
qardaşlarımızı  bağışla...".  (əl-Həşr  10).  Çünki  onlara  məğfirət 
diləməkdən başqa bir şeylə kimsə əmr olunmamışdır. Buna görə də 
onlara  söyən  və  ya  onlardan  hər  hansısa  birinin  şərəfini  alçaldan 
bir  kimsə  Sünnət  üzərə  hərəkət  etmiş  olmaz  və  onun  feydən  hər 
hansısa  bir  payı  yoxdur.  Bunu  bizə  İmam  Məlik  –  rahmətullahi 
aleyhi - bir neçə nəfərdən xəbər vermiş və demişdir. Uca Allah Feyi 
paylaşdıraraq  buyurdu:  “Onlardan  (Səhabələrdən  -  mühacirlərdən 
və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və 
bizdən  əvvəlki  iman  gətirmiş  (din)  qardaşlarımızı  bağışla.  Bizim 
qəlblərimizdə  iman  gətirənlərə  qarşı  kinə  (həsədə)  yer  vermə.  Ey 
Rəbbimiz!  Sən,  həqiqətən,  şəfqətlisən,  mərhəmətlisən!".  (əl-Həşr 
10).  Burada  Allah:  “Onlardan  (Səhabələrdən  -  mühacirlərdən  və 
ənsarlardan)  sonra  gələnlər  belə  deyirlər:  “Ey  Rəbbimiz!  Bizi  və 
bizdən  əvvəlki  iman  gətirmiş  (din)  qardaşlarımızı  bağışla...”.  (əl-
Həşr 10). Buna görə də kim onlara bu şəkildə dua etməzsə Feydən 
haqq sahibi olan kimsə deyildir”.  
 
əl-Humeydi  –  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Quran  Allahın 
Kəlamıdır.  Sufyanın  –  rahmətullahi  aleyhi  -  belə  dediyini  dinlədim: 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə