Fikhu'l ebsat



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə31/73
tarix26.10.2018
ölçüsü2,85 Mb.
#75708
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

 
91 
İman  haqqında  xəbər  ver.  O,  söz  və  əməldirmi,  yoxsa  əməlsiz 
sözdən ibarətdir?” dedi. İmam: “İman Allah üçün bir əməldir, söz 
də  bu  əməlin  bir  parçasıdır”.  Adam:  “Mənə  bunu  açıqla  ki,  yaxşı 
başa  düşüm?”  dedi.  İmam:  “İmanın  bir  neçə  halları,  dərəcələri, 
şöbələri  vardır.  Bunların  kimisi  tam  imandır,  kamilliyə  çatmışdır. 
Naqis  iman  vardır,  hansıki  naqis  olduğu  görüləcək  şəkildə 
naqisdir.  Bir  də  var  üstün  iman,  xeyiri  daima  artan  imandır”. 
Adam:  “Tam  olmayan  İman  artıb  azalırmı?”  dedi.  İmam:  “Bəli” 
dedi.  Adam:  “Bunun  dəlili  nədir”  dedi.  İmam:  “Allah  Adəm 
oğullarının əzaları üzərinə imanı fərz etdi və bunu əzalar arasında 
paylaşdırdı.  Elə  bir  əza  yoxdur  ki,  onun  üzərində  məsuliyyət 
düşsün  digərinə  isə  yox.  Bu  əzalardan  biri  də  onun  anlayıb, 
qavradığı,  bildiyi  qəlbidir.  O,  bədənin  (bütün  əzaların)  əmiridir. 
Bütün  orqanlar  onun  əmrindədir.  Digər  əzaları  isə:  Gördüyü  iki 
gözü,  eşitdiyi  qulaqları,  tutduğu  əlləri,  yeridiyi  ayaqları,  əlaqə 
qurduğu  cinsiyyət  orqanı,  danışdığı  dili,  üzünün  olduğu  başıdır. 
Bütün  bu  orqanların  üzərlərinə  düşən  fərzlər  ayrı-ayrıdır.  Qəlbin 
üzərinə  düşən  fərz,  dilin  daşıdığı  fərzdən,  qulağın  fərzi  gözlərin 
fərzindən,  əllərin  fərzi  ayaqların  fərzindən,  cinsiyyət  orqanının 
üzərinə düşən fərz üzə düşən fərzdən ayrıdır.  
Allahın  qəlbə  fərz  etdiyi  iman:  Allahdan  başqa  ibadətə  layiq 
haqq  ilah  olmadığına,  oxşarı,  bənzəri  və  şərikinin  olmadığına, 
Muhəmmədin  onun  qulu  və  Rəsulu  olduğunu  iqrar  etmək,  buna 
inanmaq,  rıza  və  təslimiyyət  göstərməkdir.  Həmçinin  Allah 
trəfindən  göndərilən  bütün  Peyğəmbərləri  və  kitabları  qəbul 
etməkdir.  Allahın  qəlbə  fərz  etdiyi  iman  və  qəlbin  əməli  budur. 
“Qəlbi  imanla  sabit  olduğu  halda  (küfr  sözünü  deməyə)  məcbur 
edilən  (dil  ilə  deyib  ürəyində  onu  təsdiq  etməyən)  şəxs  istisna 
olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə 
gözləyir).  Lakin  qəlbən  küfrə  razı  olanlara  (qəlbində  könüllü 
surətdə  küfrə  yer  verənlərə)  Allahın  qəzəbi  tutar  və  onlar  şiddətli 
bir əzaba düçar olarlar!”. (ən-Nəhl 106). “O kəslər ki, Allaha iman 
gətirmiş  və  qəlbləri  Allahı  zikr  etməklə  aram  tapmışdır.  Bilin  ki, 


 
92 
qəlblər  (möminlərin  ürəkləri)  yalnız  Allahı  zikr  etməklə  aram 
tapar!”. (ər-Rəd 28). “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha 
məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız 
da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini 
bağışlar,  istədiyinə  də  əzab  verər.  Allah  hər  şeyə  qadirdir!”.  (əl-
Bəqərə 284). “Ey Elçi! Qəlbləri iman gətirmədiyi halda ağızları ilə: 
"İman  gətirdik!"–  deyən  kimsələrdən...”.  (əl-Maidə  41).  Qəlbin 
imanı və əməli budur. İmanın başıda budur.  
Allahın  dilə  fərz  etdiyi qəlbin  qəbul  etdiyi  etiqadı söyləmək  və 
ifadə  etməkdir.  “Deyin:  "Biz  Allaha  iman  gətirdik...”.  (əl-Bəqərə 
136).  “...insanlara  xoş  söz  söyləyin...”.  (əl-Bəqərə  83).  Allahın  dilə 
fərz  etdiyi  bunlardır  və  bunlar  dilin  əməlidir.  İmandan  ona  fərz 
olan qisimdir.  
Uca Allah qulağa Allahın haramlarını dinləməkdən uzaq olmağı 
qadağan  etdiyi  şeylərdən  özünü  qorumağı  fərz  etmişdir.  “Allah 
Kitabda  (Quranda)  sizə  nazil  etmişdir  (bildirmişdir)  ki,  Allahın 
ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz 
zaman  müşriklər  başqa  bir  söhbətə  girişməyənə  qədər  onlarla  bir 
yerdə  əyləşməyin!  Çünki  o  vaxt  siz  də  onların  tayı  olarsınız. 
Həqiqətən,  Allah  münafiqlərin  və  kafirlərin  hamısını  Cəhənnəmdə 
bir yerdə toplayacaqdır!”. (ən-Nisa 140). Allah unutqanlığı burada 
istisna  (üzürlü)  etmişdir:  “(Ya  Rəsulum!)  Ayələrimizi  istehza 
edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz 
çevir.  Əgər  Şeytan  (bu  qadağan  əmrini)  sənə  unutdursa, 
xatırlayandan  sonra o  zalım  tayfa  ilə bərabər oturma”.  (əl-Ənam 
68).  “...Qullarımı  müjdələ!  O  kəslər  ki,  sözə  qulaq  asıb  onun  ən 
yaxşısına  tabe  olurlar,  onlar  Allahın  doğru  yola  yönəltdiyi 
şəxslərdir.  Ağıl  sahibləri  də  məhz  onlardır”.  (əz-Zumər  17-18). 
“Möminlər,  həqiqətən  də,  nicat  tapmışlar;  o  kəslər  ki, 
namazlarında  mütidirlər,  o  kəslərdir  ki,  sözbazlıqdan  qaçırlar,  o 
kəslərdir ki, zəkat verirlər”. (əl-Muminun 1-4). “Onlar boş (yersiz) 
bir  söz  eşitdikləri  zaman  ondan  üz  çevirib:  “Bizim  əməllərimiz 
bizə,  sizin  əməlləriniz  də  sizə  aiddir.  (Hərə  öz  əməlinə 


 
93 
cavabdehdir).  Sizə  salam  olsun!  (Salamat  qalın.  Bizimki  bizdə, 
sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların 
söz-söhbətinə  qulaq  asmaq,  sonra  da  onlarla  çənə-boğaz  olmaq) 
istəmirik!”  –  deyirlər.  (əl-Qəsəs  55).  “O  kəslər  ki,  yalan  yerə 
şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət 
eşitdikləri)  zaman  onlardan  üz  çevirib  vüqarla  keçər  (özünü 
ləyaqətlə  aparıb  onlara  əhəmiyyət  verməz)”.  (əl-Furqan  72).  Uca 
Allahın  qulaq  üçün  halal  olmayan  şeylərdən  uzaq  durması  üçün 
fərz  etdikləri  bunlardır.  Bunlar  da  qulağın  əməlidir  və  bu  da 
imandandır.  
Gözlərə  Allahın  haram  etdiyi  şeylərə  baxmağı  və  Allahın 
baxmağı  qadağan  etdiyi  şeylərdən  çəkinməyi  fərz  etmişdir.  “(Ya 
Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən 
çevirsinlər  (naməhrəmə  baxmasınlar),  ayıb  yerlərini  (zinadan) 
qorusunlar  (və  ya  örtülü  saxlasınlar).  Bu  onlar  üçün  (ədəb-ərkan, 
təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə 
etdiklərindən  xəbərdardır!”.  (ən-Nur  30).  Bu  ayə  ilə ondan sonrakı 
ayədə Allah bir-birilərinin məhrəm yerlərinə baxmalarını qadağan 
etmiş  və  hər  kəsin  öz  məhrəm  yerini  başqasının  baxmasına  qarşı 
qorumasını əmr etmişdir. “Mömin qadınlara de ki, gözlərini haram 
buyurulmuş  şeylərdən  çevirsinlər  (naməhrəmə  baxmasınlar),  ayıb 
yerlərini  (zinadan)  qorusunlar  (və  ya  örtülü  saxlasınlar);  öz-
özlüyündə  görünən  (əl,  üz)  istisna  olmaqla,  zinətlərini  (zinət 
yerləri  olan  boyun,  boğaz,  qol,  ayaq  və  s.  naməhrəmə) 
göstərməsinlər;  baş  örtüklərini  yaxalarının  üstünə  çəksinlər 
(boyunları  və  sinələri  görünməsin);  zinət  yerlərini  ərlərindən, 
yaxud 
öz 
atalarından, 
yaxud 
ərlərinin 
atalarından 
(qayınatalarından),  yaxud  öz  oğullarından,  yaxud  ərlərinin 
oğullarından,  yaxud  öz  qardaşlarından,  yaxud  qardaşlarının 
oğullarından, 
yaxud  bacılarının 
oğullarından, 
yaxud  öz 
(müsəlman)  qadınlarından,  yaxud  sahib  olduqları  (müşrik) 
cariyələrdən,  yaxud  kişiliyi  qalmamış  (onlarla  birlikdə  yemək 
yeyən)  xidmətçilərdən,  yaxud  qadınların  məhrəm  yerlərini  hələ 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə