Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə28/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   24   25   26   27   28   29   30   31   ...   73

 
82 
ki: Bizə Muhəmməd İbn AbdulCəbbar əs-Suləmi dedi ki: Bizə Bəkr 
İbn  əl-Fərrac  Əbu  Ala  dedi  ki:  Mən  Sufyan  İbn  Uyeynənin  
rahmətullahi aleyhi  - belə  dediyini  dinlədim:  Sünnətə  uyğun  etiqad 
on xüsusdur. Hər kimdə bu on xüsus olarsa o, sünnəti tamamlamış 
olar. Onlardan bir şeyi tərk edən isə Sünnəti tərk etmiş olar: Qədəri 
qəbul etmək, Əbu Bəkr və Ömərnu hamıdan önə keçirmək, Hovuz, 
Şəfaət. Mizan və Sıratı qəbul etmək. İman – söz və əməldir, Quran 
Allahın  kəlamıdır,  qəbr  əzabı  və  qiyamət  günü  dirilmək  haqdır, 
heç bir müsəlman haqqında (Cənnətlik və ya Cəhənnəmlik olduğu 
barəsində)  qəti  şəhadət  etməyin”.  Sufyan  İbn  Uyeynə,  Bişr  əl-
Mərisinin  Quranın  məxluq  olduğuna  dair  olan  kitabını  gördükdə 
dedi: “Bu Xristianların sözlərinə nə qədər də bənzəyir”
114
.  
 
Muhəmməd İbn İdris Əş-Şəfii 
rahmətullahi-aleyhi -  
 
Əbu  Abdullah  Muhəmməd  İbn  İdris  İbn  əl-Abbas  İbn  Osman 
İbn  Şəfii  İbn  əs-Saib  İbn  Ubeyd  İbn  Abd  Yəzid  İbn  Hişam  İbn 
AbdulMuttalib  İbn  AbdulManaf  əl-Qureyşi  əl-Məkki.  Nəsli 
Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  nəsli  ilə  AbdulMənaf  İbn 
Kusayda  birləşməkdədir.  İmam  Şəfiinin  babalarından  Səid  əl-
Muttalibin  anası  Şifa  bint  Ərkam  İbn  Nadlə  isə  Peyğəmbərin  – 
sallallahu  aleyhi  və  səlləm  –  babası  AbdulMuttalibin  qardaşı  idi. 
Bundan  başqa  Şəfiinin  babalarından  Şafi  İbn  Said  səhabə  olduğu 
da  söylənilir
115
.  H.  150-ci  ildə  Qəzada  (bəzi  rəvayətlərə  görə  isə: 
Qəzadan 6 km aralıda yerləşən Əskələndə) dünyaya gəlmiş. Böyük 
İslam  alimlərdən  biridir.  Məkkədə  dövrünün  ən  məşhur  alimləri 
olan Sufyan İbn Uyeynə, Fudeyl İbn İyad və s. dərs almışdır. İmam 
Məlikdən  -  rahmətullahi  aleyhi  -  də  dərslər  almış  və  demişdir: 
«Allahın  kitabından  sonra  ən  faydalı  kitab  Məlik  İbn  Ənəsin 
kitabıdır». H. 204-cü ildə Misirdə dünyasını dəyişmişdir.  
                                                
114
 İbn Teymiyyə “Şərh Əsbəhaniyyə” s. 65.  
115
 İmam Zəhəbi «Siyer» 10/9.  


 
83 
Tövhid Barəsində Etiqadı 
 
Beyhəqi,  ər-Rabi  İbn  Suleymandan,  o  da  İmam  Şəfiidən  
rahmətullahi  aleyhi  -  nəql  edir  ki:  “Kim  Allaha  və  ya  Onun 
isimlərindən  birinə  and  içər  və  andını  pozarsa  kəffarə  verməsi 
lazımdır. Kim: Kəbənin  haqqı üçün, atamın haqqı üçün, filankəsin 
və  filankəsin  haqqı  üçün  deyə  Allahdan  qeyrisinə  and  içər  və 
andını pozarsa kəffarə verməsi lazım deyil. Həyatına and içmək də 
bu  qəbildəndir.  Beləsinin  də  kəffarə  verməsi  lazım  deyildir. 
Allahdan  qeyrisinə  and içmək  məkruhdur  (haramdır).  Peyğəmbər 
tərəfindən  qadağan  edilmişdir.  İbn  Ömər  –  radıyallahu  anhu  - 
rəvayət  edir  ki,  Peyğəmbər  –  sallallahu  aleyhi və səlləm  –  buyurdu: 
"Diqqət edin! Allah atalarınıza and içməyi qadağan edir.  Kim and 
içərsə ya Allaha and içsin, ya da sussun"
116
.
117
  
İmam  Şəfii  -  rahmətullahi  aleyhi  -  bunula  Allahın  İsimlərinin 
yaradılmış (məxluq) olmadığını vurğulamaq istəmişdir. Buna görə 
də  kim  Allahın  adı  ilə  and  içərsə  sonra  da  andını  pozarsa  kəffarə 
ödəməlidir”
118
.  
 
İmam  Şəfii  -  rahmətullahi  aleyhi  -  deyir  ki:  “Mənim  izlədiyim 
Sünnət  ilə  gördüyüm  və  elm  öyrəndiyim  yoldaşlarım  Sufyan, 
Məlik  və  s.  Kimsələrin  izlədikləri  sünnət:  Allahdan  başqa  ibadətə 
layiq  haqq  ilah  olmadığıana,  Muhəmmədin  Allahın  Rəsulu 
olduğuna  şəhadəti  iqrar  etmək,  Allahın  göydə  və  Ərşi  üzərində 
olduğuna  və  dilədiyi  şəkildə  yaatdıqlarına  yaxınlaşdığına,  Uca 
Allahın dünya səmasına dilədiyi şəkildə endiyinə inanmaqdır”
119
.  
                                                
116
 Fəthul-Bəri 11/ 530, Müslim 3/1266, 1646. 
117
 “Mənakibuş Şafii” 1/405, İbn Əbi Hatim “Adabuş Şafii” s. 193, Əbu Nuaym “Hilyə” 9/112-
113,  Beyhəqi  “Əsma”  s.  255-256,  Bəğavi  “Şərhu  Sunnə”  1/188,  “Uluv”  s.  121,  “Muxtəsər 
Uluv” s. 77.  
118
 İbn Əbu Xatim “Ədəb əş-Şəfii” s. 193, Abu Nuaym “əl-Hilyə” 9/112-113, Beyhəqi “Sunnən 
Kubra” 10/28, “İsim” s. 225-226, Bəğavi “Şərh Sunnə” 1/188, Zəhəbi “Uluv” s. 121.  
119
 İbn  Qeyyim  “İctimaul  Cuyuşil  İslamiyyə”  s.  165,  İsbatu  Sifətul  Uluv  s.  124,  Məcmuul 
Fətava 4/181-183, Zəhəbi “Uluv” s. 120, “Muxtəsər Uluv” s. 176.  


 
84 
 
Zəhəbi “Siyer” adlı əsərində İmam Şəfiinin - rahmətullahi aleyhi - 
belə  dediyini  nəql  edir:  “Quranın  söz  açdığı  və  Sünnətdə  varid 
olmuş (Allahın) sifətlərini qəbul edər və eyni zamanda Allahın zatı 
haqqında  Təşbihin  (bənzətmənin)  mümkün  olmadığı  kimi 
(məxluqa) bənzətməni biz də qəbul etmərik. Çünki: “Onun heç bir 
bənzəri yoxdur. O, Eşidəndir, Görəndir”. (əş-Şura 11)
120
.  
 
İbn Əbdil Bərr, ər-Rabi İbn Suleymandan rəvayət edir ki, İmam 
Şəfii  -  rahmətullahi  aleyhi  -  Uca  Allahın:  “Xeyr,  həmin  gün  onlarla 
Rəbbi  arasına  pərdə  çəkiləcək!”.  (əl-Mutaffifin  15)  buyurduğu 
haqqında bunları deyərkən dinlədim: Bu buyurduqla Allah bizlərə 
qarşı  pərdələnməyəcəyini,  Ona  baxacaq  və  Onu  görməkdə  hər 
hansı  bir  çətinliklə  qarşılaşmayacaq  bir  topluluq  olacağını 
bildirmişdir”
121
.  
 
Lələkai,  ər-Rabi  İbn  Suleymandan  rəvayət  edir  ki,  mən 
Muhəmməd  İbn  İdris  əş-Şəfiinin  -  rahmətullahi  aleyhi  -  yanında 
idim.  Ona  (Misirin)  Səid  bölgəsindən:  “Xeyr,  həmin  gün  onlarla 
Rəbbi arasına pərdə çəkiləcək!”. (əl-Mutaffifin 15) ayəsilə bağlı bir 
məktub  gəldi.  İmam:  “Onlara  qəzəb  edildiyi  üçün  (Rəbblərilə) 
aralarında pərdələnmiş olacaqlar.  Bu  Onun  razı olacaq  kimsələrin 
Onu görəcəklərinə dəlildir”. Ər-Rabi dedi: “Ey Abu Abdullah! Sən 
bu  fikirdəsənmi?”  dedim.  İmam:  “Bəli,  mən  bu  etiqadımın  Allaha 
bağlılığımın ifadəsi olan dinimin bir hissəsi olaraq görürəm”
122
.  
 
İbn  Əbdil  Bərr,  əl-Carudidən
123
 nəql  edir  ki,  İmam  Şəfiinin  
rahmətullahi  aleyhi  -  yanında  İbrahim  İbn  İsmail  İbn  Uleyyənə
124
 
                                                
120
 Siyer 20/341.  
121
 əl-İntiqa s. 79.  
122
 Lələkai “Şərhu Usuli Etiqadi” 2/506.  
123
 Musa İbn Əbul Caruddur. Nəvəvi - rahmətullahi aleyhi - deyir ki: “Şəfiinin yoldaşlarından 
və  ondan  elm  alan  və  rəvayət  edən  kimsələrdəndir”.  İbn  Hibətullah  -  rahmətullahi  aleyhi  - 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə