Fikhu'l ebsat


anlamayan  uşaqlardan  başqasına  göstərməsinlər;  gizlətdikləri



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə32/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   28   29   30   31   32   33   34   35   ...   73

 
94 
anlamayan  uşaqlardan  başqasına  göstərməsinlər;  gizlətdikləri 
bəzək  şeylərini  (xalxallarını)  göstərmək  üçün  ayaqlarını  (yerə  və 
ya  bir-birinə)  vurmasınlar.  Ey  möminlər!  Hamınız  Allaha  tövbə 
edin  ki,  nicat  tapasınız!  (Mətləbinizə  çatasınız!)”.  (ən-Nur  31). 
Allahın kitabında məhrəm yerinin qorunmasını ifadə edən hər bir 
buyuruq  zinadan  qorunmaq  mənasındadır.  Bu  ayə  müstəsnadır. 
Bu  baxmaqdan  qorunmaq  haqqındadır.  Allahın  gözə  fərz  etdiyi 
budur. Bu da gözün əməli və imandandır.  
Daha  sonra  qəlbə,  qulağa  və  gözə  fərz  etdiyini  bir  ayədə  zikr 
edərək  Allah  buyurur:  “(Ey  insan!)  Bilmədiyin  bir  şeyin  ardınca 
getmə  (bacarmadığın  bir  işi  görmə,  bilmədiyin  bir  sözü  də  demə). 
Çünki  qular,  göz  və  ürək–bunların  hamısı  (sahibinin  etdiyi  əməl, 
dediyi söz barəsində) sorğu-sual olunacaqdır”. (əl-İsra 36).  
Allah məhrəm yerinə, Allahın haram etdiyi şeyləri edərək onun 
məhrəmiyətini  pozmamağı  fərz  etmişdir.  “o  kəslərdir  ki,  öz  cinsi 
orqanlarını 
həmişə 
qoruyurlar...”. 
(əl-Muminun 
5). 
“Siz 
qulaqlarınızın,  gözlərinizin  və  dərilərinizin  əleyhinizə  şəhadət 
verəcəklərinizdən  qorxub  (günah  işləməkdən)  çəkinmir,  etdiyiniz 
əməllərin  çoxunu  isə  Allahın  bilməyəcəyini  zənn  edirsiniz”.  (əl-
Fussilət 22). Burada dərilərinizdən məqsəd məhrəm yerləri və iffət 
yerləridir.  Allahın  məhrəm  yerinə  fərz  etdiyi  budur  və  bu  da 
məhrəm yerlərinin əməlidir.  
Allah  əllərə  Allahın  haram  etdiyi  şeyləri  tutmamağı  və  onlarla 
Allahın  əmr  etdiyi  sədəqə,  qohumluq  əlaqələri,  Allah  yolunda 
cihad,  namaz  üçün  təharətli  olmaq  kimi  şeyləri  etməyi  əmr 
etmişdir.  “Ey  iman  gətirənlər!  Namaza  durarkən  üzünüzü  və 
dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara 
qədər  ayaqlarınızı  yuyun...”.  (əl-Maidə  6).  “(Ey  möminlər!) 
Kafirlərlə  (döyüş  meydanında)  qarşılaşdığınız  zaman boyunlarını 
vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar 
deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə 
bitdikdə  onları  ya  (boyunlarına  minnət  qoyub)  məccani,  ya  da 
fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-


 
95 
parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ 
pul,  mal  müqabilində  buraxarsınız).  (Əmr)  budur!  Əgər  Allah 
istəsəydi,  onlardan  (başqa  cür  –  müharibəsiz  də)  intiqam  ala 
bilərdi.  Lakin  O  sizi  biri-birinizlə  imtahana  çəkmək  üçün 
(vuruşmağınızı  əmr  etdi).  Allah  Öz  yolunda  öldürülənlərin 
əməllərini  əsla  puç  etməz”.  (Muhəmməd  4).  Çünki  kafirlərlə 
döyüşmək,  vurmaq,  qohumluq  əlaqələrini  qurmaq  və  sədəqə 
vermək əllərin işləri arasındadır.  
Allah  ayaqlarla  haram  etdiyi  şeylərə  doğru  getməməyi  əmr 
etmişdir. “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri 
yara  bilər,  nə  də  (boyca)  yüksəlib  dağlara  çata  bilərsən”.  (əl-İsra 
37).  
Uzə də gecə və gündüz namaz vaxtlarında Allaha səcdə etməyi 
fərz  etmişdir.  “Ey  iman  gətirənlər!  (Namaz  qıldıqda)  rüku  edin, 
səcdəyə  qapanın;  Rəbbinizə  ibadət  edin  və  yaxşı  işlər  görün  ki, 
nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)”. (əl-Həcc 77). “Şübhəsiz 
ki,  məscidlər  Allahındır.  Allahdan  başqa  heç  kəsə  dua  etməyin!”. 
(əl-Cinn  18).  Burada  məscidlər  ilə  Adəm  oğullarının  namaz 
əsnasında səcdə etdiyi alnı  və digər əzaları qəsd edilir. Allahın bu 
əzalara olan fərzləri bunladır.  
Allah  kitabında  dəstnamaza  və  namazlara  iman  –  adını 
vermişdir. Bu da uca Allahın Peyğəmbərini Beytul Məqdisə doğru 
namaz qıldıqdan sonra Kəbəyə doğru namaz qılmasını əmr etdiyi 
zaman  olmuşdur.  O,  zaman  müsəlmanlar  Beytul  Məqdisə  doğru 
namaz qılmaları  əmr  edilmişdir.  On  altı  ay  Beytul Məqdisə  doğru 
namaz  qılmışdılar.  Qiblənin  dəyişməsindən  sonra  müsəlmanlar 
Peyğəmbərin  –  sallallahu  aleyhi  və  səlləm  –  yanına  gələrək:  “Ey 
Allahın 
Rəsulu! 
Bəs 
Beytul 
Məqdisə 
doğru 
qıldığımız 
namazlarımız necə olacaqdır” deyə soruşdular. Allah: “Allah sizin 
imanınızı  (bundan  əvvəl  Beytulmüqəddəsə  üz  tutaraq  qıldığınız 
namazlarnızı)  əvəzsis buraxmaz. (əl-Bəqərə 143). Göründüyü kimi 
namaza  İman  adı  verilmişir.  Kim  də  namazlarını  və  əzalarının 
üzərinə  düşən  fərzləri  mühafizə  edərək  yerinə  yetirərək  Allahın 


 
96 
hüzuruna  gedərsə  imanı  kamil  və  Cənnət  əhli  olaraq  qovuşmuş 
olar.  Kim  də  bunlardan  bəzisini  qəsdli  olaraq  tərk  edərək  Allaha 
qovuşaqsa naqis bir imanla qovuşmuş olar”. Adam : “İmanın naqis 
və tam olmasını öyrəndim. Bəs, artması necədir?” dedi. İmam: “Bir 
surə  nazil  edildiyi  zaman  onlardan  istehza  ilə:  "Bir  surə  nazil 
edildiyi  zaman  onlardan  (münafiqlərdən):  “Bu  sizin  hansınızın 
imanını  artırdı?”  –  deyənlər  də  var.  Möminlərə  gəlincə,  (hər  bir 
surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) 
sevinərlər. Qəlblərində mərəz (şəkk-şübhə, nifaq) olanlara gəldikdə 
isə,  (hər  bir  surə)  onların  murdarlığı  (küfrə,  nifaqı)  üstünə  bir 
murdarlıq da gətirər və onlar kafir olaraq ölərlər!”. (ət-Tövbə 124-
125).  “(Ya  Rəsulum!)  Biz  onların  xəbərini  sənə  doğru  söyləyirik. 
Onlar  Rəbbinə  iman  gətirmiş  bir  neçə  gənc  idi.  Biz  də  onların 
hidayətini  (imanını,  səbatını  və  bəsirətini)  artırmışdıq”.  (əl-Kəhf 
13). Əgər imanın artıb azalması olmasaydı bir kimsənin üstünlüyü 
olmaz,  insanlar  bir-birilərinə  (imanda)  bərabər  olardı.  Fəzilət 
məsələsi  də  aradan  qalxardı.  Lakin  imanın  artması  ilə  möminlər 
Cənnətə,  yalnız  imanla  bir-birilərinə  qarşı  fəzilət  sahibi  olurlar. 
İmanlarında  olan  üstünlüyə  görə  Cənnətdə  dərəcə  qazanırlar 
(dərəcələri  bir-birindən  üstün  olur).  İmanlarında  olan  naqislik 
səbəbilə  də  Cəhənnəmə  girəcəklər.  Uca  Allah  atların  bir-birilə 
yarışdıqları  kimi  qulları  arasında  iman  və  əməldə  bir  yarış 
etmişdir.  Bu  yarışda  heç  kəsin  haqqı  tapdalanmaz.  Bu  yarışmaya 
görə  dərəcə  və  mükafat  alırlar.  Hər  bir  kimsə  imanına  görə  bir 
dərəcədə  olacaqdır.  Allah  o  dərəcədə  onun  haqqından  bir  şey 
əskiltməz.  Başqası  tərəfindən  keçilən  bir  kimsə  əsla  onu  keçənin 
önünə  gətirilməyəcəyi  kimi.  Buna  görə  də  ümmətin  Sələfini 
onlardan sonra gələnlərdən daha fəsilətli və xeyirli etmişdir. Əgər 
iman  məsələsində  ilk  Sələflərin  (önə  keçənlərin)  imanda  onlardan 
geri  olanlara  hər  hansı  bir  üstünlüyü  (fəziləti)  olmasaydı  bu 
ümmtin  sonradan  gələnləri  ilə  Sələfin  imamları  arasında  heç  bir 
dərəcə fərqi qalmazdı”
145
.  
                                                
145
 əl-İntiqa s. 81, “Mənakibuş Şəfii” 1/387-393.  


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə